Icma.az
close
up
RU
Millimiz Avropa zirvəsində

Millimiz Avropa zirvəsində

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Güləşçilərimiz mübarizəni davam etdirirlər

Azərbaycan pəhləvanlıq məktəbi dünya güləşinin inkişafına böyük töhfələr verməkdə davam edir. Albaniyanın Tirana şəhərində keçirilən qitə çempionatında böyük güc, yüksək texnika nümayiş etdirərək 4-cü dəfə Avropa çempionluğunu qazanan millimiz yenilməzlik statusu ilə şöhrətini daha da artırdı.

Millinin böyük məşqçisi Cəbrayıl Həsənov “Xalq qəzeti”nə açıqlamasında Avropanın ən güclülərinin yarışında yığmamızın ilk dəfə 10 çəkidən 9-da mükafat qazanmağa müvəffəq olduğunu bildirdi. O qeyd etdi ki, ilk dəfə sərbəst güləşçilərimizdən 5-i qitə birinciliyinin finalında mübarizə apardı. Bundan başqa, 169 xal toplayan millimiz yeni rekord müəyyənləşdirdi. Bu nəticə ilə yığmamız 2-ci yerin sahibi Türkiyəni 52, 3-cü yeri tutan Ukraynanı 104 xalla üstələdi.

Cəbrayıl Həsənov millinin yarışa yaxşı hazırlaşdığını, onlardan bu qələbəni gözlədiklərini bildirdi:

– Millimizin Avropa çempionatına yüksək səviyyədə hazırlığı üçün Güləş Federasiyası tərəfindən hər bir şərait yaradılmışdı. Qitə çempionatında komandamızın yüksək nəticəsi aylarla çəkilən zəhmətin bəhrəsidir. Güləşçilərimizin hər biri öz gücündən maksimum yararlanmaq üçün böyük səy göstərdi. Qarşıda bizi daha böyük hədəflər gözləyir. Onlara çatmaq üçün əlimizdən gələni edəcəyik.

Avropa çempionatında yeganə qızıl medalın sahibi Arseniy Djioyev (86 kq) qalib adını qazandığı üçün məmnun olduğunu dedi. O, yarışdan sonra Qubada təlim-məşq toplanışı keçəcəklərini, daha sonra böyüklərin Avropa çempionatına yollanaclarını vurğuladı.

Avropa çempionatının bürünc mükafatçısı Murad Haqverdiyev (65 kq) əslində Tiranaya qızıl medal üçün getdiyini bildirdi:

– Yarışda rəqabət çox yüksək idi. Ötən il çiynimdən ağır əməliyyat olunmuşdum. Yarış ərəfəsində təlim–məşq toplanışlarında yenidən çiynim zədələndi. Çətin olsa da, bu zədə ilə güləşdim. Əsas odur ki, mükafatsız qalmadım. Qarşıdakı yarışlara daha yaxşı hazırlaşıb, çempionluq uğrunda mübarizə aparacağam.

Komandanın digər bürünc medalçısı Rəhman İmanov (57 kq) növbəti yarışlarda daha yüksək nəticələr üçün mübarizə aparacağını dedi:

– Avropa çempionatında ilk görüşdə Rusiya güləşçisinə məğlub oldum. O finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxdım. Növbəti mərhələdə Şimali Makedoniya güləşçisinə böyük hesabla qalib gəldim və bürünc medal görüşünə vəsiqə qazandım. Həlledici mərhələdə ukraynalı rəqibimi 8:6 hesabıyla məğlub etdim. İndi əsas hədəf dünya çempionatıdır. Yarışa yaxşı hazırlaşıb, çempionluq uğrunda mübarizə aparacağam.

Qitə çempionatında qadın güləşçilərimiz də böyük uğurlar qazanıblar. Onlardan biri – Günay Qurbanova bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub. Güləş üzrə mütəxəssis Yaqub Məmmədov Günay Qurbanovanın Olimpiya ümidlərimizdən biri olduğunu qeyd etdi:

– Günay gələcəkdə Olimpiya çəkisində – 57 və yaxud 62 kiloqram çəkidə yarışlara qatılıb, böyük nailiyyətlər qazana və Olimpiadada iştirak edə bilər. Bədən quruluşu güləşə uyğundur. Texnikasını daha da artırmalı və öz üzərində çalışmalıdır.

Yarışın həyəcanından hələ də ayrıla bilməyən G.Qurbanova qəzetimizə maraqlı açıqlama verdi:

– İnam qələbənin yarısıdır. Məhz bu inam sayəsində Avropa çempionluğunu qazandım. Startda görüşdüyüm belaruslu idmançı əsas və güclü rəqiblərdən olsa da, məsuliyyət baxımından final qarşılaşması daha gərgin və həyəcanlı oldu.

Qarşıda hədəflər coxdur. Var gücümlə çalışacağam ki, uğurlarımla məşqçimi və xalqımı sevindirim.

Məşqçi Solmaz Adilova Günayın Tiranadakı qələbəsini belə şərh etdi:

– Günayın güclü potensialı var. Finalda rəqibi gənclər arasında Dünya, Avropa çempionu, Paris olimpiadasının iştirakçısı idi. Günayın yaşını, təcrübəsini nəzərə nəzərə alıb, düşüncələrimizdə 2-ci yerlə razılaşmışdıq. Amma o, çempionluğa köklənmişdi. Yarımfinal görüşündə qələbədən sonra otelə qayıdanda yolboyu “Mən çempion olacağam”, – deyirdi. Düşdüyü qrup da asan deyildi. Belaruslu rəqibi gənclər arasında son dünya çempionatının bürünc medalçısı idi. Həmin yarışda Günay 5-ci olmuşdu. Onun şəxsi məşqçisi, Olimpiya çempionu Toğrul Əsgərov Günayın böyüklər arasında yarışlarda daha tez, yəni vaxtından əvvəl iştirak etməsini istəmir. Bundan əvvəl onun bacısı gənc güləşçi Leyla Qurbanova vaxtından əvvəl böyüklərdə güləşib, ciddi zədə aldı. Günayın ən yaxşı xüsusiyyətlərindən biri, məşqçisinə qulaq asması və tapşırıqlara əməl etməsidir. Ən böyük arzusu isə şəxsi məşqçisi kimi yüksək nailiyyətlər qazanmaqdır.

Solmaz Adilova komandanın digər üzvlərinin də çıxışına toxundu:

– Qitə çempionatında daha bir güləşçi Elnurə Məmmədova (53 kq) finala yüksəldi. Komandamızın digər üzvü Ruzanna Məmmədovanın (65 kq) da finala çıxmasını gözləyirdik. O, öz çəkisinin dünyada liderini – rusiyalı idmançını məğlub etdi. Son illər gələcəyi düşünüb, Ruzannanın çəkisində dəyişikliklər edirik. Son dəfə 59 kiloqram çəkidə güləşməyinə baxmayaraq, bu dəfə 65 kiloqram çəki dərəcəsində mübarizə apardı. O, yarımfinalda qalib gələ bilərdi. Özünün etdiyi kiçik bir səhv ucbatından uduzdu.

Qeyd edək ki, qadın güləşçimiz Əsmər Cankurtaran (50 kq) bürünc medal qazanıb. Dünən gecə seansında Elnura Məmmədova isə qızıl, Gültəkin Şirinova (57 kq), Ruzanna Məmmədova bürünc medal uğrunda mübarizə aparıblar.

Qitə çempionatının son günlərində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Elvin Mürsəliyevin rəhbərlik etdiyi komandada Elmir Əliyev (55 kq), Hüseyn Qəribov (60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Aqil Musayev (97 kq) və Ayxan Mərdanov (130 kq) yer alıb.

Leyla QURBANOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Mart 2025 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri