TBMM komitə sədri: Xankəndidə layihələr həyata keçirmişik
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qarabağın inkişafı prosesində Azərbaycanla bir yerdəyik.
APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
“Qarabağda ilk günlərdən hava limanlarının, yolların tikintisində, şəhərlərin yenidən inşasında Azərbaycanın sonuna qədər yanındayıq, özəl sektorumuzu da bu işə cəlb olunub. İndi də yenə taxılçılıq, səhiyyə sahəsində əməkdaşlıqlar davam edir. Antiterror əməliyyatından sonra özəl sektorumuz Xankəndi başda olmaqla bölgədə digər şəhərlərdə layihələr həyata keçirib. Sadəcə Qarabağda deyil, bütün Azərbaycanda layihələrimiz var. Orta Dəhlizdə çox mühüm iki ölkəyik, layihələrimiz davam edəcək”, - deyə Fuat Oktay bildirib.
Baxış sayı:114
Bu xəbər 07 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















