TDT: Bütün dualarımız təyyarə faciəsindən təsirlənən qardaşlarımızladır AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
İstanbul, 25 dekabr, Günel Karatepe, AZƏRTAC
Bakı-Qroznı səfərini həyata keçirən “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğramasını dərindən kədər hissi ilə qarşıladıq. Həyatını itirənlərin ailələrinə başsağlığı, qəzadan sağ xilas olanlara şəfa diləyirik.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türk Dövlətləri Təşkilatının “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yaydığı bəyanatında yer alıb.
“Bütün düşüncə və dualarımız bu faciədən təsirlənən qardaşlarımızla birdir. Bu kədərli zamanda, təsirlənən bütün dövlətlərin xalqlarına səbir və başsağlığı diləyirik”, - deyə bəyanatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 25 Dekabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















