TDT na üzv ölkələrin QHT Platforması Qazaxıstan QHT ləri ilə görüş keçirib
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Yeni təsis olunan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platforması ilk görüşünü Qazaxıstan QHT-ləri ilə keçirib. 2025-ci il dekabrın 24-də Qazaxıstan QHT-ləri ilə onlayn formatda “Dostluq və Dialoq Platforması” adlı beynəlxalq müzakirə sessiyası keçirilib.
Newscenter.az xəbər verir ki, TDT-na üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov bildirib ki, bu təsisat 2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvan şəhərində təsis olunub. 8 müxtəlif dövlətdən təmsilçiləri türk kimliyi, ortaq mədəniyyət, dəyərlər bir ailə kimi birləşdirir, bu ailədə hamı özünü rahat, təhlükəsiz və güclü hiss edir. Baş katib Platformanın əsas məqsədi türk dünyasının güclənməsi üçün ümumi işə kömək edən proseslərə vətəndaş cəmiyyətinin daha səmərəli təkan verməsinə nail olmaqdır. Bu məqsədlə ikitərəfli tanışlıq görüşləri də olduqca faydalıdır.
TDT-na üzv ölkələrin QHT Platformasının təşəbbüsü ilə keçirilən görüşdə Azərbaycan Milli QHT Forumu və Qazaxıstanın Almatı Vətəndaş Alyansı əsas tərəfdaşlar olub.
Almatı Vətəndaş Alyansının sədri, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi yanında QHT-lərlə qarşılıqlı fəaliyyət üzrə Koordinasiya Şurasının üzvü Kayırjan Abdyxalıqovun və Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərlinin moderatorluğu ilə keçirilən müzakirələrdə hər iki tərəfdən 20-yə yaxın QHT rəhbəri və ekspert iştirak edib. Müzakirələrdə müxtəlif təkliflər səsləndirilib, tərəflər birgə təşəbbüslərin reallaşdırılması imkanlarını dəyərləndiriblər.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasına ilk rəhbərlik Azərbaycana həvalə edilib. Baş katib hər dəfə Türk Dövlətləri Təşkilatına hansı ölkənin sədrlik etməsindən asılı olaraq dəyişəcək, həmin ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçisi olacaq, lakin Platformanın daimi qərargahı Bakı şəhərində yerləşəcək. Bu, son vaxtlar Azərbaycan QHT-lərinin böyük inkişaf yolu keçərək, təşəbbüslərinin qlobal məkanda geniş dəstək qazanmasının növbəti təzahürü olmaqla, tarixi uğurdur.
Süleyman
Bu mövzuda digər xəbərlər:Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradıldı
25 Noyabr 2025 20:22
TDT üzv ölkələrin QHT platformasının Baş katibi o oldu
25 Noyabr 2025 21:03
Qlobal Cənub QHT Platforması üzvləri onlayn görüş keçirib
13 Sentyabr 2025 17:58
TDT ölkələri QHT Platforması təsis olunub, sədr seçilib
25 Noyabr 2025 18:40
Türk birliyinin QHT platforması
27 Noyabr 2025 12:31
Baxış sayı:39
Bu xəbər 25 Dekabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















