Icma.az
close
up
RU
TDT nin dini idarə rəhbərlərinin VII görüşü...

TDT nin dini idarə rəhbərlərinin VII görüşü...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Görüşdə Bakı Bəyannaməsi qəbul edilib

Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Türk dövlətləri arasında  siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində tarixi addımdır. Artıq hər il TDT-nin zirvə toplantıları çərçivəsində, eləcə də ikitərəfli münasibətlər kontekstində türk dövlətlərinin münasibətlərinin gücləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir. Son illər TDT-nin sammitlərində qəbul olunan qərarlar artıq türk dünyasını dünyaya qlobal güc kimi təqdim edir. Nəzərə alaq ki, TDT müstəvisində təkcə Zirvə görüşləri keçirilmir, türk dövlətlərinin müvafiq dövlət qurumlarının, strukturların təşkilatlanmış platformaları da yaradılıb və onların da vaxtaşırı toplantları keçirilir. Təqdirəlayiq haldır ki, bu prosesdə Azərbaycan çox fəal iştirak edir.

Tədbirdə 40 ölkə və 15 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib

Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünün  keçirilməsi də bunun göstəricisidir. Ümumilikdə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar. Tədbirin açılışında Dövlət Himni səsləndirilib, “Qurani-Kərim” tilavət olunub. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək TDT-nin müsəlman dini liderləri arasında birgə əməkdaşlığın və mütəmadi məşvərətlərin türk-islam birliyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. O, dövlət başçılarının müdrik siyasəti nəticəsində dini-mənəvi dəyərlərə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın türk xalqları arasında birlik, həmrəylik və əməkdaşlığın gücləndirilməsini, ortaq tarix və dəyərlər əsasında ümumi gələcəyin qurulmasını əsas məqsədlərindən biri kimi qeyd edib.

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı ailənin insan həyatında mühüm rolundan danışaraq onun şəxsiyyətin formalaşdığı müqəddəs məkan olduğunu bildirib.

Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş dini idarə rəhbərlərinin görüşlərini TDT-nin siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, sosial, mədəni və mənəvi istiqamətlərdə də inkişafını təmin edən mühüm məsləhətləşmə platforması kimi qiymətləndirib.

Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Xoliknazarov TDT-nin qlobal arenada nüfuzunun artdığını, üzv ölkələr arasında qardaşlıq münasibətləri və sıx əməkdaşlığın möhkəmləndiyini diqqətə çatdırıb.

Qırğızıstan Müsəlmanları İdarəsinin sədri, müfti Əbdüləziz Zakirov isə elm, əxlaq və texnologiyanın inkişafında müsəlman dünyasının tarixi töhfələrindən bəhs edib.

Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin yeni seçilmiş sədri, müfti Rahman Qurbanmuradov türk xalqlarının dini rəhbərləri arasında əlaqə və əməkdaşlığın gücləndirilməsinin, mövcud məsələlərin birgə həllinin vacibliyini vurğulayıb.

Şimali Kipr Dini İşlər sədri Hakan Moral isə İslam dünyasında yaşanan ağrı və haqsızlıqların aradan qaldırılması üçün müsəlmanların birlik və həmrəyliyinin gücləndirilməsinin zəruriliyini qeyd edib.

Prezident İlham Əliyevə müraciət qəbul olunub

Görüşdə TDT müsəlman dini idarə rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul olunub. Bəyannamədə türk dövlətləri və xalqları arasında həmrəyliyin gücləndirilməsi, Türk-İslam mənəvi və mədəni dəyərlərinin təşviqi, dini təhsil və elmi əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin maarifləndirilməsi ilə bağlı bir sıra mühüm müddəalar əksini tapıb. Sənəddə terrorizm, ekstremizm, separatizm, islamofobiya, türkofobiya, məzhəblərarası ayrı-seçkilik və nifrət çağırışlarına qarşı birgə mübarizənin davam etdiriləcəyi bildirilib. Qadın və uşaq hüquqlarının müdafiəsi, dini ədəbiyyatın tərcüməsi, ortaq fətvaların hazırlanması və Türk dünyasının tarixi irsinin təbliği də prioritet istiqamətlər kimi qeyd olunub.

Həmçinin Şura üzvləri və müşahidəçi ölkələrin dini liderlərinin Prezident İlham Əliyevə müraciəti qəbul edilib. Müraciətdə TDT müsəlman dini idarə rəhbərləri Şurasının Bakıda keçirilən 7-ci görüşünün, eləcə də görkəmli azərbaycanlı alim-mütəfəkkir Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki Konfransın yüksək səviyyədə təşkilinə göstərilən diqqət və himayəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.

Dini liderlər Azərbaycanın multikulturalizm və tolerantlıq modelini, məzhəblərarası anlaşma və sivilizasiyalararası əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndiriblər. Müraciətdə Prezident İlham Əliyevin dinlər və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş təşəbbüslərinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. TDT müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri Azərbaycanın əldə etdiyi uğurları, Qarabağda aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış prosesini və Türk dünyası ölkələri ilə mənəvi həmrəyliyin gücləndirilməsini də yüksək dəyərləndiriblər. Müraciətin sonunda Prezident İlham Əliyevə Azərbaycanın beynəlxalq müstəvidə daha böyük uğurlara imza atması istiqamətində fəaliyyətində uğurlar arzulanıb.

VIII görüş Türkiyədə keçiriləcək

Tədbirdə TDT Katibliyinin nümayəndəsi Harun Nurullah Tanzi Şuranın Fətva Komitəsinin işçi qrupunun iclasının nəticələri barədə məruzə edib. Görüşdə “İslamın elm və texnologiyaya yanaşması”, “Nikahın təşviqi, ailənin qorunması və möhkəmləndirilməsinə görə ortaq məsuliyyət” və “Müsəlman olması məlum olan şəxsi kafir elan etmənin hökmü” mövzularında razılaşdırılmış fətvalar qəbul edilərək Şura üzvləri tərəfindən imzalanıb.

Sonda Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə tədbirin yüksək səviyyədə keçirilməsinə göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını bildirib. TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət başçılarına, eləcə də TDT Katibliyinə və Fətva Komitəsinin üzvlərinə təşəkkür ifadə olunub. Bildirilib ki, Şuranın növbəti, VIII görüşü Türkiyədə keçiriləcək. Şeyxülislam Allahşükür Paşazadə sədrliyi Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquşa təhvil verib.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Sentyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri