Icma.az
close
up
RU
“TDT nın QHT platformasının Naxçıvanda təsisi çox böyük məna kəsb edir” Politoloq

“TDT nın QHT platformasının Naxçıvanda təsisi çox böyük məna kəsb edir” Politoloq

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Türk Dövlətləri Təşkilatı (TDT) bu gün həqiqətən də dünyanın ən güclü təşkilatlarından birinə çevrilib. Bu kontekstdə biz görürük ki, TDT ardıcıl, sistemli şəkildə fəaliyyət göstərməkdədir”.

Bu barədə 525.az-a Bakı Politoloqlar Klubunun sədri  Zaur Məmmədov deyib.

O bildirib ki, üzv ölkələrin ortaq maraqları var və hətta artıq onlar ortaq geosiyasi və geoiqtisadi çağırışlarla üz-üzədirlər:

“Bundan başqa, iqtisadi, siyasi perspektivlər məsələsi də onları bir yerdə olmağı sövq edir. TDT son beş ildə çox böyük inkişaf yolu keçib, dövlət liderlərinin münasibətləri, dövlətlər arasındakı münasibətlər ən yüksək səviyyədədir. Təbii ki, vətəndaş cəmiyyətləri institutları arasında əlaqələr də vacibdir, çünki müasir beynəlxalq proseslərdə QHT-lər, beyin mərkəzləri, medianın rolu xarici siyasətdə olduqca əhəmiyyətlidir”.

Politoloqa görə, bütün bu aspektlərdə məsələlərə nəzər saldıqda, TDT-ı çərçivəsində QHT platformasının yaradılması olduqca vacib idi:

“Ona görə də bu həftənin əvvəlində Bakıda və Naxçıvanda TDT ölkələri nümayəndələrinin iştirakı ilə baş tutan QHT həmrəylik forumu və QHT Platformasının yaradılması tarixi bir məqamdır. Bu ölkələrin bir-birinə daha da yaxınlaşmasına, cəmiyyətlərin bir-birinə daha da inteqrasiya olunmasına kömək edəcəkdir. TDT-nın Platformasının məhz Naxçıvanda elan edilməsi təbii ki, çox böyük məna kəsb edir. Bu o deməkdir ki, əgər bir zamanlar Zəngəzur torpaqları vasitəsilə Türk dünyasını bir-birindən ayırmışdılarsa, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Naxçıvan birləşdirici coğrafiyaya, məkana çevrilib. Burada artıq biz birləşən türk dünyasına şahidlik etməkdəyik”.

Z.Məmmədov hesab edir ki, bu əməkdaşlıq daha da güclənəcəkdir: “Artıq Azərbaycan QHT-ləri ilə Özbəkistan QHT-ləri, Türkiyə QHT-ləri arasında mühüm əməkdaşlıq var. Bu həftə baş tutan görüşlərdə həm də Azərbaycan və Qazaxıstan QHT-nin birinci forumu keçirildi. Bu da vacib tarixi məqamdır, gələcəkdə isə nəzərdə tutulur ki, artıq bir sıra ölkələrlə birlikdə müştərək layihələr hazırlansın, tədbirlər həyata keçirilsin”.

Qeyd edək ki, noyabrın 24-25-də Bakıda və Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilib. Eyni zamanda, Naxçıvan şəhərində TDT-na üzv ölkələrin QHT Platformasının təsis konfransı olub. İlk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək QHT Platformasını yaradıblar.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri