Naxçıvanda TDT ölkələrinin QHT ləri forumu keçirilib YENİLƏNİB
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvan şəhərində davam edib.
APA-nın xəbərinə görə, salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, son illər türk dövlətləri ilə birgə layihələr silsilə xarakter almaqdadır.
“Son 3 il ərzində biz Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Respublikası və digər qardaş türk dövlətlərində fəaliyyət göstərən QHT-lərlə və tərəfdaş qurumlarla bir sıra vacib layihələr həyata keçirmişik. Bunlara Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Özbəkistan-Azərbaycan formatlarında baş tutan QHT-lərin əməkdaşlıq forumlarını, COP29 çərçivəsində Bakıda keçirilən “Türk Dövlətlərinin Vətəndaş Cəmiyyəti forumu”nu misal gətirə bilərik. Dünən isə ilk dəfə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” baş tutdu. Əminəm ki, bu formatda ikinci forumu tezliklə Qazaxıstanda da reallaşdıra biləcəyik”, - o deyib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, 2009-cu ildə “Naxçıvan Sazişi”nin imzalandığı şəhərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirməsi rəmzi məna daşıyır: “Naxçıvanın vətəndaş cəmiyyəti təmsilçiləri də türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində xüsusilə maraqlıdır. Muxtar respublikanın QHT-ləri regional təşəbbüslərə qoşulmağa, ortaq layihələrdə iştirak etməyə və Türk dünyasının birliyinə öz töhfələrini verməyə böyük həvəs göstərirlər”.
Ceyhun Cəlilov onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin Naxçıvan hissəsində avtomobil yolu, dəmir yolu, enerji və kommunikasiya xətlərinin tikintisi üzrə hazırlıq işləri sürətləndirilib və artıq son mərhələyə keçilib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana göstərdiyi ardıcıl diqqət və qayğı bu qədim diyarın inkişafını sürətləndirən başlıca amildir. Məhz bu diqqətin nəticəsi olaraq Naxçıvan bu gün təkcə region səviyyəsində deyil, bütövlükdə Türk coğrafiyasında yeni inkişaf modelinin nümunəsinə çevrilir”.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, bu gün qədim Naxçıvan torpağında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilk dəfə vahid platformaya çıxır: “Bu, bütün Türk dünyasının fərəhli, tarixi günüdür, böyük xoşbəxtlikdir! Biz ümumi işimizlə elə etməliyik ki, qarşıdakı dövrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası arasında tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə QHT-lər üçün ikitərəfli, həm də çoxtərəfli əsasda qrant müsabiqələri geniş vüsət alsın. Azərbaycan tərəfi olaraq, biz bu istiqamətdə həmkarlamızla işçi danışıqlara günü bu gün başlamağa, qısa müddətdə müsabiqələri təşkil etməyə, təşəbbüsləri dəyərləndirməyə hazırıq”.
T.Əliyev Bakıda başlanan prosesinin davamlı olacağına inandığını bildirib: “İlk dəfə baş tutan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun hər il təşkilata sədrlik edən dövlətin təşkilatçılığı ilə keçirilməsini, davamlı olmasını arzu edirik”.
Daha sonra forum panel müzakirələrlə davam edib.
***
13:59
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik forumu işini Naxçıvanda davam etdirir.
APA-nın yerli bürosu xəbər verir ki, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Forumdan öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib.
Qeyd edək ki, Naxçıvanda keçirilən forum çərçivəsində “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil olunacaq. Panel müzakirələrində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərinin miqyasının və sürətinin dünyanın post-münaqişə bölgələri üçün nümunə olması diqqət mərkəzində olacaq. Bundan başqa, Türk dünyası QHT-ləri 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət olunacaq.
Eyni zamanda, Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Bu, forumun mühüm qalıcı irsinə çevriləcək. Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının hazırki sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən QHT-lər birləşəcək.
Qeyd edək ki, bu yaxınlarda Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir yerə toplaşıb. Dünən Bakıda – “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış tədbiri keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 25 Noyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















