Icma.az
close
up
RU
TDT: Türkdilli ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizi Türk dünyasında ticarəti asanlaşdırmağı hədəfləyir AZƏRTAC

TDT: Türkdilli ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizi Türk dünyasında ticarəti asanlaşdırmağı hədəfləyir AZƏRTAC

İstanbul, 30 noyabr, Günel Karatepe, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması ilə bağlı Sazişin qüvvəyə minməsi ilə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, “Daha güclü ticarət əməkdaşlığı və nəqliyyat əlaqəsi üçün irəliləyiş addımı” başlığı ilə yayımlanan açıqlamada deyilir: “Türk Dövlətləri Təşkilatının (TDT) 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Zirvə Görüşü zamanı imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin 2024-cü il noyabrın 29-da qüvvəyə mindiyini elan etməkdən məmnuniyyət hissi keçiririk”.

Mətndə bu təşəbbüsün gömrük prosedurlarını asanlaşdırmaq, rəqəmsal məlumat mübadiləsini inkişaf etdirmək və tranzit müddətlərini qısaltmaqla, Türk dünyası arasında ticarəti asanlaşdırmağı hədəflədiyi vurğulanıb.

seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri