Teatr direktoru əməkdaşından məhkəməyə şikayət etdi
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə teatrın əməkdaşı Aynurə Əkbərova barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, şikayət Abşeron rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmə xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsi barədə qərar verib. Qərara əsasən, Aynurə Əkbərova təqsirləndirilən şəxs qismində cəlb olunub. Dördpendirli pizza
İttihama əsasən, teatrın menecer və layihə rəhbəri vəzifəsində əçalışan Aynurə Əkbərova direktor Rəşad Əhmədzadə barəsində kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yayıb. O, Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 27 Oktyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















