Icma.az
close
up
RU
Teatr rəssamına həmişə ehtiyac olacaq Vüsal Rəhim

Teatr rəssamına həmişə ehtiyac olacaq Vüsal Rəhim

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müsahibimiz Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rəssamı Vüsal Rəhimdir

- Vüsal bəy, gəlin, söhbətimizə "teatr rəssamlığı" anlayışından başlayaq. Ölkəmizdə teatr sahəsi inkişaf etsə də, cəmiyyətdə teatr rəssamının missiyası bəzən kənarda qalır. Ümumiyyətlə, teatr rəssamı kimdir və onun səhnədəki rolu nədir?

- Teatr rəssamı, əslində, bir tamaşanın vizual dünyasını, onun atmosferini sıfırdan yaradan quruluşçu rəssamdır. Mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını "Teatr-dekor sənəti" ixtisası üzrə Xalq rəssamı Kamil Nəcəfzadənin sinfini bitirmişəm. Bizim təhsil aldığımız illərdə təxminən 25 müxtəlif rəssamlıq istiqaməti var idi; rəngkarlıq, qrafika, xalça, zərgərlik və teatr-dekor sənəti bunlardan sadəcə bir neçəsi idi.

Quruluşçu rəssam adi dəzgah rəssamından çox fərqlənir. Rəssamlıq qabiliyyətindən əlavə, onun dərin tarixi, arxitektura və psixologiya bilikləri olmalıdır. Çünki siz səhnədə yalnız fırça ilə rəsm çəkmirsiniz - müəyyən bir dövrü, insanların xarakterini və rejissorun ideyasını üçölçülü məkanda canlandırırsınız. Bu sahədə mütəxəssis olmaq böyük mütaliə və daim özünüinkişaf tələb edir. Ona görə bu sahəni bitirən hər kəs bu istiqamətdə çalışmır. Mən həm teatrda, həm kinoda, həm də dövlət səviyyəli tədbirlərdə səhnə və geyim rəssamı kimi fəaliyyət göstərmişəm.

- Uşaqlıq illərinizə nəzər salsaq, rəssamlığa və xüsusən teatra gəlişiniz necə baş verdi?

- Uşaq vaxtı, əlbəttə ki, "teatr rəssamı" olacağam deyə bir düşüncəm yox idi. Ailəmizdə sənətə, rəsmə maraq böyük idi, amma ali təhsilli rəssamımız yox idi. Atamın rəsmə həvəsi var idi, daha çox taxta üzərində yandırma üsulu ilə müxtəlif əsərlər yaradırdı. Mən də 3-5 yaşlarımdan əlimə qələm alıb nələrsə çəkməyə başlamışdım. Ailəmizdə mənim tarixçi olmağımı istəyirdilər. Mənsə, tamam başqa fikirdə idim.

Uşaqlıqda müxtəlif dərnəklərə - şahmat, musiqi, rəqs kurslarına gedirdim. Lakin Rəssamlıq Akademiyasına daxil olduqdan sonra bu mühit məni tamamilə özünə çəkdi. Quruluşçu rəssamlıqda məni ən çox cəlb edən şey araşdırma prosesi oldu. Dəzgah rəssamı kimi təkbaşına emalatxanada oturub kətan üzərində çalışmaq mənə bir qədər darıxdırıcı gəlirdi. Teatrda isə kollektiv iş var: rejissor, aktyorlar, işıqçılar, dərzi emalatxanası... Tarixi dövrləri araşdırmaq, geyimlərin hər bir detalını öyrənmək mənim üçün daha canlı və həyəcanlı bir prosesə çevrildi. Quruluşçu rəssam çox maraqlı, özünəməxsus, spesifik, eyni zamanda çətin sənətdir. Bu baxımdan mənimçün əvəzsizdir.

- Hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rəssamısınız. Musiqili Teatrın səhnəsi və spesifikası digər dram teatrlarından nə ilə fərqlənir?

- Hər bir teatrın özünəməxsus səhnə quruluşu, akustikası və aktyor ansamblı var. Musiqili Teatrın ən böyük xüsusiyyəti onun sintez xarakterli olmasıdır - burada eyni vaxtda orkestr, balet heyəti, xor və aktyorlar səhnədə olur. Bu isə rəssamdan xüsusi diqqət tələb edir.

Mən Musiqili Teatrdan başqa, digər teatrlarla da əməkdaşlıq etmişəm. Məsələn, siz Akademik Milli Dram Teatrında daha monumental, ağır və statik dekorasiyalardan rahatlıqla daxil edə bilərsiniz. Yuğ Teatrında isə məkan kiçik olduğu üçün minimalist və konseptual yanaşmalara üstünlük verilir. Musiqili Teatrdakı tamaşalarda isə rəssam dekorasiyanı elə qurmalıdır ki, səhnə mərkəzində kütləvi rəqslər və aktyor hərəkətləri üçün kifayət qədər dinamik boşluq qalsın. Dekorasiya aktyorun hərəkətinə mane olmamalı, əksinə, ona dəstək verməlidir. Opera və balet tamaşalarında isə ümumiyyətlə vizual yük geyimlərin və yüngül konstruksiyaların üzərinə düşür.

- Pyes sizə təqdim olunandan tamaşanın premyerasına qədər olan vizual həll prosesi necə baş verir?

- İlk növbədə pyesi diqqətlə oxuyub təhlil edirəm, sonra rejissorla masa arxasında oturub onun konsepsiyasını dinləyirəm. Əsəri oxuduğum an beynimdə vizual obrazlar, rənglər və materiallar canlanmağa başlayır. Bəzən bir əsəri oxuyanda beynimdə ancaq taxta materiallar canlanır, başqa birində isə dəmir konstruksiyalar və ya xüsusi parçalar.

Bu proses orta hesabla 4-5 ay çəkir. Əvvəlcə ideya eskizləri çəkilir, sonra onların dəqiq texniki cizgiləri hazırlanır, maketlər qurulur. Daha sonra iş teatrın sexlərinə - dülgər, dəmirçi, dərzi və dekorasiya emalatxanalarına ötürülür. Məsələn, işlədiyim tamaşalarda aksesuarların çoxunu - tacları, xüsusi bəzək əşyalarını, maskaları öz əlimlə hazırlayıram. Çünki hər bir detalın mühəndis dəqiqliyi ilə işlənməsi vacibdir.

- Bəs rejissorla rəssamın baxışları toqquşanda necə yol tapırsınız?

- Teatr kollektiv sənətdir və burada mütləq qarşılıqlı hörmət olmalıdır. Adətən, rejissorlarla ortaq məxrəcə gələ bilirik. Amma bəzən rejissorlar rəssama yalnız onun ideyalarını mexaniki şəkildə həyata keçirən bir "icraçı" və ya "illüstrator" kimi baxmaq istəyirlər. Mən bu yanaşma ilə heç vaxt razılaşmıram.

Rəssam tamaşanın həmmüəllifidir. Əgər rejissor rəssamın təklif etdiyi fəlsəfi-vizual həlli görmək istəmirsə və onu sırf texniki icraçı səviyyəsinə endirirsə, orada keyfiyyətli işdən söhbət gedə bilməz. Vaxtilə kino sahəsində belə hallar gördüyüm üçün bir müddət kinodan uzaqlaşmışdım. Teatrda isə dialoq qurmaq daha mümkündür.

- İndiyədək 100-ə yaxın sərgi və onlarca tamaşaya imza atmısınız. İşləriniz arasında sizin üçün xüsusi yeri olan tamaşalar hansılardır?

- Bəli, bu günə qədər 40-dan çox teatr tamaşasının quruluşçu və geyim rəssamı olmuşam. Təkcə bu il 8 tamaşa işləmişəm ki, onun 5-i Musiqili Teatrında olub.

Xüsusən, Hacı Zeynalabdin Tağıyev haqqında hazırlanan həm teatr tamaşası, həm də 4 seriyalı bədii film mənim üçün çox əhəmiyyətli layihə idi. Burada XIX əsrin sonu, XX əsrin əvvəllərindəki Bakı mühitini, Tağıyevin şəxsi həyatını, geyimlərini, məişətini dəqiqliklə bərpa etmək böyük arxiv araşdırması tələb edirdi. O dövrə aid 3 işdə işləmişəm. 13 böyük tarixi filimdə quruluşçu və ya geyim rəssamı işləmişəm.

Eyni zamanda "Gülçöhrə və Əsgər", "Şahmaran" tamaşaları da mənimçün maraqlı işlərdən biri idi. Hər bir tamaşanın öz sancısı, öz doğuluş prosesi var, ona görə də onları bir-birindən ayırmaq çətindir.

- Bir əsər sıfırdan başlayıb səhnəyə çıxana qədər onun rəssam işə nə qədər müddət alır?

- O, əsərdən asılıdır. Elə əsər var ki, 2-3 ay, eləsi var 6-7 ay vaxt aparır. Mən eyni zamanda həm geyim, həm də səhnə dekorasiyasını işlədiyim üçün xüsusilə çox vaxt gedə bilir.

- İndi rəqəmsal dövrdə yaşayırıq. Müasir texnologiyalar və süni intellekt teatr rəssamının işinə necə təsir edir?

- Dövrlə ayaqlaşmaq və texnologiyadan istifadə etmək mütləqdir. Mən karyerama sırf kağız və karandaşla başlamışam, amma sonra rəqəmsal qrafik planşetlərə (Wacom) keçdim. Bu gün isə iş prosesimdə süni intellektdən və müasir Vizual proqramlardan aktiv istifadə edirəm. Çəkdiyim eskizləri rəqəmsal mühitdə 3D modellərə çevirirəm, işıq effektlərini öncədən simulyasiya edirəm.

Lakin bir şeyi unutmaq olmaz ki, texnologiya yalnız alətdir. Əgər rəssamın daxili təfəkkürü, akademiya bazası, hissiyyatı və əl qabiliyyəti yoxdursa, heç bir proqram ona sənət əsəri yaratmağa kömək edə bilməz. Akademik rəsm təhsili və klassik üslubu bilmək rəssamın təməlidir. Süni intellekt isə sadəcə zaman qazanmaq və ideyanı daha tez vizuallaşdırmaq üçün yaxşı bir köməkçidir.

Amma bütün bunlara yanaşı, əllə işləməyi, klassik ənənələri kənara qoymaq olmaz. Mənim fikrimcə, əsl rəssam əllə çəkməyi bacarmalıdır. Bu, ən vacib məsələdir. Əllə çəkməyi bacarmayan rəssam heç bir işində uğurlu ola bilməz.

- Sizcə, bu gün Azərbaycan teatr sənətində, xüsusən, sizin sahədən baxsaq, hansı çatışmazlıqlar var?

- Teatrın öz çatışmazlıqları var, kinonun da öz çatışmazlıqları. Teatrda texniki olaraq, məsələn, parça çatışmazlığı yaşaya bilirik. Məsələn, bir tamaşaya eyni paltardan 20 ədəd lazımdırsa, şəhərin heç bir parça mağazasında o qədər parçanı tapa bilmirsən. Bazarımız dar, məhsulumuz azdır. Kinonun isə daha çox və daha fərqli çatışmazlıqları var.

- Tamaşanın vizual obrazını yaradarkən milli motivlərlə müasir yanaşmada balansı necə qoruyursunuz?

- O baxır əsərin ilkin mərhələdə konsepsiyasını təyin etməyə. Məsələn, 2025-ci ilin noyabr ayında Vyanada "Arşın mal alan" tamaşası qoyuldu. Yaradıcı heyətin böyük hissəsi vyanalılardan ibarət idi. Bircə, geyim üzrə rəssam kimi mən getmişdim. Orada mənə dedilər ki, müasir olsun, Azərbaycanın detallarını daşısın, bir az da Vyananın alman mədəniyyətinin izləri görünsün. Mən onu istədikləri kimi hazırladım və uğurlu alındı, çox maraqla qarşılandı. Dediyim kimi, o, əsərdən və tarixi bilməkdən asılıdır. Rəssam bilməlidir ki, nəyi nə qədər dəyişə bilər, nəyə toxuna bilməz.

- Səhnə dekorasiyasında, eləcə də geyimlərdə tamaşaçının diqqət etmədiyi, amma sizin üçün xüsusi önəm daşıyan nüans nədir?

- Rəng palitrasına xüsusi önəm verirəm. Eyni zamanda texniki həll, əgər tarixi əsər işləyirəmsə, tarixə əsaslanmaq önəmlidir. Araşdırmamış heç bir naxışı istifadə etmirəm. Məsələn, Səfəvi dövrünü işləyirsənsə, Qacardan bir detal qoymamalısan. Belə şeylər məni qıcıqlandırır.

- Əsərdən, dövrdən asılı olmayaraq, sizin üçün nə olmaz?

- Xəyanət! Peşənə, tarixinə, millətinə xəyanət etməməlisən. Ona görə də quruluşçu rəssamlıq strateji sənətdir və bu sənətdə az adam yetişir. Çox şadam ki, bu gün teatrlarımızdakı quruluşçu rəssamlar azərbaycanlılardır və peşəkarlıqla işləyirlər.

- Teatrın gələcəyini necə görürsünüz və bu gələcəkdə teatr rəssamlarının rolu nə qədər olacaq?

- Hər dövrdə deyiblər "fotoaparat çıxdı, rəssamlıq öldü, kino çıxdı teatr öldü". Amma belə deyil. Öləndə də öləcək. Əsas odur ki, dövrlə ayaqlaşasan, özünü inkişaf etdirəsən. Teatr rəssamına bu gün də ehtiyac var, həmişə də olacaq. Sadəcə rəssam özünü inkişaf etdirməlidir, olduğu yerdə ilişib qalmamalıdır. Peşəkarlar həmişə zamanla ayaqlaşırlar. Yaradıcı şəxs üçün hər yer yaradıcılıqdır. O, hər şeyi yaradıcılığa çevirə bilər. Peşəkarlığı təqlid edənlər isə elə olduqları yerdə də qalacaqlar.

Şahanə MÜŞFİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see265

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see249

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see240

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see239

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see233

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see233

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see226

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see220

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see215

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see213

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see212

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see205

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see203

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see201

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see198

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see190

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see185

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see180

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see175

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri