Muxtar Babayev: İqlim dəyişikliyi fermerlərin istehsal şəraitinə təsir edir
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə su və torpaqdan tutmuş texnologiyaya, maliyyəyə və fermerlər üçün daha güclü dəstəyə qədər iqlimə daha davamlı kənd təsərrüfatı qurmaq barədə müzakirə davam etdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görö, iqlim dəyişikliyi artıq fermerlərin ərzaq istehsal etdiyi şəraiti dəyişdirir.
"COP29-da start verilən Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü, qlobal iqlim fəaliyyətinin fermerlərə çatmasını və onların dayanıqlılığını gücləndirməsini təmin etmək kimi sadə bir ideya ətrafında qurulub.
COP31-ə doğru irəlilədikcə, biz öhdəliklərdən yerlərdə praktiki fəaliyyətə keçməyə davam etməliyik".
Xatırladaq ki, M. Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın ikinci günündə bu mövzuda çıxış edib.
Baxış sayı:124
Bu xəbər 09 Sentyabr 2026 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















