Teatr tamaşaları, film nümayişləri ilə bağlı xidmətlərə görə ƏDVnin 50 faizi qaytarılacaq
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizi qaytarılacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.
Fərmana əsasən, müvəkkil bank 10 gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Vergi Məcəlləsinə uyğun olaraq, qaytarılan məbləğ teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 07 Yanvar 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















