Icma.az
close
up
RU
TƏBİB ə 60 dan çox müraciət qeydə alınıb

TƏBİB ə 60 dan çox müraciət qeydə alınıb

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Paytaxtla yanaşı, bölgələrdə də təcili tibbi yardım briqadaları gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Çətin hava və yol şəraitinə baxmayaraq, bütün müraciətlərə çevik və operativ reaksiya verilir.

TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şabran, Siyəzən və Ağsu rayonlarından güclü yağış yağması səbəbindən yaranan çətinliklər fonunda vətəndaşların müraciətləri qeydə alınıb.

Belə ki, Siyəzən rayonunun Həmiyə kəndi ərazisindən daxil olan çağırış əsasında Siyəzən Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb olunub. Güclü yağış səbəbindən yaranan çətinliklər fonunda sel təhlükəsi ilə üzləşən təxminən 57 nəfərə yerində ilkin tibbi yardım göstərilib. Həmin şəxslərdən daha ixtisaslı tibbi yardıma ehtiyacı olanlar təxliyə edilərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda 26 nəfərin müalicəsi stasionar olaraq davam etdirilir.

Şabran rayonu ərazisindən 1970-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxsə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Ağsu rayonunda isə selin ekskavatoru aparması nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Onlardan 2 nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, sözügedən hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Hazırda bölgələrdə müvafiq istiqamətdə tədbirlər fasiləsiz davam etdirilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see311

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see295

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see274

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see268

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see264

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see258

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see256

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see246

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see232

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see225

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see215

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see214

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see211

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see210

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see209

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see209

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see207

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see189

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see178

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri