Icma.az
close
up
RU
TƏBİB lə bağlı qərar büdcəyə necə təsir edəcək Qənaət, yoxsa əlavə xərc?

TƏBİB lə bağlı qərar büdcəyə necə təsir edəcək Qənaət, yoxsa əlavə xərc?

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. 

Bu dəyişiklik dövlət qurumlarının idarəetmə strukturunda aparılan islahatların büdcə xərclərinə təsiri məsələsini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dövlət qurumlarının birləşdirilməsi büdcəyə qənaət baxımından müəyyən üstünlüklər yarada bilər:

"Dövlət qurumlarının birləşdirilməsi büdcəyə ilk növbədə inzibati xərclərin azaldılması, idarəetmənin sadələşdirilməsi və eyni funksiyaları yerinə yetirən strukturların təkrarlanmasının qarşısının alınması baxımından fayda verə bilər. Lakin burada əsas məsələ qurumların sayının azaldılması deyil, dövlət vəsaitinin daha səmərəli xərclənməsidir.

Məsələn, iki qurumun birləşdirilməsi nəticəsində rəhbər vəzifələrin, inzibati aparatın, təsərrüfat xərclərinin və bəzi texniki xidmətlərin optimallaşdırılması mümkündür. Eyni zamanda, satınalmaların mərkəzləşdirilməsi və resurslardan birgə istifadə büdcə vəsaitinə qənaət yarada bilər. Amma birləşmə zamanı yeni idarəetmə strukturlarının yaradılması, işçilərin köçürülməsi, informasiya sistemlərinin uyğunlaşdırılması və digər keçid xərcləri də yarana bilər”.

İqtisadçı qeyd edib ki, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi avtomatik olaraq büdcəyə qənaət edilməsi demək deyil:

"Bu qərarın özü hələ büdcəyə konkret məbləğdə qənaət ediləcəyi demək deyil. Əsas nəticəni qiymətləndirmək üçün bir neçə göstəriciyə baxmaq lazımdır: inzibati aparatın saxlanma xərcləri nə qədər azalacaq, rəhbər vəzifələrin və funksiyaların təkrarlanması aradan qalxacaqmı, satınalmalarda qənaət əldə ediləcəkmi və tibbi xidmətlərin keyfiyyəti yüksələcəkmi? Əgər bu göstəricilər üzrə ölçülə bilən nəticə yoxdursa, struktur dəyişikliyinin iqtisadi səmərəsini müəyyənləşdirmək çətin olacaq.

Digər tərəfdən, dövlət qurumlarının birləşdirilməsini yalnız xərclərin azaldılması kimi qiymətləndirmək də düzgün deyil. Bəzən məqsəd səlahiyyətləri vahid mərkəzdə toplamaq, qərarların qəbulunu sürətləndirmək və məsuliyyəti dəqiqləşdirmək olur. TƏBİB nümunəsində idarəetmənin daha koordinasiyalı qurulması səhiyyə xidmətlərinin təşkilinə müsbət təsir göstərə bilər”.

Akif Nəsirli vurğulayıb ki, belə dəyişikliklərin iqtisadi səmərəsini müəyyənləşdirmək üçün şəffaf hesabatlılıq təmin edilməlidir:

"Məncə, burada əsas tələb şəffaflıqdır. Hökumət belə birləşmədən əvvəl və sonra qurumların saxlanma xərclərini, ştat vahidlərini və əldə edilən qənaəti müqayisə edən hesabat təqdim etməlidir. Eyni zamanda, keçid xərcləri də nəzərə alınmalıdır.

Yəni dövlət qurumlarının birləşdirilməsi öz-özlüyündə büdcəyə qənaət demək deyil. Qənaət yalnız təkrarlanan funksiyalar və xərclər real olaraq azaldıqda yaranır. Əgər sadəcə tabelik dəyişir, amma ştatlar, xərclər və idarəetmə mexanizmləri olduğu kimi qalırsa, büdcə baxımından ciddi iqtisadi effekt əldə olunmaya bilər. Əsl uğur dövlətin daha az vəsaitlə daha keyfiyyətli xidmət göstərməsidir”.

Fəridə Əsədzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 Oktyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri