Icma.az
close
up
RU
TƏBİƏTİN OYANMASININ İLK MÜJDƏÇİSİ

TƏBİƏTİN OYANMASININ İLK MÜJDƏÇİSİ

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

XIDIR NƏBİ, XAN İLYAS,

AÇDI ÇİÇƏK, GƏLDİ YAZ

Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən, təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur. Xızır peyğəmbərlə eyniləşdirilir. Xalqımız tarix boyu öz adət-ənələrini qoruyub saxlamış, ən çətin zamanlarda belə milli dəyərlərinə sahib çıxmışdır. Çoxəsrlik tarixində özünəməxsusluğu qoruyub saxlaya bilmişdir. Bu gün həmin dəyərlərin fonunda Azərbaycan xalqı öz tarixi keçmişinə söykənərək milli-mənəvi dəyərləri, ənənələri, əxlaqi keyfiyyətləri ilə dünya xalqları arasında seçilir və diqqəti çəkir. Əlbəttə ki, hər bir xalqın özünəməxsus dəyərləri, keyfiyyətləri mövcuddur və onları yaşatmağa çalışır. Zəngin irsə malik olan Azərbaycanda keçirilən bayramlar da xalqın genetik yaddaşından süzülüb gələrək, onun milli-mənəvi dəyərlərini əks etdirir. Azərbaycan mənəvi mədəniyyətinin tərkib hissəsi olan bayramlar xalqımızın həyatında mühüm yer tutur. Qədim tarixi özündə ehtiva edən Azərbaycan xalqının məişətində mövcud olan bir çox bayramların tarixi qədimdir və onların başlanğıcı eramızdan əvvəlki minilliklərə söykənir. Məlumdur ki, bayramlar öz məzmununa görə dini və dünyəvi bayramlara bölünür. Azərbaycanda Ramazan bayramı, Qurban bayramı kimi dini bayramlarla yanaşı, dünya xalqları ilə bərabər olaraq qeyd etdiyi bayramlara da təsadüf olunur.

QƏDİM TARİXİMİZİ ÖZÜNDƏ EHTİVA EDƏN BAYRAM

Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan olan Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan bayram Azərbaycanda Xızır Nəbi bayramı, Təbriz ətrafındakı Qızılbaşlar zümrəsində isə yenə də Xızır Nəbi bayramı adı ilə tanınır. Bu bayram Azərbaycanın demək olar ki, bütün bölgələrində keçirilir. Naxçıvanda, eləcə də Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarında təntənəli şəkildə qeyd olunub. Rəvayətlərdən birində deyilir ki, "Xızır peyğəmbər bir qabda dirilik suyu götürüb insanlara gətirirmiş. Çox yorulduğundan yolda bir ağacın kölgəsində yatır. Həmin ağac da çinar ağacı imiş. Birdən qab aşır, su tökülür çinarın dibindəki çuxura. Suyun bir hissəsini qarğalar gəlib içir. Qalanını da çinarın kökləri çəkir. Ona görə də deyirlər ki, qarğalar üç yüz il yaşayır, çinar ağacı da uzunömürlüdür".

Mənbələrdə göstərilir ki, rus tədqiqatçısı T.F.Aristova Laçın, Qubadlı və Zəngilan rayonlarında bu bayramın qeyd edilməsi prosesləri haqqında maraqlı məlumat verir. Qeyd edir ki, qışın ortalarında keçirilən bu bayramda azərbaycanlı qadınlar ailəsinin salamatlığı üçün sacda qovurğa qovurar, çay və bulaq kənarında müxtəlif rənglərlə bir neçə yumurta qoyaraq niyyət edirdilər. Ertəsi gün yumurtalara baxırdılar. Əgər yumurta qırmızı rəngə boyanmışdırsa yaxşı, qara boyanırdısa pis əlamət yozurdular.

Xıdır İlyas adətən, təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur. Qeyd edim ki, Xızır Nəbi bayramı Novruz bayramından əvvəl keçirilir. Bu bayramın keçirilməsi kiçik çilləyə təsadüf edilir. Bayramın tarixi günü ilə bağlı tədqiqatçılar, folklorşünas alimlər müxtəlif fikirlər irəli sürürlər. Bəzi mənbələrdə həmin bayramın kiçik çillənin qurtarmasına 2-5 gün qalmış, bəzilərində həmin mərasimin kiçik çillənin onuncu günündə, bəzilərində isə böyük çillədən dörd və kiçik çillədən üç gün olmaqla yeddi gün ərizində keçirildiyinə təsadüf edirik. Azərbaycanın xalq yazıçısı Əzizə Cəfərzadə isə "Xıdır İlyas" mərasiminin kiçik çillənin qurtardığı son üç gündə keçirildiyini göstərir. Başqa bir mənbədə isə Xıdır Nəbi bayramının fevralın 12-dən 20-dək keçirildiyi qeyd olunur.

Xoşbəxtlik, ruzi, arzuların simvolu olaraq qeyd olunan bayramın kiçik çillənin çıxması münasibətilə keçirilməsi həm də qədim əkinçilik görüşləri ilə əlaqədardır.

Xıdır İlyas mərasiminə xüsusi hazırlaşırdılar. Xalq arasında belə inam vardır ki, əgər Xıdır Nəbi Boz atında gələrkən evlərdə bayram əhval-ruhiyyəsi görməzsə küsüb gedirdi. Xıdırın küsüb getməsi isə ruzi-bərəkətin yox olmasına səbəb olar, baharın gəlməsi gecikər. Buna görə də hələ kiçik çillənin birinci günündən başlayaraq bayram tədarükü görülürdü.

Üç gündən ibarət olan Xıdır Nəbi bayramının birinci günü torpaq tərif olunardı. Torpağın üstündə od qalanardı ki, torpağın nəfəsi qızınsın. Bağlar təmizlənər, çör-çöp, xəzəl yığılıb yandırılardı. Bayramın ikinci günü evdəki hər öküzün adına üç duzsüz kömbə bişirilib öküzlərin qarnının altından diyirləyər və oxuyardılar:

Xıdır Nəbi, xan İlyas,

Açdı çiçək, gəldi yaz.

Mən Xıdırın quluyam,

Boz atının çuluyam.

Bayramın üçüncü günü cütcü və əkinçinin şəxsində torpağı becərən, şum şumlayan, əkin əkən əməkçilər tərif olunardı. Boz at üzərində gələcək Xıdır Nəbinin əlində od olacağı güman edilərdi. Onun torpağı isidəcəyi, odla yanaşı günəş və suyun adamlara sağlamlıq gətirəcəyi düşünülərdi. Mərasimdə əkinçi, cütçü və sayaçı nəğmələri oxunar, "Xıdır Nəbi"yə nəğmələr, şeirlər qoşulardı. Bayramın hər üç günündə cavanlar əkin yerlərindən keçib Xıdır Nəbini axtarmağa gedərdilər. Onlara "Xıdırçı" deyərmişlər. Xıdırçılar hava işıqlanmazdan əvvəl əllərində şam Xızırın dalınca gedər və nəğmələr oxuyardılar.

MİFİK OBRAZIN MÖVCUDLUĞUNU YADDAŞLARDA MÖHKƏMLƏNDİRƏN XIDIR NƏBİ MƏRASİMİ

Bayramın atributu isə qovrulmuş buğda və qovuddur. Bundan başqa digər paxlalı bitkilər, çərəz də mütləq süfrəyə qoyulmalıdır. Xəşil də ki, öz qaydası ilə. Ümumiyyətlə, qışda keçirilən bayramların hamısında bu xörək növü hazırlanır. Bayramda daha çox sevinən uşaqlardır. Xıdır Nəbi günü, Novruzda olduğu kimi, uşaqlar qapı-qapı gəzib papaq atırlar. Axşam şər qarışanda isə cavanlar və uşaqlar dəstələnib evləri qapı-qapı gəzərək "Xıdır" nəğməsini oxuyar və bayram payı yığardılar. Hansı qapıdan içəri girsələr, əvvəlcə dəstədən bir adam irəli çıxıb avazla oxuyardılar:

Mən Xıdırın quluyam,

Göy atının çuluyam.

Ağzının arpasıyam

Ayağının nalıyam.

Toplanan pay isə bərabər şəkildə bölünürdü. Bundan başqa həmin gün yükün altına qovud qoyarlar. Xalq inanclarına görə, əfsanəvi Xızır Peyğəmbər gəlib bu qovuda toxunarsa, həmin il o evdə ruzi-bərəkət olar. Bunu bilmək üçünsə ev sahibi səhər ertədən qovudun üzərində Xızırın atının izini axtarır. Hər hansı bir işarə varsa, deməli, niyyəti baş tutub.

Azərbaycan folklorunda Xıdırla bağlı inamlar da sayca üstünlük təşkil edir. "Xıdır payı"ndan ertəsi günü yağla kömbə bişirər, qovut çəkilər və dəstənin üzvləri arasında bölünərdi. "Xıdır Nəbi" bayramında yumurta döyüşdürülürdü. Hansı yumurta sınsa, sahibi uduzmuş hesab olunurdu. Bu bayramda qapıpusma mərasimi də keçirilirdi. Qulaqları barmaqla yumaraq niyyət tutur və "filan evə qapı pusmağa gedirəm"- deyilərdi. Həmin qapıya çatanda qulağı açar, niyyəti eşitdiyi ilk sözlə sınayardılar. Qovurğanı məcməyiyə yayıb boş otaqda səhərədək saxlayardılar. Əgər səhər qovurğanın üzərində əl izləri görünsəydi, deməli, Xıdır İlyas o evə gəlmişdi, həmin il ailə üçün xoşbəxt il olardı.

Bütün bunlar göstərir ki, Xıdır Nəbi mərasimi xalq bayramı olmaqla yanaşı, həm də mifik bir obrazın - Xıdır İlyasın mövcudluğunu, mərasimlərdə şəxsən iştirak etdiyi barədə fikri yaddaşlarda möhkəmləndirir.

Nəzakət ƏLƏDDİNQIZI

--

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see288

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see172

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see134

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri