Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Qızılın SON qiyməti

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Təbiətin və kainatın töhfəsi­ NOVRUZ

Təbiətin və kainatın töhfəsi­ NOVRUZ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan xalqı çoxəsrlik tarixə malikdir. Bu tarixdə milli soy-kökümüzdən qaynaqlanaraq fərdi xüsusiyyətimizə çevrilən elə adət-ənənələrimiz vardır ki, onlar kimliyimizi ortaya qoyan, sübut edən amillərdir. Və əsrlərdir, yaşadılaraq bu günümüzədək gəlib çıxan adət-ənənələrimiz müasir dövrümüzdə xalqımızın tarixi kökünü bir daha açıqlayır, bu millətin tarix qədər yaşı olduğunu təsdiqləyir.

70 il sovet imperiyasının müstəmləkəsində olan bir xalq öz tarixini, milli adətlərini, mentalitetini çətinliklərlə üzləşə-üzləşə saxlaya bilmişdirsə, bu onun göstəricisidir ki, həmişə soy-kökünə sadiq olan azərbaycanlılar onu qorumağı bacarmışlar. Hələ imperiyanın 15 müttəfiqindən biri olan Azərbaycanı xüsusi məngənədə saxladığı, 70 ilin hər saatında, anında xalqımıza milli bayramlarını, adət-ənənələrini yasaq etdirməyə çalışdıqları, bunlardan bəhs edənlərin repressiyası kimi geniş mövzulara toxunsaq, deməyə haqqımız daha çox olar ki, Azərbaycan xalqı öz tarixi keçmişini, sözün əsl mənasında, qəhrəmancasına qorumuşdur.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra milli dəyərlərimizə verilən qiymət onu millətimiz üçün daha əziz etmiş, illərlə gizli şəraitdə qoruyub saxladığımız bayramların ölkə səviyyəsində, elliklə qeyd olunmasına zəmin yaratmışdır. Ulu Öndərimiz deyirdi: “Elə vaxtlar, zamanlar olubdur ki, bu bayramı xalqımızın əlindən almaq istəyiblər, bu bayramı keçirməyə mane olmaq istəyiblər. XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir”.

Artıq neçə illərdir ki, Novruz bayramı çox çətinliklə əldə etdiyimiz müstəqil ölkəmizdə təmtəraqlı şəkildə qarşılanır. Respublikamızın hər yeri–küçə və meydanları, parkları qədim milli bayramımız üçün bəzədilir. Hər kəs ən sevimli bayramı olan Novruzu ürəyincə qeyd edir. Oxuyan, oynayan, yallı gedən, milli oyunlarımızı, mərasimlərimizi, adətlərimizi nümayiş etdirən hər kəslə yaşanır, yaşadılır qədim bayramımız Novruz. Yaşadıla-yaşadıla dünəndən bu günə, bu gündən sabaha – yeni nəsillərə ərməğan edilir.

Novruz barədə nə bilirik...

Novruz xalqımızın böyük mərasimlərindən biridir. Bu mərasim hər il mart ayının 20-21-də keçirilir. Şərq xalqlarının erkən əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı bu mərasim hələ qədim zamanlardan el arasında böyük bayram kimi qeyd edilib. Xalq bu bayrama hazırlığa Novruza 40 gün qalmışdan başlayardı. Əvvəl çərşənbəyə qədərki 10 gündə hər yerdə təmizlik işləri aparılar, sayaçılar həyətbəhəyət gəzib dölün başlanması ərəfəsində sayadan pay alıb, pay verərdilər.

Novruzaqədərki birinci, ikinci, üçüncü və dördüncü çərşənbələrin də özünəməxsus şənliyi, ayini, etiqadı olardı. Axır çərşənbədə isə Novruz şənlikləri daha böyük təntənə ilə qeyd edilər, bir-birindən rəngarəng nəğmələr oxunar, ayinlər icra edilər, tamaşalar, oyunlar göstərilərdi. Bu çərşənbələrin də öz adı, adəti var. Birinci çərşənbə “Əzəl çərşənbə”dir. Buna “Yalançı çərşənbə” də deyərlər. Həmin çərşənbədə yandırılan tonqalın külünü göyə sovurub ucadan söyləyərlər: “Kiçik çillənin gözünə kül ələyirik!” İkinci çərşənbə “Muştuluqçu (müjdə verən) çərşənbə”dir. Bu çərşənbədə hamı bir-birinə muştuluq verər ki, çillə tamam-kamal sovuşub gedib. Sonra “Gül” çərşənbə gəlir. Bu çərşənbədə təmizlik eləmək, ev-eşiyi, paltar-palazı çırpıb, silib “gülə döndərmək” qaydadı. Qalır dördüncü – bayramdan qabaqkı çərşənbə. Həmin çərşənbə “İlaxır çərşənbə” sayılır. Ulularımız həftənin günlərini uğuruna, sayasına görə sınaqdan çıxarıb bir parasını ağır, bir parasını da yüngül sayıblar. Həmin hesabla ən ağır gün çərşənbə axşamı, ən yüngül, sayalı gün cümə axşamı ilə cümədir. Ağır olduğundan çərşənbə axşamına baba-nənələrimiz “duz günü” deyərdilər. Həmin gün ev binəsi qoymaq, əkinə-biçinə başlamaq, toy-düyün etmək məsləhət bilinməyib. İşin binəsini cümədə qoymaq uğurlu sayılıb. Çərşənbə axşamı ağır gün sayıldığından ilin axırıncı həftəsinin həmin günündə tonqal qalayıb, odun üstündən atıla-atıla cəmi ağrı-acıları tökər, yeddi cür şirin nemət dadıb, nəhs gündən qurtular, sonra da xoş ovqatla o biri günlərə qədəm basıb Novruzu qarşılayarlar. Deyərlər ki, nə qədər ağrı-acımız, qada-balamız varsa, hamısını tökdük axır çərşənbə tonqalının üstünə.

Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Novruz yazın gəlişinə, torpağı yeni əkinə, yeni məhsula, bolluğa, firavan həyata çağırış bayramıdır.

Daha qədimlərdə təbiətin oyanmasına xoşbəxtlik və səadət rəmzi kimi baxan insanlar yazın gəlişi, havaların istiləşməsi, yeni əkinçilik mövsümünün başlanması, təbiətin yenidən canlanması, yaşıllaşması ilə bağlı müxtəlif nəğmələr, oyunlar, mərasimlər yaratmışlar. Bütün bu ilkin, ibtidai sənət nümunələri isə sonralar Novruz ətrafında cəmləşmişdir.

Novruz mərasimini bəziləri yanlış olaraq Zərdüştlüklə, digərləri isə İslam dini ilə bağlamağa cəhd göstərmişlər. Lakin bütün cidd-cəhdlərə baxmayaraq, Novruz mərasimlərində dinlərdən qabaqkı təsəvvürlər tam aydınlığı ilə əks olunmaqdadır. Bu bayramın qədim insanların bolluq, bərəkət, əmək, əkinçilik və məişət həyatı ilə bağlı yarandığını əks etdirən solmaz şəfəqlər zaman keçdikcə daha qüdrətlə şölələnməkdədir.

Novruzu nə vaxtdan qeyd ediblər

Qədim bir türk əsatirində bu suala cavab tapmaq olar: Oğuz oğlu zağada yaşayanda qışdan yaman qorxardı. Ona görə də ilin üç fəslində qışa tədarük görər, dünyanın naz-nemətini zağaya yığıb gətirərdi. Bir il qış uzun çəkdi, onun azuqəsi qurtardı. Çarəsiz qalan Oğuz oğlu Böyük çillənin otuzuncu günü zağadan bayıra çıxdı ki, yeməyə bir şey tapıb gətirsin. Nə qədər gəzdi, dolandı, heç nə tapmadı. Saqqalı buz bağladı, əli-ayağı dondu. Kor-peşman evə qayıdanda yolda bir qurd balasına rast gəldi.

– Oğuz oğlu, bu qarda-boranda haradan gəlirsən?

Oğuz oğlu başına gələn əhvalatı danışdı. İlin aylarından gileyləndi. Dedi ki, elə ay var yaxşı dolanırıq, elə ay var acından qırılırıq. Ayları təriflədi, ayları yamanladı.

Qurd balası dedi:

– Ey Oğuz oğlu, qarşıdakı yolayrıcında səni bir sürü qoyun, bir qucaq sünbül, bir cəhrə, bir də əl dəyirmanı gözləyir. Onları alıb zağana apararsan. Qoyunu kəsib ətini yeyər, yunundan cəhrədə ip əyirər, özünə paltar toxuyarsan, dərisini əyninə geyinər, sünbülün dənini də əl dəyirmanında çəkər, undan çörək bişirərsən, yaza çıxarsan. Ancaq sənə verdiyim əmanətlərdən gərək muğayat olasan. Sünbülü və qoyunu özün artırarsan. Quzuları əlinin içində saxlayıb böyüdərsən. Sünbülün dənini yerə səpib, onu alnının təri ilə suvararsan. Dediklərimə əməl eləyə bilməsən, yaşamaq sənin üçün çətin olacaq.

Oğuz oğlu yolayrıcına gəldi. Qurd balasının dediklərini götürüb zağaya gətirdi. Qışı kefi kök dolandı. Yazda sürünü dağlara yaydı, sünbülün dənini torpağa səpdi, gecə-gündüz sürülərin, taxıl zəmisinin qulluğunda dayandı. Oğuz oğluna bir bolluq üz verdi ki, gəl görəsən.

Deyirlər, oğuzlar elə o vaxtdan həmin günü ən əziz bayramlardan hesab eləmişlər. Həyatında yenilik başlandığından, o günə yeni gün adını verən Oğuz oğlu onu hər yaz bayram etmişdir. O gündən Novruz xalq arasında firavan yaşayışa, bolluğa, bərəkətə, yaradıcı əməyə çağırış rəmzinə çevrilmişdir.

Elə o gündən xalq bayrama 40 gün qalmış hazırlıq, təmizlik işlərinə başlayıb, Novruzqabağı nəğmələrini yaradıb. Bayramın bütün etnoqrafik cizgiləri Novruz nəğmələrində öz əksini tapıb. “Səməni”, “A yel baba, yel baba”, “İldə göyərdərəm səni”, “Qodu-qodu”, “Yağış gəlir” nəğmələrində Novruzun bütün detalları əks olunur.

Xalq özünün həyat, sağlamlıq, təmizlik, əmək vərdişləri ilə bağlı bir çox ayin, etiqad və mərasimlərini Novruzla bağlayıb, beləliklə də, onların el içərisində geniş yayılmasına və kütləviləşməsinə nail olub. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu bayramda hamı özünə təzə paltar alar, təzə paltar tikdirər, qız-gəlinlər təzə çəkmə, al-əlvan don geyinərlər.

Novruz adətlərində ulu babalarımızın ən müdrik dünyagörüşü, humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir. Bu nümunələrdə təmizliyin əhəmiyyəti, onun təbliği, yaxşılıq, xeyirxahlıq, Vətəni sevmək kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlər əks olunub.

Novruz müasir dövrümüzdə

Novruz – bu, böyük bir tarixdir. Yaşanan, yaşadılan və yaşadılacaq bir tarix. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Necə ki, ötən nəsillər bu bayramı adətləri ilə yaşadıb, bizə təhvil vermişlər, bizlərin – müasir dövrün insanlarının da vəzifəsi ondan ibarətdir ki, bu adətləri olduğu kimi gələcək nəsillərə çatdıraq. Novruz bayramı bizim bütün bayramlarımızdan əzizdir. Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır. Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç bir şəxsiyyətin adı ilə, onun fəaliyyəti ilə bağlı deyildir. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlaqədar olan bir bayramdır. Gündüz ilə gecənin bərabərləşməsi günü, baharın ilk günü Novruz bayramıdır. Bunlara görə Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu, bizim, məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır”.

Xalqımızın qədim milli bayramı olan Novruzun müasir dövrümüzdə bütün adət-ənənələri ilə yadda qalması, davam etdirilməsi bu bayramın azərbaycanlılar üçün tarixi bayram olduğunu sübut edir. Qədim tarixi mənbələrdən, Novruzla bağlı tədqiqatçı alimlərin əsərlərindən oxuduğumuz yazılarda bu bayramın qədim dövrlərdə necə başlandığı, davam etdirildiyi, hansı adətləri özündə əks etdirdiyi ilə tanış olduqca və bütün bunlara müasir dövrümüzdə də şahid olan bizlərdə belə bir təəssürat yaranır ki, xalqımız öz tarixi keçmişinə, adət-ənənələrinə, mentalitetinə həmişə hörmətlə yanaşmış, ona sadiq qalmış və yüksək dəyər vermişdir.

Bu gün də Novruza qədər təbiətin dörd ünsürü – su, od, külək və torpaqla bağlı çərşənbələrin qeyd olunmasını, bütün evlərdə, bağ-bağatlarda “külə-külə” adəti ilə təmizlik işlərinin aparılmasını, Novruza 15 gün qalmış səməni cücərdilməsini, ilin axır çərşənbəsində tonqal çatıb, el-elatın həmin tonqalın başına yığışaraq deyib-gülməsini və 20-21 martda Novruzun – yeni günün həyatımıza daxil olmasının təntənəli şəkildə qeyd edilməsini, əsrlər öncəki adət-ənənələrimizin olduğu kimi yaşadılıb bu günə qədər çatdırılmasını böyük mənəvi sərvətimiz kimi dəyərləndirmək olar. Dövlətimizin başçısı cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə, nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq”.

Qədəmlərin mübarək, ulu Novruz! Qoy bu Novruz həyatımıza, elimizə-obamıza xoşbəxtlik, səadət, hər bir ailəyə sevinc dolu günlər, bol ruzi, ölkəmizə sülh, əmin-amanlıq, davamlı inkişaf gətirsin.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Mart 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see422

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see241

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see223

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see216

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see215

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see212

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see209

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see207

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see202

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see192

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see192

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see188

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see187

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see187

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see185

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see184

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see178

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see174

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see167

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri