Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Avtomobillərin etibarnamə ilə idarə olunması son illər yenidən ictimai müzakirələrin mərkəzində duran bir məsələdir. Rəqəmsal xidmətlərin genişləndiyi, dövlət qeydiyyatı və nəzarət sistemlərinin tam elektronlaşdığı bir dövrdə bir çoxları etibarnamə tələbinin artıq köhnəlmiş mexanizm olduğunu düşünür. Xüsusilə, ailə üzvlərinin və yaxın şəxslərin bir-birinin avtomobilini idarə etməsi üçün əlavə notariat prosedurlarından keçməsinin zəruriliyi tez-tez sual doğurur.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər bir çox inkişaf etmiş ölkələrdə bu cür məsələlərin daha sadə mexanizmlərlə tənzimlənməsi fonunda Azərbaycanda da etibarnamə sisteminin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu düşünürlər.
Eldəniz Cəfərovun sözlərinə görə, hazırda Azərbaycanda vətəndaşlar onlayn platformalar vasitəsilə asanlıqla avtomobil sifariş edə, onu müvəqqəti istifadəyə götürə və heç bir notarial etibarnamə olmadan idarə edə bilirlər. Bu isə göstərir ki, avtomobildən müvəqqəti istifadə hüququnun rəqəmsal və daha çevik mexanizmlərlə tənzimlənməsi mümkündür.
Ekspert onu da qeyd etdi ki, mövcud texnoloji imkanlar fonunda notarial etibarnamə tələbinin zəruriliyi yenidən qiymətləndirilməli, digər ölkələrin təcrübəsi öyrənilməli və daha müasir, operativ həll yolları tətbiq olunmalıdır.
YouTubehttps://www.youtube.com/watch?v=U_qbG3-pE_o
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Oktyabr 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















