Icma.az
close
up
RU
Təbii fəlakətlər minaların yerinin dəyişməsinə səbəb olur AÇIQLAMA

Təbii fəlakətlər minaların yerinin dəyişməsinə səbəb olur AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bu günləri Müdafiə Nazirliyi, ANAMA və digər qurumlar minaları təmizləməyə çalışsalar da, ərazi böyük olduğuna görə partlayıcı maddələrin qalmaq ehtimalı var. Çünki 30 il ərzində həmin ərazilər işğal altında olub, o zaman çoxlu sayda minalar basdırılıb. Bu minaların xəritələri yoxdur və mina axtaranlar partlayıcı maddələri zərərsizləşdirmək üçün əraziləri sektorlara bölüb təmizləyirlər. Təbii fəlakətlər nəticəsində, məsələn, yanğın zamanı və ya yağışların təsiri ilə minalar bir ərazidən digərinə sürüklənə bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib. 
O bildirib ki, insanlarımız bu məsələdə çox diqqətli olmalıdır:
"Yerlərdə maarifləndirmə aparılmalı, xüsusi dərslər keçirilməlidir ki, insanların həyatı üçün təhlükə yaranmasın.
Təsadüfi deyil ki, ölkə rəhbərliyi həmin əraziləri tam şəkildə insanlara açmır. Bunun əsas səbəbi insanların zərər görməməsidir. Bu cür hadisələr baş verdikcə fəsadlar da çox ağır olur. Güman edirəm ki, mütəxəssislər bu istiqamətdə lazımi addımları atacaqlar, amma təhlükəsizlik qorunmaqla atılmalıdır".
Ekspertin sözlərinə görə, minalar və partlayıcı maddələr tam təmizlənsə belə, mühəndislər, ANAMA, Müdafiə Nazirliyi və digər qurumlar sürprizlərlə qarşılaşa bilərlər:
"Bəzən minalar torpağın dərinliyində qalır, yağışdan sonra üzə çıxır. Odur ki, bu məsələdə diqqətli olmaq, təhlükəli ərazilərə insanların buraxılmasını mərhələli şəkildə həyata keçirmək lazımdır. Minalar bəzən öz-özünə də partlaya bilər və ya sıradan çıxa bilər. Ona görə də diqqətli olmaq daha məqsədəuyğundur".
Qeyd edək ki, Ağdam-Ağdərədə baş verən meşə yanğınları zamanı 3 dəfə ardıcıl mina partlayışı baş verib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 İyul 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri