Icma.az
close
up
RU
“Təbii ki, De Blekerenin açıqlaması bizi qane etmir” Tovuzdan reaksiya

“Təbii ki, De Blekerenin açıqlaması bizi qane etmir” Tovuzdan reaksiya

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Turan Tovuz”un Misli premyer-liqasının 22-ci turunda “Sabah”la matçdakı hakim qərarlarına etiraz etdiyini xəbər vermişdik.

Bölgə təmsilçisi matçdan sonra futbolçularına qarşı qayda pozuntularının olduğu anların videosunu yayıb. “Turan Tovuz” videonu bu açıqlama ilə şərh edib:

“Mövsüm ərzində artıq neçənci dəfədi hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerenin “Sabah” – “Turan Tovuz” oyununda hakimliklə bağlı fikirlərini səbirsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!"


Artıq Frank De Blekere “Sabah” – “Turan Tovuz” oyunundakı mübahisəli epizodları şərh edib: “58-ci dəqiqədə meydanın “Sabah”a aid hissəsində, künc bayrağının yanında top uğrunda mübarizə zamanı qayda pozuntusu baş verir, lakin hakim bunu qeydə almır və “Sabah”a (top meydanı yan xətdən tərk etdiyindən) yan xətdən oyunu bərpa etməyə işarə edir.
Oyun yenidən bərpa olunur (yeni hücümün başlama fazası) və “Sabah” hücumun sonunda qol vurur. Bu situasiyada VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz. Yan xətdən bərpa “Sabah”ın yeni hücumunun başlanğıc mərhələsidi.
90+5-ci dəqiqədə VAR müdaxilə edir. Qayda pozuntusu baş verir (“Sabah”ın oyunçusu rəqibini itələyir). Qol vurulduqdan sonra VAR hücumun başlama fazasını yenidən yoxlayır və qoldan öncə baş verən qayda pozuntusuna müdaxilə edir. Hakim epizoda baxdıqdan sonra “Sabah”ın vurduğu qolu ləğv edir.
Hər iki halda VAR düzgün olaraq VAR protokoluna əməl etdi".
Siz bu qərarlarla razısızmı? Bu açıqlama sizi qane etdimi? Hələ də qaranlıq qalan məqamlar varmı? Bu sualları “Turan Tovuz”un idarə heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyevə ünvanladıq:

“Verdiyi qərarları biz də bilirik. 90+5-ci dəqiqədə olan izaha ehtiyac yox idi. Biz heç onu paylaşmamışdıq. Amma Jo Batistanın qolunun sayılmaması, qapımıza penalın verilməsi haqda heç bir izah yoxdu. Təbii ki, açıqlama bizi qane etmir”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Fevral 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri