Icma.az
close
up
RU
Azı iki penaltimiz verilmədi hakimlikdən narazı İmişli De Blekerenin qapısını döyəcək

Azı iki penaltimiz verilmədi hakimlikdən narazı İmişli De Blekerenin qapısını döyəcək

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1-ci liqanın 17-ci turunda "Mingəçevir"i qəbul edən "İmişli" gözlənilməz məğlubiyyətlə (0:1) üzləşdi.

Premyer-liqaya yüksəlmək uğrunda mübarizə aparan komandanın heyətini qış fasiləsində, demək olar ki, başdan-ayağa yeniləyən, autsayderlər sırasında qərarlaşan rəqibə evdə uduzması birmənalı qarşılanmadı. Bu üzdən "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlovun məğlubiyyətin səbəbləri haqda fikrini öyrəndik. Onun "Football-plus.az"a cavabı:

"Bəli, təəssüf ki, gözləmədiyimiz nəticə qeydə alındı. Bunun müxtəlif səbəbləri var. Komanda yorğun görünürdü. Futbolçularımızın əksəriyyəti oruc tutur. Hamının dini inanclarına hörmətlə yanaşırıq. Bu yöndə maarifləndirici söhbətlər aparırıq. Tövsiyə edirik ki, oyun günlərində oruc tutmasınlar. Əməl edən də var, etməyən də. Həssas məsələ olduğundan başqa addım atmaq istəmirik. Həmin futbolçuları düşündüyümüz üçün məşqləri iftara yaxın saatlarda keçməyə başlamışıq ki, çox yorulmasınlar. Yenə də orqanizmdə müəyyən qədər yorğunluğun olması qaçılmazdı.
Digər məsələ hakimin qərarlarıyla bağlıdı. Azı iki penaltimiz verilmədi. Yaxşı ki, bütün epizodları, həmin anları təfsilatlı əhatə etməsə də, PFL-in çəkilişləri var. Hazırda hakimin şübhəli qərarlarıyla bağlı sübutlar toplanılır. Bazar ertəsi AFFA Hakimlər Komitəsinə təqdim edib Frank De Blekerenin dəyərləndirməsini xahiş edəcəyik. Bu matçda baş hakim olan İslam Məmmədov MOİK-lə oyunumuza da idarə etmişdi. Elə həmin oyunda verdiyi qərarlar da narazılığımıza səbəb oldu. Onun hansısa komandaya simpatiyası var, yoxsa bizi sevmir, bilmirəm... Hər halda, bizi sıxır. Çox qaranlıq məsələdi.
Başqa səbəb isə meydançamızın durumudu. Martın 5-də "Kür-Araz" stadionumuzda "Şəfa" ilə qarşılaşdı. Bizim oyuna qədər ot örtüyü istədiyimiz səviyyədə bərpa olmamışdı. Heyətimiz texnikalı futbolçulardan qurulduğundan onlar belə vəziyyətdə özünü rahat hiss edə, performansını tam göstərə bilmir. Bununla belə, rəqib autsayder komanda idi. Bəlkə də futbolçuların arxayınlaşması məğlubiyyətə səbəb oldu".


Bilindiyi kimi, 3-cü pillədə qərarlaşan "İmişli" martın 12-də, səfərdə ən yaxın izləyicisi "Baku Sportinq"lə qarşılaşacaq. Komanda həmin oyunda da məğlub olsa, premyer-liqa hədəfi təhlükə altına düşəcək. Aqşin bəy durumu belə dəyərləndirdi:

"Mövsümü ən pis halda 3-cü pillədə bitirəcəyimizə inanırıq. Futbolçuların potensialına güvənirik. Düzdü, məğlub olanda baş məşqçimiz Fərid Namazovu günahlandırırlar. Deyirlər ki, heyət seçimi yanlışdı. Buna aydınlıq gətirim ki, bəzən futbolçular ya zədəli, ya da cəzalı olduğu üçün matçı buraxır. Bəzən də sarı vərəqə limitini doldurmaq üzrə olan aparıcı futbolçuları daha prinsipial oyun üçün qoruyuruq. Növbəti matça gəlincə, çempionatda asan rəqib yoxdu. Özü də aşağı sıralarda olanlar yuxarı pillələrdə qərarlaşan komandalara qarşı daha yaxşı hazırlaşır, daha ciddi yanaşır. İnanırıq ki, ilk "üçlük"dəki mövqeyimizi möhkəmləndirəcəyik".


KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Mart 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri