Icma.az
close
up
RU
Təbii yağlar, qədimi ayaqqabılar, milli naxışlar Hindistan günləri ndən REPORTAJ

Təbii yağlar, qədimi ayaqqabılar, milli naxışlar Hindistan günləri ndən REPORTAJ

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Artıq bir neçə ildir ki, paytaxt Bakıda keçirilən Hindistan sərgisi bu dəfə də ziyarətçiləri özünəməxsus zəngin və rəngarəng mədəniyyət nümunələri ilə qarşılayıb. 

Sfera-az-ın əməkdaşları Nizami kinoteatrında yayımlanan sərgidə iştirak edərək, Hindistanın milli geyimləri, təbii ipəkdən hazırlanmış şərflər, əl işi zinət əşyaları, naxışlı qab-qacaq, dekorativ xalçalar və müalicəvi xüsusiyyətlərə malik təbii daşlar, təbii baxım məhsulları, kosmetik vasitələr və hind mədəniyyətini əks etdirən müxtəlif vasitələrlə yaxından tanış olublar.

Satıcı Fidan İlyaslı sərgi barədə məlumat verərək bildirib ki, sərgidə təqdim olunan bütün məhsullar Pakistan və Hindistan istehsalıdır: “Qiymətlərimiz isə normal, orta səviyyədədir. Bəzi məhsullar isə daha yüksək qiymətlidir, çünki onlar çox keyfiyyətli və orijinal məhsullardır”.

O həmçinin, bitki tərkibli məhsulların faydalarından və qiymətlərindən danışıb: “Hər bitkinin öz funksiyası var. Miqren üçün çobanyastığı yağı, saç tökülməsinə qarşı isə aloe yağı tövsiyə olunur (qiymət 7 manat). Digər bitki yağlarımız da mövcuddur. Öskürək üçün 15 manata dermokremlər, sızanaqlara qarşı anti-akne kremlər, dərini ağardan və parladan kremlər mövcuddur. Ağrılar üçün serum və kremlərimiz var (15 manat). Kremlər 10 manatdan başlayır, həssas və normal dərilər üçün nəzərdə tutulub. Əl kremləri 10 manat, bədən kremləri  12 manatdan başlayır, tərkibində kokos yağı var.  Saç tökülməsinə qarşı 4 növ yağımız var: sarımsaq yağı və 9 bitkili qarışımlar. Saç tökülməsinin qarşısını alır, kəpəyə qarşıdır, saç uzadır və diblərini qidalandırır. Ən çox satılan məhsulumuz isə arqan yağıdır (15 manat)”.

Sərginin digər satıcılarından biri olan İlahə Shahzadın sözlərinə görə, masadakı məhsullar Hindistanın Dehli şəhərindən gətirilir:

"Hindistanlılar 2012-ci ildən etibarən mütəmadi olaraq buraya gəlir və müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Elə həmin ildən bu ticarət növü də get-gedə məşhurlaşmağa başlayıb. Məhsullar təmiz materiallardan — pambıq, kətan, ipək və s. hazırlanır. Stendimizdə qiymətlər olduqca münasibdir.  Məhsullar arasında qadın çantaları, şlyapalar, təmiz materiallardan hazırlanmış şərflər, təbii aksesuarlar, saç yağları və digər məhsullar mövcuddur”.

Hindistan sərgisi müxtəlif sahələrə marağı olan alıcılar üçün əsl kəşfdir. Burada həm etnik üslubda geyim axtaranlar, həm də ev dekorasiyası və orijinal hədiyyələr almaq istəyənlər üçün geniş seçim imkanı yaradılıb.

Alıcı Aybəniz Hüseynova sərgi haqqında fikirlərini bölüşərək bildirib ki, məhsullar hər il ölkəmizə gətirilir. Sərgidə qadınlar üçün baxım məhsulları, kosmetik vasitələr, ziynət əşyaları, çaylar və düyülər kimi qida məhsulları mövcuddur. Hətta bu məhsulları istifadə etmədən belə, qoxularını evdə hiss etmək mümkündür. Ayrıca, xüsusi ədviyyatlar, yataq dəstləri, yaylıqlar, şarf, inanclı adamlar üçün şamlar və buxarilər də sərgidə təqdim olunur. Bir sözlə, sərgidə diqqətimizi cəlb edən müxtəlif geyim, qida və digər məhsullar mövcuddur.

Sərgi yalnız satış məqsədi daşımır – burada həm də Hindistanın qədim sənət ənənələri, estetik zövqü və mədəni irsi haqqında dolğun təsəvvür yaranır. 
Sərgi hər il paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanır. Bu cür tədbirlər müxtəlif xalqlar arasında mədəni əlaqələrin güclənməsinə, həmçinin sənət və əl işlərinə olan marağın artırılmasına töhfə verir.

Qeyd edək ki, sərgi 7 martdan kinoteatrda təqdimata başlayıb və 23 mart tarixində bitəcək. Qonaqlar saat 11:00-19:00 aralığında bura baş çəkə bilərlər.

Fidan Hacızadə

Fotolar: Anar Bayramlı 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Mart 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri