Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Meşənin dərinliklərində unudulan abidələr: “Həzrə türbələri”ndən reportaj

Meşənin dərinliklərində unudulan abidələr: “Həzrə türbələri”ndən reportaj

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Uzun illər rayonda yaşasam da, hər dəfə bura gələndə qəribə hisslər keçirəm. Nədənsə, gözümə yuxu getmir. Xüsusən də səhər harasa yola çıxmalı olsam, ümumiyyətlə yata bilmirəm. Bu dəfə isə neçə gündür, reportaj üçün maraqlı məkan axtarırdım. Deyəsən, nəhayət, tapdım.

Yolum Qəbələnin Həzrə kəndində yerləşən XV–XVI əsrlərə aid tarix-memarlıq abidələri kompleksinədir. Rayon camaatının dili ilə desəm, bura “Həzrə piri” adlanır.

Səhər açılan kimi ilk işim ənənəvi olaraq nənəmi görməyə getmək oldu. Həftədə üç dəfə rayona gəlsək, üçündə də onu ziyarət etməliyik. Ailə adətimiz belədir. Söhbət əsnasında öyrəndim ki, nənəmin anası 1971-ci ildə dünyasını dəyişib və ondan yadigar heç bir şəkil qalmayıb. O deyir ki, səsini, hətta üz cizgilərini də get-gedə unudur... Marqarita pizza

Düşündüm ki, uşaq neçə yaşında olursa-olsun, valideyn qayğısına həmişə möhtacdır.

Evə qayıdan kimi qardaşımdan məni Həzrəyə aparmasını xahiş etdim. Anamgil də "onsuz da, o yolu gedirsiniz" deyib bizə qoşuldular. Kəndə daxil olan kimi sıx meşəliklərlə qarşılaşdıq. Yaşayış səviyyəsinin aşağı olmasına baxmayaraq, yolun türbələrə qədər asfaltlanması diqqətimi çəkdi. Bura vaxtı ilə rayon camaatının sıx olaraq gəldiyi əsas ziyarətgahlardan biri olub. Girişdə balaca dəmir qapı var, qapının yanında isə nəzir qutusu qoyulub. Qutu yağan yağışlar səbəbilə paslanıb.

Həmin türbələr meşəliyin içində yerləşir. Meşənin içərisinə doğru addımladıqca, nazik cığırla irəliləyirəm. Dərinliklərdən gələn səssizlik ürəyimə qorxu salsa da, yoluma davam edirəm. Özümü elə aparıram ki, guya heç qorxmuram. Ayaqlarımın altındakı yarpaqlar xışıldayır, ətrafda isə quş səsləri eşidilir. 

İlk olaraq qarşıma üzərində sirli naxışlar olan qədim daşlar çıxır. Yavaş addımlarla Şeyx Mənsur türbəsinə yaxınlaşıram. Hər bir türbənin girişində ağaclardan asılan kiçik lövhələrlə qarşılaşıram. Bu lövhələrdə türbənin adı və Dövlət tərəfindən qorunduğu yazılıb. Türbələr heksaqon (altıbucaqlı) formasında tikilib, yuxarı hissələri isə üçküncdür. İçəri daxil olanda havanın nə qədər isti olmasına baxmayaraq, soyuqluğu hiss edirəm. Baxımı kimin etdiyi bilinməsə də, içəri çox təmiz idi. Qapılar isə nazik torla örtülüb. Hər kəsin inandığı "Burda tutulan arzular yerinə yetir" əfsanəsinə inanmasam da, maraq mənə güc gəldi və içimdən bir arzu tutdum...

Mədəniyyət Nazirliyi tərəfindən qoyulmuş lövhələrə əsasən, qarşıma çıxan digər türbələrin Şeyx Məhəmməd və Şeyx Baniyə aid olduğunu öyrəndim. Yaxından baxdıqda hər türbənin qapısının üstündə fərqli yazılar və naxışlar olduğunu gördüm. Türbələrin üzərindəki yazılar və naxışlara əsasən düşünürəm ki, üstündən əsrlər keçsə də, mədəniyyət ta o dövrlərdə də yüksək səviyyədə inkişaf edib.

Dördüncü - sonuncu türbəni tapmaq isə asan olmadı. Bir müddət meşədə azsam da, bacımın səsi ilə istiqaməti dəyişib yolumu tapdım. Bura Şeyx Bədrəddin türbəsidir. Bu türbə digərlərindən bir az hündürdə yerləşirdi və girişindəki naxışlar digərlərinə nisbətən daha zəngin idi. Türbənin yanında dincəlmək və ya dini mərasimlər üçün kiçik bir çardağın olması da diqqətimi çəkdi.  

Aşağı enərkən köhnə qəbir daşları gözümə dəydi. Kiril əlifbası ilə yazılmış yazılar və ərəb hərfləri ilə bəzədilmiş məzar daşları buranın çox mədəniyyətli bir mühit olduğunu göstərirdi. Lakin ən çox təəssüf hissi doğuran illər əvvəl gəldiyim bu yerin indiki vəziyyəti oldu. On-on iki yaşlarımda bura gələndə insan əlindən tərpənmək olmurdu, indi isə meşənin pıçıltısını belə eşidəcək qədər səssizlik hökm sürürdü. Deyəsən, dövr dəyişdikcə insanların inancları da dəyişir. Əvvəllər buranın təmizliyinə, qayğısına qalan insanlar var idi, amma nəsillər dəyişdikcə bu məsuliyyət də unudulub.

Aşağıda iki yeni qəbir daşı diqqətimi çəkdi. Yəqin ki, kimlərsə buranı özlərinə son mənzil seçib...

Çıxışa doğru addımlayarkən bizdən türbələrin yerini soruşan 4-5 gənclə qarşılaşdım. Onların turistik məqsədlə gəldiyi aydın idi. Bəlkə də, gələcək nəsillər dəyərli abidələri yenidən kəşf edib, onlara sahib çıxacaq. Yavaş-yavaş pirdən uzaqlaşıb kəndin səssiz yolları ilə geri döndüm... Meşənin səssizliyi və bu qədim məkanın yaratdığı təəssürat mənimlə birlikdə uzun müddət qalacaq...

Qeyd edək ki, Kompleksə daha əvvəl yeddi türbə daxil olsa da, onlardan dördü dövrümüzə çatıb.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri