Icma.az
close
up
RU
Təbrizdən Bakıyadək: İki gizli adla fəaliyyət göstərdi, sonda general oldu REPORTAJ

Təbrizdən Bakıyadək: İki gizli adla fəaliyyət göstərdi, sonda general oldu REPORTAJ

Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hələ yeniyetmə ikən “Həqiqətin tarixi və tarixin həqiqəti” deyimini tez-tez eşidirdim. Vaxt ötüşdükcə, irəlidə müşahidə etdiklərim bu ifadənin kübarlığını müfəssəl anlamağa yardımçı olurdu. Bunun ilk qavramını müqəddəs amal uğurunda mübarizəyə atılanların timsalında gördüm. Elə bu dəfə də Azərbaycan İstiqlal Muzeyində olarkən yaddaşım yeniləndi – “Tarixin həqiqəti”nin sehrinə düşdüm. Bu saxlancda gələcək nəsillər üçün qorunan unudulmaz şəxslərə aid hər bir əşya – eksponat sözsüz ki, bizlər üçün də dəyərlidir. Uzun illər mübarizə meydanlarında olan, şimallı qardaş və bacıları ilə qovuşmaq üçün mücadilə verən general-mayor Cəfər Kaviana aid miraslar hər kəs kimi mənə də nostalji hislər yaşatdı.

Qəhrəmanımız Güney Azərbaycanın milli hökumətinin ordu naziri kimi, tarixin yaddaşında əbədi yer tutanlardandır. Ona aid əşyaların hər biri şərəfli həyat yolu, qorxmazlıq və cəsurluq mücəssəməsinin nişanələri kimi gözə dəyir. Burada tarixin aurasına düşməmək mümkünsüzdür. Burada ikən tarixlə “həmsöhbət” olmağı fürsət bilib, eksponat guşəsində gördüyüm əşyalar barədə bircə-bircə məlumat almağa çalışıram.

Əvvəlcə öyrənirəm ki, general mübarizə meydanına atıldığı vaxtdan bəri iki gizli adla fəaliyyət göstərib. Gənclik illərində hər kəs onu adını Məşədi Cəfər kimi bilib. Milli hökumətin qoşunlar vəziri olduqdan sonra isə o, Cəfər Kavian kimi tanınmağa başlayıb. 1895-ci ildə Təbriz şəhərində dünyaya gələn bu azərbaycanlının həyatı şərəfli olduğu qədər həm də kədərli keçib.

Tarixi sənədlər, yazışmalar, nadir fotoşəkillər, hərbi geyimlər, orden və medallar, qılınc və digər əşyaların görünüşü baxdıqca insanı sehrləyir. Amalı uğurunda getdiyi yoldan dönməyən belə qəhrəmanların həyatı gənc nəslin iftixar yeridir. Muzeydə ikən bir çox ziyarətçinin bu guşədə xeyli ayaq saxladığının şahidi olduq. Sənət məbədinin əməkdaşları generalın əşyaları barədə onlara dolğun məlumat verirdi. Kolleksiyada yer alan qılıncın görünüşü hər kəs kimi mənim də nəzərimi çəkdi.

Qılınc sanki Azərbaycanın mübarizə və qəhrəmanlıq tarixinin rəmzi təəssüratını yaradır. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda “21 Azər” hökuməti qurulan zaman fars ordusunda xidmət edən türk əsilli Ələkbər Deraxşani Cəfər Kavianın yanına gəlir, belindəki silahı və qılıncını ona verərək, “biz Təbrizi sizə təslim edirik” deyir. Bəli, kolleksiya arasında yer alan qılınc o qılıncdır. Generala məxsus əşyaları 2015-ci ildə muzeyə oğlu Marks Kavian təhvil verib. Kolleksiyada qorunan “Səttarxan” ordeni, “21 Azər” medalı generalın qəhrəmanlığının nişanələridir. “Səttarxan” ordeni tarixdə 10 adama verilib, “21 Azər” medalını 20 mindən çox insan alıb ki, hər iki medaldan biri Cəfər Kavianın payına düşüb.

Onun muzeydə saxlanılan tərcümeyi-halı da maraqlı tarixi məqamlara işıq tutur. Burada qeyd olunur ki, general inqilabi fəaliyyətə 1908-ci ildən, on üç yaşında bir fədai kimi Səttarxan hərəkatında başlayıb. İnqilab məğlubiyyətə uğrayanda, o, qardaşı İsrafillə şah təzyiqindən qaçıb, Bakıya pənah gətirir. İki il Bakıda dərzilik edən Məşədi Cəfər yenidən Təbrizə qayıdır. Şeyx Məhəmməd Xiyabani hərəkatında fədai başçılarından biri də o olur. 1930-cu ilin sonlarında kommunist adı ilə həbsə atılan Cəfər olduqca çətin günlər yaşayır. 6 il 7 ay “Qəsri-Qacar” zindanının qalın divarları, dəmir qapıları onun mübarizə əzmini qıra bilmir. Qəddar şah hakimiyyəti həbsdən sonra onu Zəncan şəhərinə sürgün edir. Sovet ordusu İrana gəldikdən sonra Cəfər 1941-ci ildə sürgündən azad edilir.

1944-cü ilə qədər Təbrizdə müxtəlif təşkilat və partiyaların yaradılmasında iştirak etdiyini yazan general qeyd edir: “Xalq partiyasının Təbriz komitəsinin üzvlüyünə seçilmişəm. 1945-ci ildə Azərbaycan Demokratik Partiyasının təşkil olunmasından sonra, həmin partiyanın mərkəzi komitəsinin üzvü olmuşam. Azərbaycanda partizan hərəkatının başçılığı mənə tapşırılmışdı. Milli hökumətin təşkili ərəfəsində hərbi nazir təyin olunaraq, general rütbəsinə yüksəlmişəm. Göstərdiyim xidmətlərin nəticəsi olaraq Azərbaycan milli hökumətinin və milli məclisinin qərarı ilə “Səttərxan” ordeni və “21 Azər” medalı ilə təltif olunmuşam”.

Marks Kavianın ailəsinin Bakıya gəlişi və burada qarşılaşdıqları çətinlikləri qələmə aldığı xatirələrdə insanı təsirləndirən xeyli hekayələr var. 1946-cı ilin dekabr ayında Naxçıvana, orada 15 gün qaldıqdan sonra Bakıya gəldiklərini qeyd edən M.Kavian yazır:

“Bakıya gəldikdən 15 gün sonra Mircəfər Bağırov Zaqulbadakı bağında atamgilə qonaqlıq verdi. Qonaqlıqda atam ilə yanaşı, Pişəvəri, Padiqan, Qiyami, Molla Mustafa Bərzani, general Pənahiyan, general Azər, Qulam Yəhya, yerlilərdən isə Atakişiyev, Mirzə İbrahimov, Səməd Vurğun iştirak edirdilər. Məclisi Səməd Vurğun aparırdı, Bülbül isə hərdən mahnılar oxuyardı. Yarım saatdan sonra Mir Cəfər Bağırov atamı çağırdı və təkbətək söhbət etməyə başladılar. O, hərb məsələləri ilə maraqlanırdı. Sonra o, atama sual verdi. “Mən eşitmişəm ki, siz oğlunuzu Təbrizdə güllələmək istəmisiniz”. Atam o dəqiqə başa düşür ki, kimsə bu barədə ona məlumat ötürüb. Atam isə “yoldaş Bağırov mənim oğlum bilmədən günahsız iş yoldaşını öldürmüşdü. Mən bunu eşidən kimi gəlib evimizdə oğlumu güllə ilə vurmaq istəyirdim, ancaq məni qoymadılar. Onu o dəqiqə həbs etdirdim. Bir müddətdən sonra ölənin qardaşı və qohumları şikayət etmədikləri üçün məhkəmə oğlumu təqsirsiz bilərək, onu şallaq vurmaq ilə əvəzlədi. Ancaq mən onun Təbrizdə qalmasını istəməyib, Bakıya hərbi məktəbə göndərdim”, – deyə atam vəziyyəti izah eləyib.

Sonra Bağırov atama “sən düz iş görmürdün, o, bilə-bilə bu hadisəni etməyib. Bu, bir hadisə idi. Bilirsən, elə işlər var ki, adam edir, sonra peşman olur. Mənim də oğlum hərbi xidmətə gedib, müharibədə həlak oldu. Mənə dedilər ki, qoy onun ölüsünü Bakıya gətirək, mən razılıq verməyib, Krıma getdim və başqa əsgərlərlə birlikdə orada dəfn etdirdim. İndi isə peşmanam ki, niyə qoymadım oğlumun meyitini Bakıya gətirsinlər”.

Bağırovun həmin vaxt gözləri dolub, sonra məlum olub ki, o, oğlunun meyitini gətirib Bakıda dəfn etdiribmiş.

Bu tarixi qeydlərdə generalın həyat və fəaliyyətinin bütün boyu göstərilir, milli hökumətin bir illik fəaliyyəti zamanı görülən işlərə də nəzər salınır.

1975-ci ildə Bakıda vəfat edən generala aid 158 eksponat və 10 səhifəlik xatirələr toplusu gələcək nəsillərin zəruri bilgilər əldə etmələri baxımından da olduqca əhəmiyyətlidir.

Bəli, hər dəfə Azərbaycanın qəhrəmanlıq tarixini yaradan şəxslərin həyat yolu və mübarizə ilə dolu igidlik dastanına şahidlik etmək qəlbimizi qürurlandırır, kimliyimizi yeniləyir. Beləcə, biz muzeydən iftixar duyğuları ilə ayrılırıq, sırada tarixi faktlara canlı şahid olmaq istəyən gənclərdir…

Müəllif: Ceyhun Alışlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://dogru.az
archiveBu xəbər 14 Fevral 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see369

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see283

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see154

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see146

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see142

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see141

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see135

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see132

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see130

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see130

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see128

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see125

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see124

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see124

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see122

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see120

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri