Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Technofusion and MUK şirkətlərinin birgə Oracle Exadata dəyər və üstünlüklər tədbiri

Technofusion and MUK şirkətlərinin birgə Oracle Exadata dəyər və üstünlüklər tədbiri

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnnovativ İT həllərin təqdim edilməsi üzrə lider olan Technofusion şirkəti MUK şirkətlər qrupu ilə birlikdə "Oracle Exadata - dəyər və üstünlüklər" mövzusunda işgüzar səhər yeməyi təşkil edib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən banklar, sığorta şirkətləri, həmçinin dövlət maliyyə institutları da daxil olmaqla aparıcı maliyyə qurumlarının 20-dən çox nümayəndəsi iştirak edib.

Tədbirin əsas müzakirə mövzusu məlumat emalı və məhsuldarlığın artırılması üçün güclü alət olan Oracle Exadata həlli olub. Tədbirdə iştirak edən mütəxəssislər sözügedən texnologiyanın süni intellekt və maşın öyrənməsi vasitəsilə qurumlara məlumatların saxlanması, tranzaksiyaların emalı və analitika kimi məsələlərin effektiv həllinə necə yardım etdiyini təqdim ediblər.

Tədbir zamanı Oracle Exadata həllinin əyani istifadə təcrübəsindən danışan ölkənin aparıcı banklarından biri "Xalq Bank" ASC-nin nümayəndəsinin çıxışına xüsusi diqqət ayrılıb. Bankın nümayəndəsi qeyd edib ki, sözügedən texnologiyanın köməyi ilə bank məlumatların emalı, hesabatların hazırlanması və ehtiyat nüsxəsinin çıxarılması proseslərini xeyli sürətləndirə bilib ki, bu da müştərilərə göstərilən xidmət keyfiyyətini daha da artırıb. Bundan əlavə, Oracle Exadata həllinin tətbiqi İT resurslardan daha səmərəli istifadə edib İT infrastrukturunu optimallaşdırmağa imkan yaradıb.

Tədbir iştirakçıları, həmçinin Oracle Exadata həllinin müxtəlif iş yüklərinin vahid sistem çərçivəsində birləşdirməyə, idarəetməni sadələşdirməyə, miqyaslılığı artırmağa və xərcləri azaltmağa necə imkan verdiyini müzakirə ediblər.

Tədbirin vacib məqamlarından biri də 2024-cü ildə buraxılmış Exadata X10M platformasının yeni nəslinin elan edilməsi olub. Dördüncü nəsil AMD EPYC prosessorları ilə təchiz edilmiş platformanın yeni versiyası məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, daha yüksək hesablama və saxlama sıxlığını təklif edir.

İşgüzar və səmimi mühitdə keçən tədbirdə iştirakçılar fəal şəkildə fikir və təcrübə mübadiləsi aparıblar. Görüşün yekununda iştirakçılar Oracle Exadata həllinin öz qurumlarında tətbiqi ilə bağlı aktual suallarına cavab alıblar.

Technofusion haqqında:

2016-cı ildə təsis edildiyi gündən Technofusion şirkəti müştərilərə iş axınlarını optimallaşdıran, gəlirliliyi artıran və bazarda rəqabət üstünlüyü təmin edən İT həlləri təqdim edir.

Oracle, Dell, Cisco, Palo Alto və başqaları kimi qlobal nəhənglərlə əməkdaşlıq sayəsində Technofusion müasir biznesin yeni çağırışlarına cavab verən qabaqcıl rəqəmsal həllər təqdim edir.

Technofusion kibertəhlükəsizlik sahəsinin mütəxəssisidir, biznesinizin tam mühafizəsini təmin edir və kiberhücumların uğurunuza zərər vurmazdan əvvəl qarşısını alır.

MUK şirkətlər qrupu haqqında:

MUK şirkətlər qrupu Qafqaz, Mərkəzi Asiya və Avropada ölkələrində fəaliyyət göstərən İT həllər və avadanlıqların əsas distribütorudur. MUK şirkəti informasiya texnologiyaları sahəsində dünyanın aparıcı istehsalçılarından kompleks həlləri təklif edir.

2016-cı ildən Azərbaycanda da uğurla fəaliyyət göstərən MUK Tədris Mərkəzi müştərilərə təlim, yüksək keyfiyyətli avadanlıqlarda təcrübə və vendor avtorizasiyası üçün əlverişli şərait yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Noyabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri