TƏCİLİ: Bu ölkələrdə elektrik enerjisi kəsildi: Fövqəladə vəziyyət elan olundu
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniya və Portuqaliyanın böyük hissəsində elektrik enerjisi kəsilib. İspaniya Daxili İşlər Nazirliyi fövqəladə vəziyyət elan edib.
Turkustan.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qərar zəruri hesab edilən rayonlarda icra olunacaq.
İki ölkə kəsilmədən təsirləndikdən sonra İspaniyanın elektrik şəbəkəsi operatoru Red Electrica elektrik enerjisini bərpa etmək üçün enerji şirkətləri ilə işlədiklərini açıqlayıb.
Baş nazir Sançes paytaxt Madriddəki La Moncloa sarayında günorta saatlarından bəri ölkədə yaşanan elektrik kəsilməsi ilə bağlı açıqlama verib.
İctimaiyyəti işıqların kəsilməsi ilə bağlı fərziyyələrlə bağlı xəbərdar edən Sançez ölkəsində "elektrik böhranı"nın elan edildiyini bildirib.
Elektrik kəsilməsinin səbəbini müəyyən etmək üçün işlərin davam etdiyini deyən nazir: "Hələlik bu kəsilmənin səbəbləri ilə bağlı qəti məlumatımız yoxdur. Heç bir fərziyyəni istisna etmirik, kəsilmənin səbəblərini öyrənəcəyik" deyib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 28 Aprel 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















