Icma.az
close
up
RU
TƏCİLİ! Əli Əsədovu o əvəzləyə bilər KONKRET

TƏCİLİ! Əli Əsədovu o əvəzləyə bilər KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycanın siyasi kuluarlarında və kadr islahatları strategiyasında son günlər müşahidə olunan hərəkətlilik sadəcə bürokratik rotasiya təsiri bağışlamır. Ölkənin idarəetmə sükanı arxasında əyləşən fiqurların fəaliyyəti, onlara verilən səlahiyyətlərin miqyası və ictimai rəydə formalaşan obrazlar yaxın gələcəkdə ciddi struktur dəyişikliklərindən xəbər verir.

KONKRET.az xəbər verir ki, son dövrlər ən çox müzakirə olunan məsələlərdən biri hökumətin iqtisadi və maliyyə sütunlarının memarı kimi tanınan Baş nazirin müavini Samir Şərifovun dövlət idarəçiliyindəki çəkisinin sürətlə artmasıdır. Bu artım fonunda isə cəmiyyətdə və mediada bir sual daha gur səslənir: Azərbaycanın növbəti Baş naziri kim olacaq?

Məsələnin aktuallaşması heç də təsadüfi deyil. Son günlər mövcud Baş nazir Əli Əsədovun adı ətrafında yaranan informasiya dalğası, xüsusilə onun “biznes imperiyası” və tikinti sahəsindəki geniş kommersiya maraqları ilə bağlı yayılan iddialar hökumətin rəhbər heyətinə münasibəti yenidən gündəmə gətirib. Prezident İlham Əliyevin məmur obrazı, təvazökarlıq və dövlət maraqlarının hər şeydən üstün tutulması ilə bağlı kəskin xəbərdarlıqları fonunda, biznes maraqları ilə adı hallanan yüksək rütbəli şəxslərin mövqelərinin zəifləməsi qaçılmaz görünür. Belə bir mənzərədə isə sistemin “təmiz” və “peşəkar texnokrat” ehtiyacı məhz Samir Şərifov simasında təcəlli edir. Uzun illər ölkənin ən çətin maliyyə dövrlərində büdcə intizamını qoruyan, beynəlxalq maliyyə dairələrində böyük nüfuza malik olan Şərifovun profilinin daha çox qabardılması təsadüfi sayıla bilməz.

Samir Şərifovun fəaliyyət trayektoriyasına nəzər saldıqda görürük ki, o, sadəcə maliyyəçi deyil, həm də dövlətin ən kritik strateji layihələrində ön plandadır. Beynəlxalq tədbirlərin təşkilindən tutmuş, strateji iqtisadi tərəfdaşlıqlara qədər geniş bir sahəni kurasiya edən Baş nazirin müavini faktiki olaraq “baş nazir ambisiyasına” və potensialına malik olan yeganə fiqur kimi görünür.

Əli Əsədovla bağlı yayılan neqativ xəbərlər və iqtisadi idarəetmədəki bəzi ləngimələr fonunda Şərifovun “operativ idarəetmə rejiminə” keçməsi, onun xələf yox, məhz ən güclü alternativ olduğunu sübut edir. Hakimiyyətin yuxarı eşalonunda gedən bu “səssiz keçid” hazırlığı, dövlət idarəçiliyində daha dinamik və biznes maraqlarından uzaq bir komandanın formalaşdırılması məqsədi daşıyır.

Görünən odur ki, Azərbaycanın siyasi gündəmində kartlar artıq paylanıb və oyunun ən əhəmiyyətli fiquru məhz Samir Şərifovdur. Əli Əsədovun rəhbərlik etdiyi hökumətin cari çağırışlara cavab verməkdə çətinlik çəkdiyi və adının şəffaflıqla bağlı məsələlərdə hallandığı bir dövrdə, Şərifovun ulduzunun parlaması ölkənin gələcək idarəetmə modelinin anonsudur. Siyasi ekspertlərin fikrincə, yaxın vaxtlarda baş verəcək kadr islahatları Azərbaycanın icraedici hakimiyyətində “Şərifov erası”nın başlanğıcı ola bilər. Beləliklə, köhnə üsullarla işləyən və biznes maraqlarına bulaşan məmur obrazı tarixə qovuşarkən, yerini beynəlxalq səviyyəli texnokratlara verir./nocomment

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Aprel 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri