Təcili yardım əməkdaşları 17 yaşlı gənci ölümdən xilas etdi Foto
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İyulun 20-si saat 18:30 radələrində Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində suda boğulma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub və dərhal təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Hadisə yerində 17 yaşlı (kişi cinsli) pasiyent huşsuz vəziyyətdə olub, heç bir həyat göstəricisi müşahidə olunmayıb. Pasiyentə dərhal reanimasiya tədbirləri, o cümlədən ürək-ağciyər reanimasiyası (CPR) tətbiq edilib.
Reanimasiya tədbirləri nəticəsində nəbz və tənəffüs bərpa olunub, ağız boşluğu sanasiya edilib, oksigen terapiyası aparılıb.
Görülən vaxtında və peşəkar tibbi müdaxilə nəticəsində pasiyentin həyati funksiyaları bərpa edilib. Onun vəziyyəti stabil hala gətirilərək müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 İyul 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















