Tedesko İtaliyadan gələn təklifi rədd edibmiş
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
''Fənərbaxça''nın başında uğurlu nəticələri ilə diqqət çəkən Domeniko Tedesko ilə bağlı mühüm bir xəbər ortaya atılıb.
''Fanatik'' nəşrinin yazdığına inansaq, bu mütəxəssisə qışda A seriyasının bir klubundan ciddi bir təklif gəlibmiş. Ancaq italyanəsilli almaniyalı mütəxəssis Türkiyədə xoşbəxt olduğunu bildirərək düşünmədən təklifi geri çevirib. Artıq məsələ aktuallığını itirib. Klubun adı isə bəlli olmadı.
Tedesko ötən ayın sonunda İtaliya mətbuatına verdiyi müsahibədə gələcəkdə bu ölkədə çalışmaq istədiyini gizlətməmişdi. 40 yaşlı mütəxəssisin İstanbul nəhəngi ilə 2027-nin yayına qədər müsahibəsi var. Digər tərəfdən ''Fənər'' rəhbərliyinin Tedesko ilə yeni müqavilə imzalamaqda maraqlı olduğu bildirilir. Amma komandanın bu mövsümü hansı pillədə başa vurmasından da çox şey asılı olacaq.
''Fənər'' Tedesko ilə hələ də superliqada keçirdiyi 19 qarşılaşmada məğlubiyyət acısı yaşamayıb. Ümumilikdə komanda bu məşqçi ilə keçirdiyi 32 rəsmi oyundan 20 qələbə, 9 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 15 Fevral 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















