Icma.az
close
up
RU
Tədqiqat: Güclü zəlzələ Sakit okeanın şimal qərbində dəniz səviyyəsini kəskin qaldıra bilər

Tədqiqat: Güclü zəlzələ Sakit okeanın şimal qərbində dəniz səviyyəsini kəskin qaldıra bilər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

Sakit okeanın şimal-qərbində baş verə biləcək güclü zəlzələ Şimali Kaliforniyadan Vaşinqtona qədər sahilyanı əraziləri tez bir zamanda dəyişdirə bilər ki, bu da torpaqların sürətlə batmasına, dəniz səviyyəsinin kəskin yüksəlməsinə və yerli icmalar üçün daşqın riskinin artmasına səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında Kanadadan Kaliforniyaya qədər uzanan Kaskadiya qırılması boyunca böyük zəlzələnin potensial təsirlərini araşdıran yeni tədqiqatla bağlı məqalədə bildirilir.

“The Guardian” xəbər verir ki, araşdırmaya görə, yaxın 50 il ərzində qırılan xəttə 8,0 bal gücündən daha böyük zəlzələ ehtimalı 15 faizdir. Bölgə güclü sunamiyə səbəb ola biləcək, geniş dağıntılarla nəticələnəcək və on minlərlə insanın ölümünə gətirib çıxaracaq belə bir hadisəyə çoxdan hazırlaşır.

Tədqiqata görə, böyük bir zəlzələ sahil boyu torpaqların altı futdan çox çökməsinə səbəb ola və sahil icmalarına, infrastruktura və ekosistemlərə uzunmüddətli təsirlərlə daşqın sahələrini əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Tədqiqatın aparıcı müəllifi və “Virginia Tech”də Yer elmləri üzrə dosent Tina Dura bildirib ki, iqlimlə bağlı dəniz səviyyəsinin yüksəlməsi tədricən baş versə də, bu dəyişikliklər birdən-birə baş verəcək və onilliklər və ya əsrlər boyu davam edəcək. Ən əhəmiyyətli təsirlər Vaşinqtonun cənubunda, Oreqonun şimalında və Kaliforniyanın şimalında əhalinin daha çox məskunlaşdığı hissələrdə baş verəcək. Tədqiqat qeyd edir ki, növbəti böyük zəlzələ 2100-cü ildə baş verərsə( bu vaxta qədər onun 8.0 bal gücündən böyük olması ehtimalı 29 faizdir) iqlimin yaratdığı dəniz səviyyəsinin qalxması ilə qırılma boyunca aşağıda yerləşən bəzi ərazilər heç vaxt bərpa oluna bilməz.

Müəlliflər ümidvar olduqlarını bildiriblər ki, tədqiqatın nəticələri qərar qəbul edənlərə və sahilyanı icmalara iqlim dəyişikliyinin səbəb olduğu zəlzələlərin və dəniz səviyyəsinin qalxmasının yaratdığı təhlükələrə daha yaxşı hazırlaşmaqda kömək edəcək.

Kaskadiya subduksiya zonasında sonuncu böyük zəlzələ 1700-cü ildə baş verib və dəniz səviyyəsinin dəqiqələr ərzində altı futdan çox qəfil yüksəlməsinə, eləcə də sahil icmalarını viran edən və Yaponiyaya qədər görünən təsirləri olan nəhəng sunamiyə səbəb olub.

Son tədqiqatlar göstərir ki, Kaskadiya subduksiya zonasında 9.0 bal gücündə zəlzələ 30 mindən çox insanın ölümünə səbəb ola, 170 min sahil strukturunu zədələyə və ya məhv edə və 81 milyard dollardan çox iqtisadi zərərə gətirib çıxara bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri