Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

Azı qərar, çoxu zərər...

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Tədqiqat universitetlərinin yaradılması zərurəti Aydın Kazımzadə yazır

Tədqiqat universitetlərinin yaradılması zərurəti Aydın Kazımzadə yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Aydın KAZIMZADƏ
Bakı Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü

Hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amillərdən biri yüksək səviyyəli təhsildir. Xalqın rifahı, dövlətin formalaşması və davamlı inkişafı əhəmiyyətli dərəcədə təhsil sistemində əldə edilən nailiyyətlərlə təyin olunur. Təhsilin inkişafı nəticəsində formalaşan insan kapitalı ölkənin iqtisadi inkişafında və sosial rifahının artırılmasında əhəmiyyətli rol oynayır.

İnsanların müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlar əldə edərək cəmiyyətdə özünəməxsus yer tutmasında təhsilin bütün pillələri, xüsusilə ali təhsil pilləsi mühüm rol oynayır. Təhsilin bu pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlanması həyata keçirilir. Bu səbəbdən ali təhsilin inkişafı hər bir ölkənin təhsil siyasətinin əsas prioritetlərindən biridir və ali təhsilə tələbat bütün dünyada sürətlə artmaqda davam edir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edimiş  "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də qeyd edildiyi kimi, ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə rəqabətə davamlılığının təmin edilməsi və XXI əsrin tələblərinə uyğunlaşdırılması ölkəmizdə də strateji əhəmiyyətli prioritet məsələ hesab olunur. Bu missiyanın uğurla yerinə yetirilməsi isə ölkəmizin ali təhsil müəssisələrində təhsillə yanaşı, yüksək keyfiyyətli elmi tədqiqatların aparılmasını və bir sıra qabaqcıl ali təhsil müəssisələrinin bazasında yeni tipli tədqiqat universitetlərinin yaradılmasını tələb edir. Bu məqalədə ölkəmizdə tədqiqat universitetlərinin yaradılması üçün mövcud normativ-hüquqi baza və bu sahədəki proqnozlar haqqında ətraflı məlumatlar verilir.

"Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu"nun 12.6-cı maddəsinə əsasən "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən ali təhsil müəssisələrinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Tədqiqat universiteti" statusu verilir". Qanunun 1.0.37-ci maddəsinə əsasən "tədqiqat universiteti - elmi fəaliyyətlə tədris prosesinin real inteqrasiyası əsasında elm və təhsil fəaliyyətini eyni dərəcədə səmərəli həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan, keyfiyyətli tədris mühitini təmin edən, yüksək elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil müəssisəsi və ya elm-təhsil mərkəzi" kimi müəyyən edilir. Həmin Qanunun 12.7 maddəsinə əsasən "Tədqiqat universitetinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

- təhsilverənlərin və təhsilalanların elmi tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin inteqrasiyasını təmin etmək;

- magistratura (rezidentura) təhsilinin, yüksəkixtisaslı elmi kadr hazırlığı proqramlarının inkişaf etmiş sistemini formalaşdırmaq;

- fundamental və tətbiqi elmi tədqiqatları həyata keçirmək, yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrin rəqabətqabiliyyətli kadr və elmi-informasiya təminatını həyata keçirmək".

Eyni zamanda Qanunun 12.8 maddəsinə əsasən "Tədqiqat universitetinin elmi işçiləri "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, dövlət proqramlarının hazırlanmasına, layihələrin elmi araşdırılmasına və ekspertizasının keçirilməsinə cəlb edilirlər". Qanunun 12.9 maddəsinə əsasən isə "Tədqiqat universiteti statusu əldə edən ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat strukturlarının baza xərclərinin maliyyələşdirilməsi bu Qanunun 12.2-ci maddəsində  nəzərdə tutulduğu qaydada həyata keçirilir". Qanunun 12.2-ci maddəsində bildirilir ki: "Ali təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər qanuni mənbələr hesabına həyata keçirilir".

"Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanunu"nun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Qanunun 12.6-cı maddəsində (birinci və ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Həmin Fərmanın 1.3-cü bəndində  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, "həmin Qanunun 12.6-cı maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin". Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli qərarı ilə "Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün Tələblər" təsdiq edilmişdir.  Müəyyən edilmişdir ki, "Tədqiqat universiteti" statusu aşağıdakı tələblərə uyğun gələn ali təhsil müəssisələrinə verilir:

1. fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin mövcudluğu;

2. son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi;

3. doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosentin olması;

4. dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməsi;

5. magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası;

6. ali təhsil müəssisələri tərəfindən antiplagiat sistemindən istifadə edilməsi;

7. yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrantın alınması.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər planında (3.1.5-ci Fəaliyyət istiqaməti: Elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inteqrasiyasının təmin edilməsi) ölkədə tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il üzrə Milli Məclisə hesabatına əsasən hazırda beynəlxalq təcrübə əsasında yuxarıda qeyd edilən tələblərin yenilənməsi ilə bağlı müvafiq işlər aparılır və yalnız 2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulur. Ümid edirik ki, gələn il 2 tədqiqat universitetinin yaradılması ölkəmizin ali təhsil sistemində yeni statuslu universitetlərin yaradılması üçün bir başlanğıc olacaq və bu proses növbəti illərdə də sürətlə davam etdiriləcək. Çünki tədqiqat universitetlərinin yaradılması artıq zamanın tələbidir. Eyni zamanda unutmayaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən 2028-ci ilə qədər Azərbaycanın ən azı 3 ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında top 800-lükdə təmsil olunması hədəf kimi müəyyənləşdirilib və bu hədəfə nail olunması baxımından da tədqiqat universitetlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 22 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see490

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see403

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see253

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see185

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

10 Oktyabr 2025 10:09see175

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see151

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see135

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see135

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see135

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see130

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see129

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see128

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see127

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see127

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see125

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see124

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see123

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see122

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see120

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri