Icma.az
close
up
RU
Aydın Kazımzadə: “Film adı altında təqdim olunan verilişlər gözümnən qaçmır” Müsahibə

Aydın Kazımzadə: “Film adı altında təqdim olunan verilişlər gözümnən qaçmır” Müsahibə

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2 Avqust – Azərbaycan Kinosu Günündə “canlı kino ensiklopediyamız”, milli kinomuzun fədakar tədqiqatçısı, tarixi iki dəfə dəyişən, dəyişdirilən Azərbaycan kinosunun əsl tarixini aydınlığa çıxaran Aydın Kazımzadə ilə söhbətləşdik. Bu dəfə dövrün ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrində baş verən mühüm hadisələrə güzgü tutan, televiziyanın salnaməsini yaratmaq missiyasını daşıyan, eyni zamanda hazırlanması prosesində hər bir jurnalist üçün əsl yaradıcılıq məktəbi rolunu oynayan sənədli televiziya filmlərindən danışdıq.

Dosye: Kino tədqiqatçısı Aydın Kazımzadənin ilkin araşdırmalarına əsasən, ilk Azərbaycan filmi 1915-ci ildə ekranlaşdırılmış və 1916-cı ildə nümayiş olunmuş “Neft və milyonlar səltənəti” adlı ikiseriyalı bədii film olub. Tədqiqatçı sonrakı araşdırmalarında üzə çıxarıb ki, milli kinomuzun tarixi 1898-ci ilin avqustun 2-dən başlayır. Belə ki, məhz bu tarixdə Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Balaxanıda neft fontanı”, “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi” xronikal sənədli filmlərini, “Qafqaz rəqsi” film-konsertini və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib.

Kulis.az Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının doktorantı Nərmin Nəbiyevanın kinoşünas Aydın Kazımzadə ilə müsahibəsini təqdim edir
- Aydın müəllim, müasir dövrdə ekranlaşdırılan sənədli televiziya filmləri istər ssenari yaradıcılığı, istərsə də rejissor yanaşması baxımından ümidləri nə dərəcədə doğruldur?

- Bu gün ekranda ideyaya xidmət edən, sənədli televiziya filmlərinin estetik tələblərinə cavab verən kinolarımız kifayət qədərdir. Bu cür filmlərin dramaturji strukturunun ideyaya, onun açılmasına xidmət etməsi kino tədqiqatçısı kimi məni çox sevindirir. Amma eyni zamanda veriliş xarakteri daşıyan, heç bir ideyası olmayan filmlər də az deyil. Problemin kökündə ciddi jurnalistika araşdırmasının olmaması dayanır. Jurnalistlər işləyəcəkləri mövzu ilə bağlı arxiv materiallarına müraciət etmirlər. İnternet üzərindən tapdıqları, “Vikipediya”dan və ya oradan-buradan eşitdikləri informasiyaları yoxlamadan, dəqiqləşdirmədən ekrana gətirirlər. Nəticədə, tamaşaçı söz yığınından ibarət filmləri izləyir. Bilirsiniz, sənədli televiziya filmini əhəmiyyətli edən onun “sənədlilik” keyfiyyəti daşımasıdır. Müasir ekranda bilinməyən faktları üzə çıxaran, hansısa mövzularda tamaşaçıları bilgiləndirən, maarifləndirən telefilmləri izləyirik. Amma təəssüf ki, qeyd etdiyim kimi, film adı altında təqdim olunan verilişlər də gözümdən qaçmır.

Digər tərəfdən, diqqətimi çəkən başqa bir məsələ telefilmlərdə sənətkarlıq axtarışlarının, yeni ideyaların, yanaşmaların az olmasıdır. Bilmirəm, bəlkə də, bu, filmlərin çəkilişinə daha az maliyyənin ayrılmasından, yaxud hansısa filmin ərsəyə gəlməsi üçün vaxt məhdudiyyətindən irəli gəlir. Bu gün qarşıma çıxan sənədli televiziya filmlərinin bir çoxunda sanki reportaj izləyirəm, yaxud hansısa tanınmış bir şəxsin müsahibəsinə tamaşa edirəm.

Baxın, 44 günlük Vətən müharibəsi nəinki Azərbaycan tarixində, elə Azərbaycanın kino tarixində də yeni səhifə açdı. Bu səhifəni vərəqləyəndə görürəm ki, yüksək sənətkarlıq estetikasına malik filmlər kifayət qədərdir. Digər tərəfdən, çox sadə ssenarilər, müsahiblər üzərində qurulan düzxətli dramaturji struktur da gözdən qaçmır. Nəticədə, sanki sənədli telefilm yerinə veriliş izləyirik və bir müddət sonra izlədiyimiz yadda qalmır. Çünki bu cür filmlərdə ideya olmur, ssenari ideyanın açılışına xidmət etmir. Arzu edərdim ki, sənədli kino ilə məşğul olan gənclər axtarış məsələsində diqqətli olsunlar. Ortaya fikir qoysunlar. Yoxsa ideyası olmayan film tez unudulur.

- Müharibə mövzusundan söz düşmüşkən, sizcə, təbliğat məsələsini sənədli televiziya filmləri, yoxsa bədii filmlər öz üzərinə götürməlidir?

- Əlbəttə ki, bədii filmlər. Düzdür, sənədli televiziya filmlərinin təbliğat məsələsində əhəmiyyəti olduqca böyükdür. Lakin kütləvilik baxımından bədii filmlərin təsir gücü danılmazdır. Televiziyanın çoxmilyonlu auditoriyaya çıxışı olsa da, bədii film qədər effektiv ola bilməz. Tarixi qələbəmizlə bağlı ciddi ssenarilər yazılır, bu filmlərin sorağı müxtəlif beynəlxalq festivallardan gəlir. Ümumiyyətlə, tariximiz birmənalı şəkildə estetik formada, yüksək bədii sənətkarlıq həlli olan filmlər vasitəsilə tanıdılmalıdır. 44 günlük Vətən müharibəsi ilə bağlı keyfiyyətli sənədli filmlərimiz var, amma azdır. Nəzərə almaq lazımdır ki, müharibənin qəhrəmanları yaşayır. Onlar tarixin canlı şahidləridir. Onların hekayələri sənədli telefilmlərin tələblərinə uyğun şəkildə ekrana köçürülməlidir.

- Elə qəhrəmanlar da var ki, həyatda deyillər. Bu zaman onlardan bəhs edən sənədli televiziya filmlərində oyun elementləri gözdən qaçmır. Bir qrup tədqiqatçı düşünür ki, sənədli telefilmlərdə aktyor oyunu yolverilməzdir. Bəziləri isə bunun labüd olduğunu deyir. Bəs sizin fikrinizcə, proses necə olmalıdır?

- Düzdür, sənədli televiziya filmləri oyun elementini sevmir. Real qəhrəman qurama olmayan hadisələrin gedişatı daxilində ekranlaşdırılır. Amma filmin mövzusundan, janrından, eləcə də əldə sənədli-xronikal kadrların olub-olmamasından asılı olaraq, oyun elementlərinə müraciət olunur. Bu o demək deyil ki, film başdan-ayağa aktyor oyunu üzərində qurulmalıdır. Əsla! Amma qəhrəmanla bağlı real kadrlar yoxdursa, hansısa bir məqamda tamaşaçıda müəyyən təsəvvür yaransın deyə aktyor oyununa müraciət oluna bilər. Bu baxımdan sənədli telefilmləri iki formada dəyərləndirə bilərik: sənədli-bədii filmlər və bədii-sənədli filmlər. Sənədli-bədii filmlərdə, qeyd etdiyim kimi, sənədlilik ön plandadır, bəzi məqamlarda oyun elementinə ehtiyac duyulur. Bu isə qətiyyən filmin estetikasını pozmur. Bədii-sənədli filmlərdə isə ssenari, əsasən, aktyor oyunu üzərində qurulur. Ara-sıra sənədli materiallardan istifadə olunur. Film üzərində çalışan komanda bax bu incə sərhədi ayırd etməyi bacarmalıdır.

Bir nüansı da qeyd edim. Bu gün görürəm ki, elə sənədli telefilmlər olur ki, orada hansısa bədii lövhədən istifadə olunur. Bu xırda detala görə rejissor öz adının qarşısına “quruluşçu rejissor” birləşməsini artırır. Halbuki filmdə heç bir quruluş yoxdur. Hətta dərindən araşdırsaq, bu gün bir sıra sənədli-bədii və ya bədii-sənədli filmlərdə heç bədiiliyin olmadığını görərik. Arif Qazıyev, Nazim Rzayev, Mikayıl Mikayılov, Ağarza Quliyev, Mirzə Mustafayev, Muxtar Dadaşov və adını çəkmədiyim onlarla ustad rejissorların imza atdığı filmlər bu gün onların adını yaşadır. Çünki bu filmlərdə sənətkarlıq yanaşması var, onlar heç vaxt “quruluşçu rejissor” adının arxasınca qaçmayıblar. Əsl sənətkarlıq keyfiyyəti daşıyan filmlər ortaya qoyublar.

- Aydın müəllim, müsahibələrinizdən birində Azərbaycan kinosunun gələcəyinə inandığınızı demişdiniz. Hətta kinonu dənizə bənzətmişdiniz. Müsahibənizdən həmin hissəni olduğu kimi diqqətinizə çatdırım: “Vaxtilə Qız qalası dənizin içində olub. Sonra geri çəkilib. İndi isə Xəzər yenə qalxmağa başlayır. Kino da belədir. Renessans vaxtı və durğunluq dövrü olur. Təsəvvür edin, torpaqlarımız işğal altında olmasaydı, hərbi xərclər üçün bu qədər vəsait ayırmasaydıq, indi kinomuz hansı səviyyədə ola bilərdi. Kino üçün böyük vəsait lazımdır”.

Biz xalq olaraq qələbə qazandıq, bəs Azərbaycan kinosu?

- Qələbənin özü də kinomuza təsir edir. Ona görə də istər sənədli, istər bədii kinoda yeni axtarışlar aparırlar, kinomuzun yüksəlişinə nail olmağa çalışırlar. Bakı Media Mərkəzində çəkilən filmlər kinomuzun bugünkü vəziyyətinə ən yaxşı nümunədir. Müxtəlif prodakşnlarda da maraqlı filmlər istehsal olunur. Amma yenə də çox istərdik ki, kinomuzun 60-70-ci illərdə yaşadığı yüksəlişi bu gün də görə bilək. O ki qaldı vaxtilə müsahibəmdə dediyim bənzətməyə... bu gün Xəzər dənizində çəkilmə var, Azərbaycan kinosunda isə qabarma. Gənc rejissorların filmləri qarşıma çıxır, onların necə həvəslə çalışdıqlarını görürəm, müxtəlif festivallardan soraqlarını eşidirəm, mükafatla qayıtdıqlarını oxuyuram. Buna yalnız sevinə bilərəm. Mən kinomuzun gələcəyini hər zaman işıqlı görmüşəm, işıqlı gələcəyə hər zaman inanmışam. Elə bu gün də o işığın eşqinə araşdırmalarıma davam edirəm, yazıram, yaradıram...

Məşhur aktrisa vəfat etdi İtirilmiş nəslin şairi - O niyə gənc olmaqdan bezmişdi? Xalq artisti Arif Babayevin son vəziyyəti
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see319

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see181

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see142

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see135

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see132

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see127

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see126

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see124

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see122

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see120

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see118

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see117

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri