Tədqiqatçı alim: Tarix boyu Xəzər dənizinin səviyyəsinin qalxma və enmə mərhələləri olub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 28 yanvar, AZƏRTAC
Son vaxtlar hər kəsi narahat edən ekoloji problemlərdən biri də Xəzər dənizinin səviyyəsinin aşağı düşməsidir. Bu məsələ alimləri ciddi şəkildə düşündürür.
Bu barədə AZƏRTAC-a açıqlama verən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Səidə Zeynalova bildirib ki, dəniz səviyyəsinin azalması bir neçə amillə bağlıdır.
Alim deyib: “Birinci əsas amil iqlim dəyişiklikləri-qlobal istiləşmədir. Havanın temperaturunun artması buxarlanmanı sürətləndirir, yağıntıların azalması isə Xəzər dənizinin səviyyəsinə birbaşa təsir göstərir. İkinci amil tektonik proseslərdir. Dənizin dibində baş verən geoloji hərəkətlər də səviyyənin dəyişməsində rol oynayır. Üçüncü amil isə antropogen təsirlər- insan fəaliyyəti nəticəsində yaranan təsirlərdir”.
Səidə Zeynalova vurğulayıb ki, tarix boyu Xəzər dənizinin səviyyəsinin qalxma və enmə mərhələləri olub. Hazırda isə dəniz səviyyəsinin enmə mərhələsi müşahidə edilir. Xəzər dənizinin qərb sahilinin dinamikasının transformasiyasının tədqiqatı zamanı məlum olur ki, dəniz səviyyəsi düşsə də, bu proses sahildən-sahilə müxtəlif sürətlə baş verir. Bəzi ərazilərdə enmə daha sürətlidirsə, bəzi yerlərdə daha zəif müşahidə olunur. Kritik vəziyyət hələ yaranmayıb, çünki tarix boyu Xəzərin səviyyəsi enib-qalxıb.
“Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə adaptasiya olunmaq vacibdir. Hazırkı vəziyyəti anlamaq üçün Xəzər dənizinə axan çayları da nəzərə almaq lazımdır. Ən böyük tranzit çaylarımız Kür və Volqa çaylarıdır. Bu çaylarda axın da iqlim dəyişiklikləri səbəbindən azalıb. Problem isə antropogen təsirlərlə daha da mürəkkəbləşir. İstiləşmə zamanı suya olan tələbat artır və bu da dəniz səviyyəsinin enməsini sürətləndirir. Suvarma sistemlərində isə davamlı monitorinq aparılmalıdır ki, ekoloji problemlərin qarşısı alınsın . Sahil zonalarında tullantıların toplanması və təmizliyi də vəziyyətə təsir göstərir. Bu problemin həlli maarifləndirmədən başlayır. Təbiəti qorumaq, gənclərdə ona sevgi və hörmət hissi oyatmaq, cəmiyyətlə birgə ekoloji işlər aparmaq vacibdir”, -deyə alim bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Yanvar 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















