Tədris mərkəzinin damı çökdü Çox sayda uşaq öldü
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistanın Lahor şəhərində tədris mərkəzinin damının çökməsi nəticəsində, ilkin məlumatlara görə, yeddi uşaq həlak olub.
Moderator.az DAWN-a istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə xidmətlər məlumat yayıb.
Məlumata görə, hadisə iyunun 30-da Kahna rayonunda baş verib. Xilasetmə xidmətinin məlumatına əsasən, dağıntılar altından yeddi uşağın meyiti çıxarılıb.
Ölənlərin sayı 10 nəfəri keçə bilər. Xilasedicilər dağıntılar altında qalan uşaqların vəziyyətinin kritik olduğunu bildiriblər.
İlkin məlumata görə, hadisə anında binada 35-ə qədər uşaq olub.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Zərərçəkənlərə tibbi yardım göstərilir, damın çökməsinin səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 30 İyun 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















