Icma.az
close
up
RU
Tədris proqramı niyə imtahan tələblərini qarşılamır? DETALLAR

Tədris proqramı niyə imtahan tələblərini qarşılamır? DETALLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Ali təhsil müəssisələrinin pedaqoji ixtisaslar üzrə tədris proqramlarının MİQ imtahanlarının tələblərini tam qarşılamaması Azərbaycan təhsil sistemində uzun illərdir mövcud olan struktur boşluğun nəticəsidir. Təhlil göstərir ki, bu boşluq müəllim hazırlığı ilə müəllim seçimi arasında inteqrasiyanın zəif olmasından, ali təhsil proqramlarının məzmununun pedaqoji praktik bacarıqlardan çox nəzəri biliklər üzərində qurulmasından qaynaqlanır. Nəticədə ali məktəbi bitirən gənc müəllim diplom alsa da, real işə qəbul üçün yenidən hazırlıq kurslarına və repetitor dəstəyinə müraciət edir. Bu vəziyyət həm təhsil sisteminin səmərəliliyini azaldır, həm də gənclər üçün əlavə maliyyə və zaman itkisi yaradır".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 
O bildirib ki, statistik göstəricilər bu uyğunsuzluğu açıq şəkildə göstərir:
"2024-cü il MİQ imtahanlarında pedaqoji fakültə məzunlarının cəmi 38 faizi keçid balını toplaya bilib. Bu, o deməkdir ki, hər on pedaqoji məzundan altısı ali təhsili bitirsə də, müəllim kimi fəaliyyətə başlaya bilmir. 
Daha dərinə baxdıqda, onların zəif nəticə göstərdiyi sahələrin — fənn metodikası, kurikulum tətbiqi, qiymətləndirmə və pedaqoji situasiya analizi — universitet proqramlarında ya az, ya da ümumiyyətlə nəzərə alınmadığı aydın olur. Bu fakt həm də onu göstərir ki, ali təhsil müəssisələri müəllim hazırlığında Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi “müəllimin peşəkar səriştələri çərçivəsi”nə tam inteqrasiya olunmayıb.
Məsələnin mənfi tərəfi ondadır ki, gənc müəllim namizədlər bu boşluğu öz vəsaitləri hesabına doldururlar. Hazırlıq kurslarına aylıq 150–200 manat xərcləyən gənclər üçün bu, sosial yükə çevrilir. Beləliklə, dövlət tərəfindən maliyyələşdirilən ali təhsilin nəticəsi əlavə xərclə tamamlanır. 
Digər tərəfdən, bu vəziyyət pedaqoji təhsilin nüfuzuna da mənfi təsir edir. Məzunlar universitet diplomunu “təməl sənəd” deyil, sadəcə bir formal keçid kimi görürlər. Bu isə pedaqoji fakültələrə olan marağı azaldır, nəticədə ixtisas seçimində keyfiyyətli abituriyent axını zəifləyir".
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri