Icma.az
close
up
RU
Tədris və tədqiqatlara mühüm dəstək olacaq KONKRET

Tədris və tədqiqatlara mühüm dəstək olacaq KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bu fikirləri AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında Data-analitika və süni intellekt laboratoriyasının açılış mərasimində çıxışı zamanı səsləndirib. 

KONKRET.az xəbər verir ki, akademik Rasim Əliquliyev müasir dövrdə süni intellekt texnologiyalarının qlobal miqyasda baş verən proseslərin əsas hərəkətverici qüvvələrindən biri olduğunu bildirib. Alim supergüc dövlətlər arasında rəqabətin getdikcə texnoloji müstəviyə keçdiyi bir şəraitdə Azərbaycanın xarici siyasətində də süni intellektin strateji prioritet kimi xüsusi yer tutduğunu diqqətə çatdırıb. Akademik Rasim Əliquliyev vurğulayıb ki, Azərbaycanın ABŞ, Çin və Avropa Birliyi ölkələri ilə əməkdaşlıq münasibətlərinin qurulmasında enerji təhlükəsizliyi ilə yanaşı, süni intellekt və rəqəmsal texnologiyalar da mühüm istiqamətlərdən biri kimi formalaşmaqdadır.

İnstitutun baş direktoru ölkənin daxili siyasətinin qlobal tendensiyalarla uzlaşdırıldığını və bu çərçivədə süni intellekt və rəqəmsal inkişaf sahəsində sistemli yanaşmaların tətbiq olunduğunu diqqətə çatdırıb. Alim həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması, eləcə də Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planının təsdiqlənməsi dövlət tərəfindən bu sahənin inkişafına göstərilən xüsusi diqqəti nümayiş etdirir.

Akademik Rasim Əliquliyev hazırda ölkəmizdə rəqəmsallaşma istiqamətində mühüm addımların atıldığını qeyd edərək, rəqəmsal dövlətin texnoloji, data və şəbəkə suverenliyi kimi əsas arxitektur tələblərə cavab verməsinin vacibliyini diqqətə çatdırıb. Alim bu məqsədlərə nail olmaq üçün dövlət idarəçiliyinin bütün səviyyələrində əlaqələndirilmiş fəaliyyətin təmin edilməsinin, koordinasiyanın gücləndirilməsinin zəruriliyinə toxunub, bu istiqamətdə müvafiq qurumların üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların toplanması, saxlanılması və sistemli şəkildə idarə olunması milli tibbi data ekosisteminin formalaşmasına, bununla da data suverenliyinin təmin edilməsinə real zəmin yaradır. Alim bildirib ki, bu intellektual yanaşma xəstəliklərlə daha səmərəli mübarizə aparmağa, diaqnostikanın dəqiqliyini artırmağa, həmçinin ölkə üzrə sağlamlıq vəziyyətini obyektiv qiymətləndirməyə və gələcək riskləri öncədən proqnozlaşdırmağa imkan verəcəkdir. Alim ETN İnformasiya Texnologiyaları İnstitutunun bu istiqamətdə ATU ilə əməkdaşlığa hər zaman hazır olduğunu da xüsusi qeyd edib.

AR Səhiyyə Nazirliyi tərəfindən vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması və fasiləsiz mübadiləsinin təmin edilməsi məqsədilə tətbiq edilən “Tibbi Rəqəmsal Əkiz Sistemi”ni yüksək qiymətləndirən akademik Rasim Əliquliyev bu təşəbbüsün səhiyyədə rəqəmsal transformasiyanın mühüm innovasiyası olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti sözügedən çağırışlar fonunda Azərbaycan Tibb Universitetində Data-analitika və süni intellekt laboratoriyasının fəaliyyətə başlamasını əhəmiyyətli hadisə kimi dəyərləndirib. Bildirib ki, ATU-da süni intellekt, data-analitika və maşın təlimi texnologiyalarının bu laboratoriya çərçivəsində tədqiqi və tətbiqi həm mühüm, həm də yüksək məsuliyyət tələb edən təşəbbüsdür. Akademik Rasim Əliquliyev bu istiqamətdə ilk addımların təxminən 10 il əvvəl atıldığını, ETN İnformasiya Texnologiyaları İnstitutunun həmin dövrdən etibarən prosesə dəstək verdiyini bildirib. Alim institutda Səhiyyə Nazirliyi və ATU-nun dəstəyi ilə rəqəmsal tibb problemlərinə həsr olunmuş  elmi konfransların keçirildiyini də xatırladıb.

Akademik Rasim Əliquliyev ATU-da fəaliyyətə başlayan Data-analitika və süni intellekt laboratoriyasının müvafiq istiqamətdə araşdırmaların aparılması, tədrisin məzmununun yenilənməsi, tibbdə süni intellekt texnologiyalarının tətbiqi işinin genişləndirilməsi və bu sahədə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi baxımından yeni intellektual mərkəz funksiyasını layiqincə yerinə yetirəcəyinə inamını ifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 İyun 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri