Tədrisin bitməsinə 3 ay qalmış imtahan başlayır: DİM nə etmək istəyir?
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə jurnalistlərə qəbul imtahanlarında plandankənar heç bir mövzunun olmadığını bildirib.
O qeyd edib ki, bütün suallar VII sinifdən başlayaraq bütün siniflərdə verilən anlayışlar əsasında qurulan suallardır.
Təhsil eksperti Məzahir Məmmədli isə Bakupost.az-a bildirib ki, DİM bu sayaq fikirləri buraxılış imtahanlarının vaxtından ay yarım-iki ay əvvəl keçirilməsinə haqq qazandırmaq üçün səsləndirir:
“Hər il eyni fikirlər təkrarlanır. Ümumi görünən mənzərə odur ki, məzunlar tədrisin bitməsinə 3 ay qalmış kursu tam mənimsəmədiklərindən imtahan verərkən müəyyən stress yaşayırlar. DİM özünü sığortalamaq üçün imtahana həmin mənimsənilməyən mövzular üzrə sualları salmır”.
Ekspertin sözlərinə görə, DİM şagirdin tədris müddəti başa çatmamış imtahan verməsi fonunda şagirdin stress keçirdiyini anlamaq istəmir:
“Digər tərəfdən, orta məktəbi tam başa vurmamış keçirilən bu imtahan fonunda şagirdi məktəbə bağlayan hər hansı bir motivasiya da olmur. Şagird düşünür ki, buraxılış imtahanı verdisə, artıq azaddır. Bu da tədris mühitini korlayan faktorlardan biridir”.
Bütün bunlara əsasən həmsöhbətimiz hesab edir ki, buraxılış imtahanlarının tədris müddəti bitən ərəfədə keçirilməsi daha məqbuldur.
Rüfət Sultan, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 06 May 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















