Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Yol nəqliyyat hadisələrin sayı

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

Ukraynalı deputat Trampın sülh planını açıqladı

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı

Elmin və tədrisin

Elmin və tədrisin

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

İnsan yaşa dolduqca, hər addımda təcrübə qazandıqca, elmini, bilik və bacarıqlarını daha da artırdıqca kamilləşir, sanki, yaşadığı dünyanın müdriklikliyinə, onun əzəmətinə, tarixi keçmişinə, mərd və mübariz bu gününə, eyni zamanda, xeyir dua verdiyi gələcəyinə xas və layiq olur, həmçinin ona rəng qatır. Nəticə etibarı ilə, təcrübə qazandığı, formalaşdığı dünyanın özünə yeni bir müdirklik gətirmiş olur, ona elm və məntiqlə bər-bəzək vurur. Təbii olaraq, bu isə, cəmiyyətimizin ali və humanist dəyərlərinə uyğun bir görkəm qazandırmış olur. Bunlar, uca Yaradanın kainata, bəşəriyyətə və dünyamıza bəxş etmiş olduğu misilsiz gözəlliklərin sadəcə bir hissəsidir. Onun mühüm daşıyıcısı isə insandır. Allahın bəxş etdiyi insan yer üzünün əşrəfi, həm də onun zənginliyinin əsas meyarıdır.
Müasir dünyamızın saflaşmasında, ədalət, firəvanlıq, aydınlıq, sülh və barış dəyərlərinin daha da möhkəmlənməsində elmli, təhsilli insanların yeri, əhəmiyyəti və missiyası hər addımda özünü göstərir. Onların varlığı, elə bu dünyanın tarazlıq göstəricisi, dayaq nöqtəsi və istinad mənbələridir.
Əsrlər keçdikcə, illər bir-birini əvəz etdikcə, dünya bir keyfiyyət mərhələsindən digər bir keyfiyyət mərhələsinə qədəm qoyduqca elmimiz də, tədrisimiz də, onların vəhdətindən ibarət olan aydınlıq, ziya və nur keyfiyyətləri də daha modern, daha çağdaş və daha faydalı bir səviyyəyə yüksəlmiş olur. O səviyyə ki, orada, elmin yüksəkliyi, təhsilin aliliyi və ziyalılığın əsas kimliyi özünü göstərmiş olur. Belə ziyalılarımızdan, daha doğrusu, onun gerçəklik göstəricilərinin daşıyıcılarından biri də, sadəliyi, tələbkarlığı, vətənpərvərliyi, ədalət prinsiplərinə tərəfdar çıxmağı ilə seçilən, peşəkar təhsil və təcrübəli idarəetmə adamı Elbrus İsayevdir.

Elbrus İsayev adı, fəaliyyəti, rəhbərliyi, hadisələrə, cəmiyyətə, dünyaya baxışı, münasibəti və yanaşması ilə özünü sübut etmişdir. Hələ gənc, tələbəlik illərindən elmin arxasınca gedən, təhsilin qeydinə qalan, tarix elminin sirrlərini öyrənən tələbə, onun keçmiş, yeni və ən yeni mərhələlərini elmi və nəzəri baxımdan əlaqələndirməyi bacaran təhlilçi, həm də onu öyrədən müəllim olaraq əhəmiyyətli yol keçmişdir. 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000–2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirən E.İsayev, 2002–2006-cı illər ərzində “Böyük İpək yolu və Naxçıvan” adlı dissertasiyanı müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Dissertasiya mövzusunun adına diqqət etdikdə, aydın olur ki, hörmətli Elbrus müəllim, ölkəmizin hazırkı tarixi reallıqlarını, iftixardolu Zəfəri, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasını hələ gənc yaşlarından duyur, onun arzuları ilə yaşayır və bu günkü qürurumuzun ayaq səslərini eşidirdi. Zəngəzur dəhlizinin istismara verilməsi, ölkəmizin ərazi bütövlüyü müstəvisində onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa və fasiləsiz əlaqələrin bərpa olunması proseslərinə elmi və əsaslandırılmış mahiyyət verirdi.
Tələbəlik illərində Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri olaraq, tələbələri təşkilat ətrafında birləşdirməyi bacarır, onları dövlətimizin daha da güclənməsi naminə proseslərə cəlb edirdi. Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, siyasə xəttinə və gənclər siyasətinin səmərəli təşkili sahəsindəki tədbirlərinə sadiqliklə tam bir nümunə ortaya qoyurdu.
Elbrus müəllim Naxçıvan Dövlət Universitetinin Magistratrura üzrə dekanı da oldu, Naxçıvan Özəl Universitetində kafedra müdiri və dekan da olaraq da çalışdı, Naxçıvan Müəllimlər İnstitutunun rektoru da işlədi. Proseslərin belə davamlılığı göstərir ki, Elbrus İsayev, elm və tədris proseslərini addımba addım izləmiş, nəinki izləmiş o proseslərin içərisində olmuş, fəaliyyəti, ideyaları və rəhbərliyi ilə həmin proseslərə yön vermişdir. Fəaliyyəti müddətlərində çalışdığı istənilən bir vəzifə, üzərinə almış olduğu hər hansısa bir məsuliyyət, ağırlığını çiyinlərinə aldığı istənilən ağırlıq, gənclərin, tələbələrin, onların ixtisaslaşmasının uzunmüddətli hədəflərini həm müəyyən edirdi, həm də onlara əlçatanlıq gətirirdi.
Elbrus İsayev islahatçıdır, yenilikçidir, islahatın da, yeniliyin də təminatçısıdır. Bütün bunlarla, Elbrus İsayev daxil olduğumuz yeni əsrin adamı, bu əsrdə əsasları qoyulan yeni əsərin müəllifidir. O əsr ki, hər ilində uğur, o əsər ki, hər səhifəsində elm, tədris və universitet modeli yerini alır. Elbrus İsayev deyir ki, bütün ölkələr üçün vahid universitet modeli ola bilməz. Hər bir universitet öz ölkəsinin ictimai həyatının üzvi hissəsi olaraq formalaşmalıdır. Məhz istər Naxçıvan Özəl Universitetində, istər Naxçıvan Müəllimlər İnstitutunda, istərsə də, Naxçıvan Dövlət Universitetində bu dəyərlərin təbliğatçısı oldu, onu qüvvəyə gətirən təsisatları yaratdı, reysə oturtdu. Bu gün elə həmin dəyərlər ali məktəb idarəçiliyinin, universitet yanaşmasının, ixtisaslaşma səviyyəsinin və olduqca modern tərəflərinin təqdimatını ortaya qoymaqdadır.
Dövlətimizin ali təhsil sahəsindəki məqsədləri, onun tələbəyönümlü əsaslarının müəyyən olunması, bu sahədə, düzgün əlaqələndirmənin həyata keçirilməsi davamlı islahatların ana xəttini təşkil etməkdədir. Elə bu məqsədlə də, səmərəli nəticələrin əldə olunması üçün idarəetmədə təcrübəli, islahatların aparılmasında peşəkar, yeni reallıqlara və ölkəmizin uzunmüddətli prioritetlərinə etibarlılıq gətirən kadr olaraq Elbrus İsayevin fəaliyyəti diqqəti daha çox çəkirdi. Bu məqsədlə də, 2019-cu ilin dekabr ayından Naxçıvan Dövlət Universitetinin rektoru olaraq Ona növbəti yüksək etimad göstərilmiş oldu. Artıq 6-cı ildir ki, Naxçıvan Dövlət Universiteti doğru, məqsədyönlü və uğurlu idarəetmə əsasında yeni hədəflər yoluna çıxmışdır. Təbii olaraq, yol hamar olmaya bilər, yoxuşlarla da rastlaşmaq ehtimalı çoxdur, hətta onların bir çoxu da süni yaradıla bilər. Amma iradə olarsa, əminliklə addımlanarsa, təmkinlə, səbrlə, əzmlə və qətiyyətlə irəliyə doğru istiqamət alınarsa, onda yol da hamar olar, yoxuşların da maneəsi asanlaşar, yaradılan süni maneələr də sabun köpüyü kimi əriyər. Birmənalı olaraq, bildirmək olar ki, Elbrus İsayevin iradəsi, əminliyi, təmkini, səbri, əzmi və qətiyyəti bütün nailiyyətlərin açarı olaraq hər zaman özünü və göstərilən böyük etimadı doğrultdu. Buna görədir ki, Elbrus İsayev, Müzəffər Ali Baş Komandanımız tərəfindən 2024-cü ilin dekabr ayında ikinci dəfə Naxçıvan Dövlət Universitetinə rektor olaraq təsdiq olundu.
Geridə qalan 6 il Naxçıvan Dövlət Universitetinin elm və təhsil həyatında, professor müəllim heyətinin fəaliyyətində, məzunların perspektvlərində, tələbələrin ixtisaslaşmalarında daha mütərəqqi proseslərin izlənməsi, uğurları və qürurdolu nailiyyətləri ilə yadda qalmış oldu. Bu nailiyyətlər, daha çox:

- strukturlaşma sahəsində yeni keyfiyyət mərhələsinin başlanması;

- innovativ və texnoloji təminatın, həmçinin təsisatların yaradılması və etibarlılığının təmin olunması;

- beynəlxalq əməkdaşlıqlar sahəsində səmərəli münasibətlərin əsaslarının müəyyən olunması;

- tələbə və müəllim mobilliyinin həyata keçirilməsi, ikili diplom layihələrinin reallaşması;

- yeni reallıqlara və dünya təhsilinə xas olan infrastrukturun yaradılmasından ibarət olan proseslər məhz Elbrus İsayevin fəaliyyətinin sadəcə bir qismini ifadə edir.

İstər nəzəri biliklərin, istərsə də təcrübi yanaşmanın daha mütərəqqi üsul və mexanizmlərinin ortaya qoyulmasında bu dəyərlər daha çox akuallıq kəsb etmiş olur. Naxçıvan Dövlət Universiteti, həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda daha çox diqqətdə olduğu, etimad göstərildiyi, uğurlardan uğurlara inamla addımladığı, buna da nail olduğu bütün nəticələr məhz son 6 ilin xronikasında yerini almaqdadır. Ərazisində Texnologiyalar Parkının inşa olunduğu, tabeliyinə elmi tədqiqat institutlarının verildiyi, elə buna görə də, ərazisinin daha da genişləndiyi, Müzəffər Ali Baş Komandanımızın bu uğurlara layiqli qiymət verərək təsdiq etdiyi Dövlət proqramında uğurlarına yeni üfiqlər açdığı ali məktəb məhz Naxçıvan Dövlət Universitetidir və bu uğurlar Elbrus İsayevin fəaliyyətinə xas olan qürurlardır.
Elbrus İsayev sübut etdi ki, ərazinin kiçik olması, universitetin əyalətdə fəaliyyət göstərməsi, idarəetmənin resurs təminatındakı məhdudiyyətlər heç də uğurların dar çərçivədə əldə olunması üçün səbəb ola bilməz. Əksinə, təşəbbüslərin, məqsədlərin və hədəflərin dəqiq və böyük olması, mərkəzə daha çox töhvə verilməsi, idarəetmənin məqsədyönlü təminatı Naxçıvan Dövlət Universitetinin səsinin və əhatəsinin Türkiyədən də, Avstriyadan da, Macarıstandan da, Yaponiyadan da, gəlməsinin və ibarət olmasının gerçək təminatçısı olmaqdadır.
Bəli, Naxçıvan Dövlət Universiteti, həm elm, həm də təhsil yollarında inamla addımlayır. Elə elmin də, təhsilin də zirvəsinə doğru addımlayır. Bu zirvə Elbrus müəllimin özünün dediyi kimi, bizim ölkəmizə xas olan dəyərlər əsasında fəth olunan universitet modelinin zirvəsidir. Müəllifi isə Elbrus İsayevdir. Elbrus zirvəsi həm də Böyük Qafqaz dağlarında yerləşən, həm Rusiyanın, həm də Avropanın ən yüksək zirvə olmaqla, həm də vüqarın qətiyyətin, yorulmazlığın ifadəsidir. Hündürlüyü də 5.642 metrdir. Bu zirvə, il boyu alpinistlər və turistlər üçün açıq olan, güclü inkişaf etmiş infrastruktura malik olan bir yerdir.
Elbrus İsayev univesitetimizi elmin zirvəsinə yüksəltməklə, orada Əziz Səncər və İlber Ortaylı kimi dahilərlə görüşdürdü. Neçə-neçə gənclərin, tələbələrin gələcək nəsillərin qürurla öyrənəcəyi isimlərin canlı şahidləri olmalarına, yaxından görmələrinə, şəkil çəkdirmələrinə zəmin yaratmışdır.
Elə Naxçıvan Dövlət Universiteti də həmin zirvə kimi, bütün ixtisaslar kimi, iqtisadiyyatda turizmi də öyrənir, infrastrukturu da araşdırır və bununla da, çoxsaylı qonaqların diqqətini də çəkir.
Bu gün Elbrus İsayevin 46 yaşı tamam olur. 46 yaşın 40-dan sonrakı 6 ili məhz Naxçıvan Dövlət Universitetinin inkişaf etməsinə, böyüməsinə, güclənməsinə, etibarlılığının daha da artmasına, dayanıqlılığının təmin olunmasına həsr olunub. Amma əvvəlki illər isə Naxçıvan Muxtar Respublikasının və onun bağlı olduğu Azərbaycan təhsilinin, elminin paralel olaraq perspektivliliyinə aid olmuşdur.
Beləliklə, bütün bu uğurlar, müstəqil, qüdrətli, əzəmətli Azərbaycan dövlətinin gündəlik qayğı və diqqətinin nəticəsidir. Bu qayğı və diqqətin düzgün icrası isə Elbrus İsayevin rəhbərliyi ilə universitetimizdə düzgün və həssaslıqla icra olunur. Elbrus İsayevi doğum günü münasibətilə kollektivimiz, onminli tələbələrimiz adından təbrik edir, uzun ömür, can sağlığı arzulayır, Uca ALLAHın nəzərində olmasını diləyirik.

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://missiya.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see223

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see219

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see213

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see196

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see187

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see163

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see153

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see151

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see151

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see142

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see139

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see136

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see136

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see133

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see132

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

20 Noyabr 2025 16:03see129

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

20 Noyabr 2025 16:13see128

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see126

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı

20 Noyabr 2025 16:08see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri