“Təəssüf ki, qaydalar bəzi komandalara qarşı fərqli işləyir”
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Sumqayıt” Misli Premyer Liqasının IX turunda “Zirə”yə uduzdu – 2:3.
“Kimyaçılar” ikinci hissənin əvvəlində hesabı bərabərləşdirsə də, VAR müdaxiləsindən sonra ofsayd qeydə alındı və qol ləğv olundu. Bir neçə dəqiqə davam edən yoxlanışdan çıxan qərar “Sumqayıt” cəbhəsində narazılıq yaratdı, kəskin etirazlar müşahidə olundu.
Matçın final fitindən sonra da klubun məşqçilər heyəti baş hakim Tural Qurbanova yaxınlaşaraq, narazılıqlarını bildirdi.
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandidonun köməkçisi Vurğun Hüseynov “Futbolpress.az“a durumu şərh etdi:
“Ofsayd olduğunu necə müəyyən etdilər, bilmirəm. Orada tam görüntü yoxdur. Qaydalara görə, bir epizodu VAR tam təhlil edə bilmirsə, hakimin qərarı qüvvədə qalmalıdır, amma bizdə əksinə oldu.
Çox danışmaq istəmirəm. Təəssüf ki, qaydalar bəzi komandalara qarşı fərqli işləyir”.
“Sumqayıt” 9 turdan sonra 8 xalla 8-ci sıradadır. “Zirə” isə 15 xalla 5-ci pillədədir.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 26 Oktyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















