Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Təhlükə harada, yanqınsöndürənlər orada

Təhlükə harada, yanqınsöndürənlər orada

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsan həyatı üçün yaranan və yarana biləcək bütün təhlükəli anlarda FHN əməkdaşları olan yanğınsöndürənlər vətəndaşların yanındadır. Biz onları dəhşətli yanğınlar zamanı da görmüşük, balkondan asılı qalan uşağı, qocanı, deformasiyaya uğramış nəqliyyat vasitələrindən insanları xilas edərkən də, sel-daşqınların vurduğu zərərləri aradan qaldırarkən də, suda batmaq üzrə olan insanı xilas edərkən də. Yəni hər bir təhlükəli anda ilk olaraq onlar gözə dəyir.

Vəzifə başında həyatını itirən, xəsarət alan FHN əməkdaşları da az deyil. Odur ki, Azərbaycan vətəndaşı da bu qurumun əməkdaşlarına sayğı ilə yanaşır. Çünki onlar vəzifə borcunu həyata keçirməklə yanaşı, həm də insanların düşdüyü ağır vəziyyətlərin şahidi olaraq ürəkağrısı keçirir, yeri gələndə onlarla birlikdə duyğulu anlar yaşayırlar.

Təhlükəsizlik dedikdə ilk göz önünə gələn onlardır. Buna yaxın zaman kəsiyində baş verən tədbir və hadisələrin fonunda nəzər alaq.

Ötən il ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) zamanı nazirliyin bütün qüvvələri səfərbər olunaraq obyektlərin, o cümlədən tədbir keçirilən məkanların, otellərin, iaşə obyektlərinin, insanların kütləvi toplaşdığı yerlərin, istirahət və ticarət mərkəzlərinin, infrastruktur və strateji obyektlərin, habelə bu obyektlərin ətrafında yerləşən bina və tikililərin yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqləri keçirildi, müvafiq tədbirlərin görülməsi təmin edildi. Həmin obyektlərdə çoxsaylı təlimlər keçirilərək fövqəladə hallarla bağlı davranış qaydalarına dair geniş maarifləndirmə işləri aparıldı. Həmçinin, tədbir ərəfəsində və tədbir günlərində mümkün fövqəladə hallara çevik reaksiya verilməsinin təmin edilməsi məqsədilə nazirliyin qüvvə və vasitələri tam hazır vəziyyətə gətirilərək gücləndirilmiş iş rejimində çalışdı. Nəticədə isə dünyanın çoxsaylı ölkəsindən gələn qonaqlar burada heç bir təhlükəli məqamla qarşılaşmadı.

Yanğınsöndürənlərimizi nəinki ölkəmizdə böyük məsuliyyətinin, yeri gələndə qonşu yardımına da əzmlə getdiyinin şahidi olmuşuq. 2017-ci ilin avqust ayında Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə dövlətimizin başçısının tapşırığına əsasən FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi cəlb edilmiş və qonşu ölkəyə ezam olunmuş FHN əməkdaşları orada böyük əzmlə fəaliyyət göstərmişlər.

2023-cü il fevral ayının 6-da Türkiyənin Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis və Elazığ bölgələrində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələ miqyasına, dağıntılara və insan itkisinə görə əsrin fəlakəti kimi xarakterizə edilir. Həmin vaxt dövlət başçısının göstərişinə əsasən, fəlakət zonasına ilk olaraq Azərbaycanın FHN xilasediciləri çataraq dağıntılar altında qalan insanları çıxarmağa başladılar. Azərbaycandan göndərilən 669 xilasedici Hatay, Antakiya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirak etdi. Xilasedicilərimiz 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına verdi.

FHN əməkdaşları Türkiyədə eyni zamanda zəlzələnin dağıntılarının aradan qaldırılmasında və zərər görənlər üçün çadırların qurulmasında və digər işlərin görülməsində də yaxından iştirak edirdilər.

2020-ci ildə 44 günlük İkinci Vətən müharibəsində torpaqlarımızınn işğaldan azad edilməsində də FHN əməkdaşlarının həm bir vətəndaş, həm də vəzifəsini həyata keçirən şəxs kimi əzm və hünərini gördük.

Mənfur düşmən Gəncəni, Bərdəni, Tərtəri, Ağdamı və digər əraziləri atəşə tutduğu müddətdə FHN-nin yanğınsöndürənləri atəş altında öz vəzifələrini layiqincə yerinə yetirirdilər.

FHN əməkdaşları ermənilərin mülki əhalinin yaşadığı şəhərlərə atdığı raketlər nəticəsində yaralanan vətəndaşlarımızın axtarış və xilasetmə işlərində iştirak edir, nazirliyin hərbi qulluqçu və xüsusi rütbəli əməkdaşları torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar əməliyyatlar çərçivəsində fövqəladə halların, o cümlədən düşmənin mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların qarşısının alınması, nəticələrinin çevik aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, təxliyəsi, döyüş bölgəsində yaşayan insanların gündəlik təminatı, habelə digər istiqamətlərdə xidməti vəzifələrini ləyaqətlə yerinə yetirirdi. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərində də onlar iştirak edirlər.

Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyindən 19 nəfər iştirak edərək şərəfli döyüş yolu keçib və Mülki Müdafiə Qoşunlarından 1 nəfər şəhid olub.

Bu gün ölkədə rəy sorğusu keçirilsə və “insanlar fövqəladə hallarda ilk kimin gələcəyinə inamla baxa bilirlər” sualı verilsə, əminliklə deyə bilərik ki, cavab belə olacaq: FHN əməkdaşları-yanğınsöndürənlər.

Ölkəmizdə və onun hüdudlarından kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında əsl fədakarlıq göstərən yanğınsöndürənlər günün 24 saatı vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanırlar. Böyük məsuliyyətiniz, hünəriniz üçün sizə təşəkkür edirik!

10 oktyabr sizin gününüzdür. Bayramınız mübarək, əziz yanğınsöndürənlər.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri