Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Qeyri ənənəvi dini cərəyanlar: Dini azadlıq harada bitir, təhlükə harada başlayır?

Qeyri ənənəvi dini cərəyanlar: Dini azadlıq harada bitir, təhlükə harada başlayır?

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Ölkədə dini durumla bağlı dinləmənin keçirilməsinə ehtiyac var.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, son illər ölkəmizdə qeyri-ənənəvi dini təriqətlərin üzvlərinin sayında artım davam edir:

“Bu gün Azərbaycanın dini coğrafiyasında ciddi dəyişikliklər baş verir. Bu bizə gələcəkdə ciddi problemlər yarada bilər".

Parlament üzvü onu da əlavə edib ki, son vaxtlar ənənəvi dini dəyərləri gözdən salmağa çalışanların, dində "yeniliklər" etmək istəyənlərin sayı artmaqdadır:

"Onu da təəssüflə qeyd etmək lazımdır ki, bunu edənlər guya mövhumat və xurafatla mübarizə aparırlar görüntüsü yaratmağa çalışırlar. Bu cür çağırışların qarşısının alınması məqsədilə “Dini etiqad azadlığı haqqında” qanuna bir sıra dəyişikliklərin edilməsinin nəzərdən keçirilməsini təklif edirəm. Bu cür cəhdlərin qarşısı ciddi şəkildə alınmalıdır. Yoxsa, getdikcə cəmiyyətdə bu cür “yeniliklər” etmək istəyənlərin sayı artacaq və bu da cəmiyyətdə ciddi haçalanmaya və qarşıdurmaya aparacaq".

İlahiyyatçı Tural İrfanın Bakıvaxtı.az-a dediyinə görə, 30 ilə yaxındır ki, İslam məzhəblərini araşdırır və bugünədək 600-dən artıq məzhəb, təriqət, cərəyanın yaranma səbəbini, fəaliyyətini, mahiyyətini dəqiqləşdirib.

Ekspert vurğulayıb ki, əqidə, fiqh, tarixə obyektiv baxış yönündən həqiqi İslama yaxın, siyasiləşməmiş olanlar barmaqla sayılacaq qədərdir:

“Digərlərində isə nisbətən İslamın əslindən müəyyən əlamətlər qalıb. Bir çoxu isə tamamilə “müstəqil din” formasını alıb. Bunlardan bəziləri “müstəqil din” olduqlarını elan edib İslamdan ayrılıblar. Bəziləri isə mahiyyəti etibarilə İslamdan qopsalar da, ümməti içindən parçalamaq üçün hələ də zahirdə müsəlman təriqəti adı ilə təqdim olunurlar. Orta əsrlərdə məzhəb və təriqətlər indiki siyasi partiyaların rolunu oynayıb. Bu gün siyasətə müdaxilə edən bəzi məzhəb funksionerlərinin çılğınlığı da əslində bu keçmiş nostalji ilə bağlıdır. Bir çox İslam məzhəbləri konkret olaraq hakimiyyət uğrunda mübarizə üçün təsis olunub yaxud formalaşıb. Lakin kəlam məzhəbləri (bunları məktəb də adlandırmaq olar) siyasi münasibətlərdən uzaq, konkret elm, fəlsəfə, kəlam-hikmətlə məşğul olublar. Əgər bunlardan siyasi məqsədlər üçün istifadə olunubsa belə bu, digərlərinin sui-istifadəsidir, o cərəyanın əsl mahiyyəti bundan uzaqdır. Məsələn, insanın tam ixtiyar sahibi olduğunu irəli sürən Mötəzilə yarananda siyasi məqsəd ortaya qoymamışdı. Amma sonra bəzi Abbasi xəlifələri bir müddət bu axının prinsiplərini öz məqsədləri üçün zorla tətbiq etməyə çalışdılar, bu da nəticədə onlar hakimiyyətdən düşdükdə elmi-fəlsəfi cərəyanın sıradan çıxmasına səbəb oldu. Necə ki, indiki dövrdə də məzhəbi siyasiləşdirib dövlət ideolojisinə çevirmiş İran rejiminə qarşı nifrət edən xalq rejimlə yanaşı dini - məzhəbi də tərk edir”.

Müsahibimiz qeyd edib ki, əslində məzhəb və təriqətlərin bir çoxunu orta əsrlərdəki siyasi hakimiyyətlər xarab edib təhrif edirdilər:

“Necə ki, indi İran rejimi Cəfəri məzhəbini təhrif edir, siyasiləşdirir, sanki siyasi partiya kimi təqdim edir. Əslində yalnız dinlə, fiqhlə məşğul olan yolun, birliyin adına məzhəb deyilir. Siyasətlə məşğul olan təşkilat isə artıq partiyadır. Əgər hansısa məzhəb siyasi rəy verir, mövqe bildirir, ambissiya ortaya qoyursa, o, artıq dini yox, siyasi cərəyandır. Bir sözlə məzhəb cildində siyasi-ideoloji partiyadır. Bunun da fəaliyyətinə qanunsuz yol vermək olmaz”.

Ekspert vurğulayıb ki, bu gün fəaliyyətdə olan məzhəblərin mahiyyətində siyasi müdaxilə prinsipləri varsa, istər ənənəvi olsun, istər olmasın, təhlükə mənbəyidir:

“Ənənəvi adını qoyub keçmiş məzhəb qırğınlarını bu günə daşıya bilmərik. Bir-birinin çay içdiyi, yemək yediyi qabı sonradan sındıran məzhəbçi babaların zərərli ənənəsini yaşada bilmərik. Səthi yanaşıb malalamaqla, cilalamaqla gələcəyə təhlükə ehtimalı saxlamaq olmaz”.

Tural İrfan: Ənənəvi adını qoyub keçmiş məzhəb qırğınlarını bu günə daşıya bilmərik

T.İrfanın fikrincə, ənənəvi İslamı təqdim edərkən bəzən yanlışlıqla məzhəbçilik ənənəsi formalaşdırılır:

“Etiraf etmək lazımdır, keçmişdə məzhəbçilik, təəssübkeşlik də olub. Hətta bəzi hallarda indi də bunun əlamətlərinə rast gəlmək olur. Belə ənənə kimə lazımdır? Müasir tolerantlıq prinsipləri ilə bu tərs gəlmirmi? Təbbi ki, gəlir. Ənənəvi İslam deyərkən bir qədər yox, əməlli-başlı dəqiqəşdirmə, konkretləşdirmə aparmaq lazımdır. Hansı ənənəvi İslam? Xilafət dövründəki? Səlcuqlular, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər yaxud Əfşarlar dövründəki? Sözügedən ənənəvi İslamın səddi, sərhəddi, bu gün üçün xarakterik olan forması məlumdurmu? “Dəli Kür” filmində lağa qoyulan, Mirzə Cəlilin "Ölürlər"ində tənqid olunan "ənənəvilik" bu gün kimə lazımdır? Ənənəvi İslam yox, mötədil İslam deyilsə yenə dərd yarıdır. Çünki bunu heç olmasa konkretləşdirmək olar. Amma "ənənəvi İslam" məfhumu qeyri-müəyyən və mahiyyəti etibarı ilə anlaşılmaz mahiyyət daşıyır. Aşurada əldə qılınc baş yaran babalarımızı paylaşıb bu ənənəni məhz "ənənəvi İslam" adı ilə yaşatmağa təşviq edənlər var. Onda Sabirin, Mizə Cəlilin, Haqverdiyevin tənqid etdiyi mollaların təqdim etdiyi xurafatınmı adını ənənəvi İslam qoyub yaşatmağı zəruri hesab edirik?”

İlahiyyaçı hesab edir ki, sərhədləri müəyyən və məlum olan, reform olunmuş, ölkəmizin bu gününə uyğun, dövlətin məramları ilə ziddiyyət təşkil etməyən, siyasətə qarışmayan mötədil İslam başqadır:

“Keçmişdən qalma xurafatlarla zəngin, əsl mahiyyətini itirmiş, əski dövlətlərin öz hakimiyyətini saxlamaq üçün siyasiləşdirilmiş İslam isə tam başqadır. Xurafat anlayışı da dəqiqləşməlidir. Bir dinə yaxud bir məzhəbə aid olan hansısa ayin, detal digərinin əqidəsinə görə xurafat sayıla bilir. Bir təriqətə görə mövhumat hesab olunan əməl digərinin din yaxud məzhəbinin əslini təşkil edə bilir. Ona görə tolerantlıq anlayışına, tələbinə uyğun olaraq ümumi xurafat, mövhumat anlayışı cəmiyyət üçün konkretləşməlidir. Əks halda biri digərinin əqidəsinin tərkibi olan elementi öz məzhəbincə xurafat elan edərək tənqid edəcək və əks reaksiya ilə qarşılaşacaq ki, bu da mənfi nəticələrə gətirib çıxara bilər”.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:286
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Yanvar 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri