Icma.az
close
up
RU
Uşaqların virtual dünyası: təhlükə harada başlayır?

Uşaqların virtual dünyası: təhlükə harada başlayır?

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Kəmalə Aşumova: ”Kiberzorakılıq, onlayn manipulyasiya, zərərli məzmun və təhlükəli çağırışlar uşaqlar üçün real risk yaradır”.

İnternet və rəqəmsal texnologiyalar artıq uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Telefon və planşet onlar üçün həm öyrənmək, həm ünsiyyət, həm də əyləncə vasitəsidir. Lakin ekran qarşısında keçirilən vaxtın artması yeni riskləri də gündəmə gətirir.
Saatlarla oyun oynamaq və sosial şəbəkələrdə vaxt keçirmək uşağın yuxu rejiminə, fiziki aktivliyinə və gündəlik fəaliyyətinə təsir göstərə bilər. Daha ciddi təhlükə isə kiberməkanda qarşılaşılan risklərdir. Tanımadığı şəxslərlə ünsiyyət, kiberzorakılıq, şəxsi məlumatların paylaşılması, zərərli məzmun və təhlükəli onlayn çağırışlar uşaqlar üçün real təhlükəyə çevrilə bilər.
Bu səbəbdən uşaqların müdafiəsi yalnız internetə çıxışın məhdudlaşdırılması ilə bitmir. Onlara rəqəmsal mühitdə təhlükəni tanımaq, şəxsi məlumatlarını qorumaq və riskli vəziyyətdə düzgün qərar vermək bacarığı da aşılanmalıdır.
Sağlam həyat tərzi də artıq yalnız düzgün qidalanma və fiziki aktivliklə məhdudlaşmır. Müasir dövrdə uşağın virtual mühitdə təhlükəsiz davranışı da onun sağlamlığı və təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Bu baxımdan ailə, məktəb və cəmiyyətin birgə maarifləndirici fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində mediada maarifləndirici məqalələrlə çıxış edir.


“Uşağı internetdən uzaqlaşdırmaq çıxış yolu deyil”
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın sözlərinə görə, uşaqları internetdən və mobil telefonlardan tamamilə uzaq tutmaq mümkün olmadığı üçün əsas məqsəd onların virtual məkandan təhlükəsiz istifadəsini təmin etməkdir.

Deputat hesab edir ki, bunun üçün məktəblərdə rəqəmsal təhlükəsizlik və media savadlılığı üzrə xüsusi dərslər və maarifləndirici tədbirlər təşkil olunmalı, valideynlər üçün təhlükəsiz internet istifadəsi ilə bağlı proqramlar həyata keçirilməlidir.
O, həmçinin uşaqlar üçün nəzərdə tutulan platformalarda valideyn nəzarəti mexanizmlərinin gücləndirilməsini, zərərli məzmunların aşkarlanması və silinməsində süni intellekt texnologiyalarından daha geniş istifadəni, sosial media şirkətlərinin məsuliyyət mexanizmlərinin gücləndirilməsini vacib hesab edir.
Jalə Əliyeva sosial şəbəkələrdən istifadə qaydalarının təkmilləşdirilməsinin və yaş məhdudiyyətlərinin tətbiqinin də uşaqların informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu vurğulayır.
Onun sözlərinə görə, sosial şəbəkələr artıq yalnız ünsiyyət platforması deyil, uşaqların dünyagörüşünə, davranışlarına, psixoloji vəziyyətinə və dəyərlər sisteminə təsir göstərən mühüm informasiya məkanına çevrilib.
Deputat “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklərin sosial şəbəkə platformalarının Azərbaycanda hüquqi məsuliyyətinin müəyyənləşdirilməsi və onların fəaliyyətinin daha şəffaf və hesabatlı olması baxımından əhəmiyyət daşıdığını bildirir.
O qeyd edir ki, uşaqların yaşlarına uyğun olmayan, onların fiziki, mənəvi və psixoloji inkişafına mənfi təsir göstərə biləcək məzmunlardan qorunması üçün əlavə mexanizmlərin yaradılması vacibdir.
“Uşaqların təhlükəsizliyi təkcə küçədə və ya məktəbdə deyil, həm də telefon ekranının arxasında təmin edilməlidir”, - deyə deputat vurğulayır.
Kiberməkanda təhlükə necə tanınmalıdır?
Uşaq hüquqları və uşaqların müdafiəsi sahəsi üzrə ekspert Kəmalə Aşumovanın fikrincə, uşağı internetdən uzaqlaşdırmaq çıxış yolu deyil. Əsas məsələ onu təhlükəsiz rəqəmsal davranışa hazırlamaqdır.

Ekspert bildirir ki, uşağa kiçik yaşlarından izah edilməlidir: real həyatda tanımadığı insanla necə ehtiyatlı davranırsa, internetdə də eyni qaydalara əməl etməlidir. Şəxsi məlumatlar, parollar, ünvan, məktəb, telefon nömrəsi və şəxsi görüntülər tanımadığı şəxslərlə paylaşılmamalıdır.
Onun sözlərinə görə, uşaq internetdə təhdid, şantaj və ya narahatedici mesajlarla qarşılaşdıqda problemi gizlətməməlidir. Belə hallarda ekran görüntüsünü saxlamaq, həmin hesabı bloklamaq və etibar etdiyi böyüyə məlumat vermək lazımdır.
“Ən əsası isə uşağa deməliyik: Nəyin baş verməsindən asılı olmayaraq, mənə deyə bilərsən. Səni günahlandırmayacağam”, - deyə K.Aşumova vurğulayır.
Ekspert qeyd edir ki, kiberməkandakı təhlükələr yalnız tanımadığı şəxslərlə ünsiyyət və zərərli məzmunla məhdudlaşmır. Kiberzorakılıq, onlayn manipulyasiya və istismar, şəxsi məlumatların və görüntülərin icazəsiz paylaşılması, saxta hesablar, dələduzluq, yaşa uyğun olmayan məzmun və süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər də uşaqlar üçün ciddi risklər yaradır.
“Roblox” sadəcə oyun deyil
Kəmalə Aşumova valideynlərin son vaxtlar xüsusilə narahat olduğu onlayn oyun platformalarına da diqqət çəkir.
“Xüsusilə Roblox və digər onlayn oyun platformalarına diqqət yetirmək lazımdır. Bu platformalar uşaqlar arasında çox geniş istifadə olunur və onları sadəcə “oyun” kimi qiymətləndirmək düzgün deyil. Çünki müasir onlayn oyunlarda uşaqlar digər istifadəçilərlə ünsiyyət qurur, müxtəlif məzmunlarla qarşılaşır, virtual münasibətlər yaradır və bəzən platformadan kənar kommunikasiya kanallarına yönləndirilə bilirlər”, - deyə ekspert bildirir.
Onun sözlərinə görə, uşağın neçə saat oyun oynaması qədər həmin rəqəmsal mühitin onun emosional vəziyyətinə, davranışlarına və sosial münasibətlərinə təsiri də diqqətdə saxlanılmalıdır.
Uşağın özünə qapanması, emosional gərginliyinin artması, aqressiv və ya qeyri-adi davranışlar göstərməsi, ailə üzvləri ilə münasibətlərinin kəskin dəyişməsi valideyn üçün diqqət siqnalı olmalıdır.
Ekspert bəzi hallarda uşaqların təhlükəli çağırışlara, özünə zərər verməyə yönəldən məzmunlara və psixoloji manipulyasiyaya məruz qala biləcəyini də bildirir.
Valideyn nəzarəti kifayətdirmi?
K.Aşumovanın fikrincə, uşaqların rəqəmsal təhlükəsizliyi yalnız valideynlərin üzərinə qoyulmamalıdır. Platformalar, dövlət qurumları, məktəblər və cəmiyyət də bu prosesdə məsuliyyət daşıyır.
Bununla belə, valideyn uşağın gündəlik rəqəmsal həyatına ən yaxın şəxsdir. Ona görə də valideyn uşağın internetdə nə qədər vaxt keçirdiyini, hansı platforma və oyunlardan istifadə etdiyini bilməlidir.
Ekspert valideynlərə istifadə olunan oyun və platformaları araşdırmağı, onların təhlükəsizlik imkanları ilə tanış olmağı tövsiyə edir. Məqsəd valideyni oyunçuya çevirmək deyil, uşağın daxil olduğu rəqəmsal mühit barədə məlumatlandırmaqdır.
Lakin valideyn nəzarəti də təkbaşına kifayət etmir. Uşaqla danışmaq, onu dinləmək, qınamamaq və günahlandırmamaq vacibdir.
“Əgər uşaq hansısa oyunda və ya internetdə təhlükəli vəziyyətlə qarşılaşıbsa, ilk reaksiyamız “Mən sənə demişdim!” olmamalıdır. Uşaq bilməlidir ki, başına nə gəlməsindən asılı olmayaraq, valideyninə danışa bilər”, - deyə ekspert bildirir.
Onun fikrincə, əsas məqsəd uşağın qarşısına yalnız qadağalar qoymaq deyil. Uşaqları real sosial münasibətlərə, idmana, yaradıcılığa, dostları və ailələri ilə canlı ünsiyyətə yönləndirmək də vacibdir.
“Uşaq özünü təhlükədə hiss edirsə, kiberzorakılığa, təhdidə, şantaja və ya onu narahat edən digər onlayn vəziyyətə məruz qalırsa, tək qalmamalıdır. O, valideyninə, müəlliminə, məktəb psixoloquna və ehtiyac olduqda Azərbaycan Uşaq və Qadın Qaynar Xəttinin 116111 nömrəsinə müraciət edə bilər.
Bu gün uşaqların rəqəmsal təhlükəsizliyi artıq yalnız texnologiya məsələsi deyil. Bu, uşağın hüquqları, psixoloji rifahı, ailə münasibətləri və təhlükəsizliyi ilə birbaşa bağlı olan ciddi uşaq müdafiəsi məsələsidir”, - deyə K.Aşumova vurğulayır.
Bu məqalə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Oktyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri