Icma.az
close
up
RU
Təhlükəli maddə daşıyan maşınların qəzası zamanı məsuliyyəti kim daşıyır? ARAŞDIRMA FOTO

Təhlükəli maddə daşıyan maşınların qəzası zamanı məsuliyyəti kim daşıyır? ARAŞDIRMA FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təhlükəli maddələrin daşınması müasir sənaye cəmiyyətləri üçün qaçılmaz və zəruri prosesdir.
Avtosfer.az xəbər verir ki, lakin bu cür yüklərin nəqli ciddi təhlükə potensialı daşıdığı üçün xüsusi tənzimləmə və nəzarət sistemlərinə ehtiyac duyulur. İnsan sağlamlığı, ətraf mühit və ictimai təhlükəsizlik baxımından bu sahədə ciddi məsuliyyət daşıyan daşıyıcılar və sürücülər üçün beynəlxalq təcrübə çoxsaylı nümunələr təqdim edir.


Azərbaycan Respublikasında təhlükəli yüklərin daşınması “Yol hərəkəti haqqında” Qanun, Fövqəladə Hallar Nazirliyinin normativ aktları və ADR (Avropa Sazişi üzrə Qaydalara uyğun) standartları ilə tənzimlənir. Nəqliyyat vasitəsi və sürücü  icazə və sənədlərlə təmin olunmuş, ADR təlimindən keçmiş və sertifikat almış, təhlükəli yük nişanları və təcili hallarda istifadə üçün texniki vasitələrlə təchiz olunmuş, əhalidən və ekologiyadan uzaq marşrutla hərəkət zamanı öz işini yerinə yetirə bilər. 
Bəs beynəkxalq təcrübə bu mövzuda nə deyir? Digər ölkələr bu mövzuda hansı tədbirləri görür? 


Almaniya təcrübəsi bildirir ki, təhlükəli maddələrin daşınmasında ən ciddi yanaşmalardan birini GPS izləmə sistemidir. Bu sistem vasitəsilə bütün təhlükəli yük daşıyan maşınlar real vaxtda monitorinq edilir. Daşıma zamanı bölgə üzrə polis və fövqəladə hallar xidmətləri daimi məlumatlandırılır. Böyük şəhərlərin içindən keçən marşrutlara qadağa və məhdudiyyətlər tətbiq olunur. Sürücülər yalnız spesifik ADR sinifləri üzrə ixtisaslaşdıqları maddələri daşıya bilərlər.


Bəs ABŞ? 
ABŞ-da təhlükəli maddələrin daşınması “Federal Motor Carrier Safety Administration” (FMCSA) tərəfindən tənzimlənir.
“Hazmat placards” adlı sistemlə avtomobillərin üzərinə yük sinfinə uyğun xəbərdarlıq lövhələri vurulur. Qəzalar zamanı sürücü yalnız öz həyatını deyil, ətrafdakıların təhlükəsizliyini qorumaq üçün fövqəladə davranış protokolları üzrə hərəkət etməlidir. ABŞ-də bəzi ştatlarda, məsələn, Kaliforniyada ətraf mühitə risk səviyyəsinə görə əlavə sığorta tələb olunur.

Yaponiyada isə bu məsələ daha çox təbii fəlakətlərə görə uyğunlaşdırılmışdır.
Yaponiya kimi seysmik riskli ölkələrdə əlavə təhlükəsizlik tədbirləri tətbiq olunur: Nəqliyyat vasitələri zəlzələ, sunami və digər fövqəladə hallara qarşı möhkəmləndirilmiş texniki sistemlərlə təchiz olunur. Qəza zamanı sürücü yalnız xəbər verməklə kifayətlənməməli, təhlükəli maddə sızarsa mühafizə baryerləri quraşdırmalı və xüsusi materiallardan istifadə etməlidir. Xüsusi fövqəladə hallara qarşı hazırlıq mərkəzləri fəaliyyət göstərir.


Skandinaviya ölkələri - hansı ki, İsveç, Norveç, Finlandiya ekoloji yanaşma və ictimai xəbərdarlıq sistemi ilə təçhiz olunub. Bu ölkələrdə ekoloji təhlükəsizlik prioritetdir: Təhlükəli maddə daşıyan nəqliyyat vasitələri yaşıl zona adlanan ərazilərə daxil ola bilməz. Əhalinin yaşadığı ərazilərdən keçid zamanı əvvəlcədən xəbərdarlıq sistemləri (SMS, mobil tətbiqlər və radio elanları) aktivləşdirilir. Eyni zamanda, bu ölkələrdə ictimaiyyətin maarifləndirilməsi və təhlükəli yüklərin nə olduğunu tanımaq üçün təlim proqramları geniş tətbiq olunur.


Bəs qəza zamanı istər sürücü, istərsə vətəndaşlar hadisəyə necə yanaşmalıdırlar?
Qəza halında istənilən ölkədə ümumi tədbirlər bənzər olsa da, əsas prinsip təhlükənin səviyyəsini tez müəyyənləşdirmək və ərazini təcrid etməkdir. 
Araşdırmalar zamanı müəyyənləşib ki, ilk olaraq, ərazini dərhal boşaltmalı və digər avtomobillərin yaxınlaşmasının qarşısını almalıdır. Təcili yardım və FHN xidmətlərinə məlumat verməli və maddə haqqında konkret məlumat ötürməlidir. Əgər riskli sızma və ya yanğın varsa, fərdi mühafizə vasitələri ilə ilkin tədbirlər görməlidir. Əhalinin təxliyəsinə yardım etməli və hadisə yerini mühafizə altında saxlamalıdır.
Beynəlxalq təcrübə göstərir ki, təhlükəli yüklərin daşınması yalnız nəqliyyat yox, təhlükəsizlik, texnologiya, ətraf mühit və ictimai maarifləndirmə ilə bağlı kompleks bir sahədir. Azərbaycan bu istiqamətdə mühüm addımlar atsa da, müəyyən boşluqlar hələ də bir sıra maneələr yarada bilir.


Fidan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 İyul 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri