Təhlükəli virus sürətlə yayılır: Ölüm halları artıb
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliyada Qərbi Nil virusuna yoluxma hallarında ciddi artım müşahidə olunur.
Yenisabah.az xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi tərəfindən yayımlanan son məlumatlara əsasən, ölkədə bu virus səbəbilə 3 nəfər həyatını itirib, 50-dən çox yoluxma halı qeydə alınıb. Xəstələrin əksəriyyəti şimal bölgələrində aşkarlanıb.
Rəsmilər bildirirlər ki, virus əsasən ağcaqanadlar vasitəsilə yayılır və xüsusilə yay aylarında risk artır. pizza sifarişi
Mütəxəssislər əhalini diqqətli olmağa çağıraraq, açıq sahələrdə uzun müddət qalarkən ehtiyat tədbirləri görməyi, qapalı geyimlərdən istifadə etməyi və ağcaqanadlara qarşı mübarizə tədbirlərinə riayət etməyi tövsiyə edirlər.
Qeyd edək ki, Qərbi Nil virusu bəzi hallarda heç bir əlamət göstərməsə də, bəzi xəstələrdə yüksək hərarət, baş ağrısı, halsızlıq, hətta iflic və ölümə qədər çatan ağır fəsadlara səbəb ola bilər.
Rəvan Rzazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 25 İyul 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















