Icma.az
close
up
RU
Təhlükəli virus yayılır

Təhlükəli virus yayılır

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Böyük Britaniyada H3N2 virusuna yoluxma halları sürətlə artır. Bu səbəbdən mütəxəssislər xəbərdarlıq edirlər ki, qarşıdan gələn qış son illərin ən şiddətli qrip mövsümü ola bilər. Sözügedən virus qapalı və izdihamlı məkanlarda çox sürətlə yayılır.
Reyting.az
-ın məlumatına görə, mütəxəssislər Britaniyanın son illərin ən ağır qrip mövsümü ilə üzləşə biləcəyini bildiriblər.
“H3N2 qrip ştammının ölkə daxilində yayılması ötən illə müqayisədə daha çoxdur. Bu hallar dekabr və yanvar aylarında daha da arta bilər”, - London İmperial Kollecinin professoru Əzim Məcid deyib.
H3N2 - A qripinin ən ağır ştammlarından biridir. Xüsusilə yaşlı şəxslərdə və xroniki xəstəlikləri olanlarda ciddi fəsadlar yarada bilər. Yüksək hərarət, öskürək, boğaz ağrısı, əzələ ağrıları və iştahsızlıq kimi klassik qrip simptomları yaşlı şəxslərdə pnevmoniya və ürək problemləri kimi ağır nəticələrə səbəb ola bilər.
Professor Ə. Məcid bildirib ki, NHS (Milli Səhiyyə Xidməti) hazırda vəziyyəti nəzarətdə saxlamağa çalışır, lakin sistem ciddi gərginlik altındadır.
Onun sözlərinə görə, dekabr və yanvar aylarında yoluxma hallarının daha da artması xəstəxanalara əlavə təzyiq yaradacaq və xüsusilə yaşlı xəstələrin reanimasiya şöbələrinə yerləşdirilmə ehtimalı artacaq.
Səhiyyə orqanları 65 yaşdan yuxarı şəxsləri, səhiyyə işçilərini, baxıcıları və xroniki xəstəlikləri olanları qripə qarşı peyvənd olunmağa çağırır. Professor Məcid peyvəndin son dərəcə təhlükəsiz olduğunu və yan təsir riskinin çox az olduğunu vurğulayaraq deyib:
“Peyvənd həm sizi, həm də ailənizi qoruyur.”
Pulsuz peyvənd hüququ olmayan şəxslər apteklərdə təxminən 20 funt sterlinqə peyvənd oluna bilərlər.
Onu da qeyd edək ki, ötən il Böyük Britaniyada qripdən 7757 nəfərin öldüyü, əvvəlki ildə isə bu rəqəmin 3555 olduğu təxmin olunur.
V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri