Icma.az
close
up
RU
Təhlükəli xərçəng növünün inkişafını dayandırmağın yolu tapılıb

Təhlükəli xərçəng növünün inkişafını dayandırmağın yolu tapılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 avqust, AZƏRTAC

Qaraciyər xərçənginin müalicəsində hüceyrə peyvəndinin standart terapiyaya əlavə olunması xəstəliyin inkişafını əhəmiyyətli dərəcədə ləngidə bilər. Bu barədə Birmingem Universitetinin və Böyük Britaniyanın bir sıra klinikalarının alimləri məlumat verib. AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Clinical Cancer Research” jurnalında dərc olunub.

Peyvənd immun sisteminin əsas tənzimləyiciləri olan dendritik hüceyrələrdən hazırlanır. Onlar pasiyentlərin ağ qan hüceyrələrindən ayrılır, laboratoriyada şiş zülallarını tanımağa “öyrədilir” və yenidən orqanizmə qaytarılır. Bu yanaşma xərçəng hüceyrələrini hədəfləyən “killer” immun hüceyrələrini aktivləşdirir.

Sınaqlarda hepatosellülar karsinoma (qaraciyər xərçəngi) diaqnozu qoyulmuş 48 pasiyent iştirak edib. Standart müalicə ilə yanaşı dendritik peyvənd alan pasiyentlərdə şişin inkişafı orta hesabla 18 ayadək dayandırılıb. Nəzarət qrupunda isə bu göstərici cəmi 10 ay təşkil edib. Bu, qaraciyər xərçənginə qarşı belə bir peyvəndin effektivliyini nümayiş etdirən ilk nəzarətli klinik tədqiqat olub.

Metod daha genişmiqyaslı sınaqlarda əlavə yoxlamalar tələb etsə də, əldə edilən nəticələr artıq indidən ən təhlükəli xərçəng növlərindən birinə qarşı yeni, əlçatan və təsirli mübarizə üsulunun yaradılacağına ümid verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri