Icma.az
close
up
RU
Qaraciyər yağlanmasının inkişafını dayandırmağın yolu

Qaraciyər yağlanmasının inkişafını dayandırmağın yolu

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qaraciyərin piylənməsi ilə mübarizə üçün yaradılmış yeni ION224 preparatını uğurla sınaqdan keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatda ABŞ və Puerto-Rikodan metabolik əlaqəli steatohepatit (MASH)  və qaraciyər fibrozu təsdiqlənən 160 pasiyent iştirak edib.

MASH və ya qeyri-alkoqollu steatohepatit piylənmə, şəkərli diabet və dislipidemiya kimi metabolik pozğunluqlarla əlaqəli qaraciyərin proqressiv xəstəliyidir. Bu xəstəlik qaraciyərdə artıq yağ yığıldıqda inkişaf edir və qaraciyər hüceyrələrinin iltihabına və zədələnməsinə gətirib çıxarır.

İştirakçıların birinci qrupuna preparat 51 həftə ərzində ayda bir dəfə, müxtəlif dozalarla verilib. Həmçinin plasebo təyin edilən nəzarət qrupu ilə müqayisələr aparılıb.

ION224 qaraciyərdə yağ yığıntılarının yaranmasına cavabdeh olan və hüceyrələrin iltihabı ilə əlaqəli DGAT2 fermentini bloklamaqla təsir göstərir.

Məlumatlara görə, preparatın 90 mq dozasını qəbul edən pasiyentlərin 46%-də, 120 mq dozasını qəbul edənlərin isə 59%-də qaraciyərin vəziyyətində yaxşılaşma müşahidə edilib. Müqayisə üçün, plasebo qəbul edənlərdə bu göstərici cəmi 19% olub.

Müalicənin xüsusiyyəti ondan ibarətdir ki, müsbət təsir bədən çəkisinin azalmasından asılı olmadan əldə edilib.

Alimlərin sözlərinə görə, bu, GLP-1 sinfinə aid olan Ozempiq kimi digər preparatlarla kombinə edilən müalicə üçün perspektivlər açır.

Bildirirlər ki, qeyri-alkoqollu steatohepatit qaraciyər sirrozunun və transplantasiyasının aparıcı səbəblərindən biridir. Tədqiqatçılar gələcəkdə ION224 preparatının tətbiqi ilə bu cür əməliyyatlara ehtiyacın azalacağına ümid edirlər.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri