Təhlükəsizlik deyəndə ordunu nəzərdə tuturuqsa, təhlükəsizliyimiz yoxdur Paşinyan
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Əgər biz təhlükəsizlik deyəndə ordunu nəzərdə tuturuqsa, təhlükəsizliyimiz yoxdur".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Baş nazir Nikol təhlükəsizlik konsepsiyasından danışarkən qeyd edib ki, təhlükəsizlik təkcə ordudan ibarət deyil: "Əgər biz təhlükəsizlik deyəndə ordunu nəzərdə tuturuqsa, bu, bizim təhlükəsizliyimizin olmaması deməkdir. Təhlükəsizlik təhsil, iqtisadiyyat, sosial sabitlik, diplomatiya və digər sahələri əhatə edir. Ordu bütün sistemin yalnız bir hissəsidir".
Paşinyan hazırda orduda ciddi islahatların həyata keçirildiyini də vurğulayıb: "Ordu heç bir əməliyyat keçirməyəcək. Bu məsələlər sülh yolu ilə, demarkasiya komissiyaları vasitəsilə həll edilməlidir".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 15 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















