“Təhminə ilə həyat yollarımız oxşayır”
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Təhminə və Zaur” filmindəki Təhminə ilə taleyimiz oxşayır. Həyat yollarımız, çəkdiyimiz əziyyətlər, özümüzü olduğumuz kimi qəbul etdirməkdə yaşadığımız çətinliklər. O, film qəhrəmanıdır, mən isə real insan. Azadlıq insanın özgüvənidir. Sizi sıxan, qadağa qoyan insan yoxdur. Heç vaxt icazə almamışam. Azad qadınam deyə hər hərəkəti də etməyi özümə sığışdırmıram, qadağalarım var".
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “10+” layihəsində deyib. O, özünü “Təhminə və Zaur” filmindəki baş qəhrəman Təhminə ilə müqayisə edib.
Aktrisa pandemiyadan sonra sənət həyatında bəxtinin gətirmədiyini də söyləyib:
“Pandemiyadan sonra sənət baxımından bəxtim bağlandı. Bir ildə beş qala gecəm var idi. “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialı üçün Oktay Kaynarca ilə görüşdük. Türkiyəyə getməli idim, pandemiya başladı, yollar bağlandı. Onunla da bitdi”.
Baxış sayı:95
Bu xəbər 12 Noyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















