Icma.az
close
up
RU
Tehran Bakıya təzyiq dilini dəyişmir İran Azərbaycan münasibətləri yenidən gərginlik xəttinə girir...

Tehran Bakıya təzyiq dilini dəyişmir İran Azərbaycan münasibətləri yenidən gərginlik xəttinə girir...

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyunun 30-da İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin verdiyi bəyanat, Bakı-Tehran münasibətlərində yenidən suallar və şübhələr doğurdu. Bəqainin cavablandırdığı sual və verdiyi mesajlar göstərir ki, Tehran hələ də Azərbaycanı İsraillə hərbi əməkdaşlıqda ittiham etmək üçün zəmin axtarır. Bu isə Azərbaycan tərəfinin illərdir verdiyi aydın və qəti izahları görməzliyə vurmaq cəhdidir.

Bəqai brifinqdə jurnalistin “İsrail dron atmaq üçün Azərbaycan torpağından istifadə edibmi?” sualına cavab verərkən bildirib ki, bütün qonşu ölkələr, o cümlədən Azərbaycan, “sionist rejimin” İrana qarşı ərazilərindən istifadə etməsinə imkan verməyəcəklərini bəyan ediblər. Lakin iranlı diplomatın bu fikirlərlə yanaşı səsləndirdiyi “qaldırdığımız bütün məsələlər” və “hərbi və təhlükəsizlik qurumlarımız hər bir hadisəni izləyəcək” kimi ifadələri göstərir ki, Tehran şübhələrini saxlayır və zaman-zaman bunları təzyiq aləti kimi istifadə etməyə davam edir.

Politoloq Elxan Şahinoğluna görə, İsmayıl Bəqainin “qaldırdığımız bütün məsələlər” ifadəsi xüsusilə diqqətəlayiqdir. Şahinoğlu yazır ki, bu ifadə Tehranın Azərbaycana qarşı şübhələrinin hələ də gündəmdə saxlandığını və tam aradan qalxmadığını göstərir. İran rəsmilərinin zaman-zaman bu cür ritorikaya qayıtması, əslində Azərbaycanın müstəqil xarici siyasətini nəzarət altına almaq istəyindən qaynaqlanır.

Ekspertin fikrincə, Azərbaycan tərəfinin dəfələrlə “üçüncü ölkələrin” Azərbaycan ərazisindən İrana qarşı istifadə etməyəcəyinə dair verdiyi izahatlar Tehranı razı salmır. Bu isə məntiqi izahdan çox siyasi təzyiq niyyəti daşıyır.

Elxan Şahinoğlu əlavə edir:“Tehran Azərbaycanın İsraillə münasibətlərini öz təhlükəsizliyinə birbaşa təhdid kimi təqdim etməyə çalışır. Halbuki Azərbaycan bu münasibətləri öz dövlət maraqları çərçivəsində qurur və heç bir qonşu dövlətə qarşı yönəlmir. Amma İran buna inanmır və təzyiq ritorikasını vaxtaşırı təzələyir”.

Politoloqun diqqət çəkdiyi digər mühüm məqam isə İranla Rusiya arasında Azərbaycanın ünvanına sinxron təzyiqlərin artmasıdır. Son günlər Rusiya mediasında və rəsmilərində də Azərbaycana qarşı ritorikanın sərtləşməsi müşahidə olunur. Həm Tehran, həm də Moskva Bakının Qərblə, xüsusilə İsraillə və Avropa İttifaqı ilə yaxınlaşmasını narahatlıqla izləyir:“Bəlkə də Tehran və Moskva arasında hansısa koordinasiya var. Hər iki ölkə Cənubi Qafqazda nüfuzlarını itirməkdədir və Azərbaycan bu prosesin mərkəzindədir. Bakı həm Qərblə əlaqələri gücləndirir, həm də regionda balanslı mövqe tutur. Bu isə Rusiya və İranın təsir imkanlarını zəiflədir”.

Azərbaycan tərəfi bu cür ittihamlara və ya “yumşaq formada” səsləndirilən təhdidlərə indiyə qədər səbirli və diplomatik tonda cavab verib. Rəsmi Bakı öz ərazisinin heç bir üçüncü ölkəyə qarşı istifadə edilmədiyini və edilməyəcəyini bəyan edib. Azərbaycan rəsmiləri bir neçə dəfə İran tərəfini qarşılıqlı hörmət və qeyri-müdaxilə prinsipinə əməl etməyə çağırıblar.

Lakin Tehran bu izahatları rəsmən qəbul etsə də, zaman-zaman “şübhə” ritorikasını yenidən gündəmə gətirir. Bu da iki ölkə arasında etimadın tam bərpa olunmadığını göstərir.

İranın bu cür davranışları Azərbaycanla münasibətlərin normallaşmasına xidmət etmir. Əksinə, şübhə və təhdid tonu, hərbi strukturların “bütün hadisələri izləyəcəyik” bəyanatları münasibətlərə süni gərginlik yükləyir. Tehran başa düşməlidir ki, Bakı bölgədə müstəqil və balanslı siyasət yürüdür və kənardan gələn ittihamlar bu kursu dəyişməyəcək.

Azərbaycan isə bu ritorikaya qarşı soyuqqanlı, lakin prinsipial mövqeyini qorumaqda davam edir. Bu, Azərbaycanın siyasi yetkinliyinin və regional liderlik ambisiyalarının göstəricisidir.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see344

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see237

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see168

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see136

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri