Icma.az
close
up
RU
Tehran hakimiyyətinin Bakıyla yaxınlaşmaq istəyi: Təbii ki, bu Azərbaycanı sevdikləri üçün deyil RƏY

Tehran hakimiyyətinin Bakıyla yaxınlaşmaq istəyi: Təbii ki, bu Azərbaycanı sevdikləri üçün deyil RƏY

Icma.az bildirir, Sherg.az portalına istinadən.

 İran iqtisadi cəhətdən hər tərəfdən sıxışdırıldığı bir zamanda Azərbaycan və Türkiyənin yardımına ehtiyac duyur


Bu gün Bakıda olmağımız iki qonşu xalq arasında tarixi bağları, dostluğu göstərir. Bunu Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf deyib. Məhəmməd Baqir Qalibaf bildirib ki, bu gün dünya dərin və çoxölçülü dəyişikliklərdən keçməkdədir: “Dünya əhalisinin təxminən 60 %-nin yaşadığı Asiya bir çox sivilizasiyaların beşiyidir. Bu böyük qitədə xalqlarımız arasında paylaşılan dəyərlərə əsaslanaraq, hər birimiz sülhə, çoxtərəfliliyə və ədalətə dərindən sadiqik. Qlobal qarşılıqlı əlaqənin mövcud olduğu bu dövrdə dünyanın hər hansı bucağında olan problem bütün dünya üzrə siyasət və davranışlara təsir göstərir. Pandemiyalar, iqlim dəyişikliyi, müstəmləkəçilik siyasəti region dövlətlərinin sərhədlərini aşır. Qlobal birliyin keçid mərhələsində çoxtərəflilik münasibətləri sadəcə, seçim deyil. Mövcud beynəlxalq sistemin əsas ehtiyacı çoxtərəfli münasibətlərdir”. 

İran İslam Şurası Məclisinin sədri vurğulayıb ki, Qəzzayla bağlı hamımız humanitar məsuliyyət daşıyırıq. İnanırıq ki, Fələstin və Qəzzanın gələcəyinə bütün fələstinlilərin öz müqəddəratını təyin etmə səviyyəsində baxıla bilər. Biz Asiya Parlament Assambleyasına üzv olan bütün parlamentləri Fələstin xalqını dəstəkləməyə çağırırıq. Biz həmçinin ticarət yollarının şaxələndirilməsinin tərəfdarıyıq. İran Parlamenti çoxtərəfliliyi şaxələndirilməsi, Asiyada çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün istənilən addımı atmağa hazırdır. 

Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, bu gün Qalibafın Azərbaycanla bağlı fikirləri İranın Azərbaycanla indiki çətin durumunda münasibətləri tənzimləmək istəyindən irəli gəlir:


“Çünki bu sadəcə Qalibafın istəyi deyil, Xarici İşlər Naziri, İranın Prezident Aparatı səviyyəsində verilən açıqlamalar, hətta Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərində əldə olunan anlaşmalar Tehran hakimiyyətinin Azərbaycanla yaxınlaşmaq istədiyini göstərir. Təbii ki, bu Azərbaycanı sevdikləri üçün deyil, İran hazırda çox çətin vəziyyətdədir. Xüsusilə də, Livan və Suriyada mövqeləri zəiflədikdən sonra İranın qonşu ölkələrlə ciddi münasibətlərə ehtiyacı yaranıb. İranın Azərbaycanla yanaşı Türkiyə ilə münasibətlərinin də yaxınlaşmasını görürük. Yəni sözügedən proseslər İranın içindən gələn siyasi, əxlaqi vəziyyət deyil, sadəcə olaraq məcburiyyətdən formalaşan durumdur. Çünki İran 30 illik işğal dövründə hər zaman Ermənistanı dəstəkləyib. İndinin özündə də dəyişən heç nə yoxdur, Ermənistanın ərazi bütövlüyü və suverenliyinin İranın qırmızı xətti olduğu açıq şəkildə bəyan edilir. Belə olan halda hansı qardaşlıqdan dəm vurmaq və kimisə buna inandırmaq olar? Yəni Qalibaf tərəfindən səsləndirilən sözləri boğazdan yuxarı deyilən fikirlər kimi qiymətləndirirəm”.


Ekspert qeyd edib ki, İran bu gün iqtisadi cəhətdən hər tərəfdən sıxışdırıldığı bir zamanda, əlbəttə ki, Azərbaycan və Türkiyənin yardımına ehtiyac duyur:

“Mən İran tərəfindən səsləndirilən fikirlərin səmimiliyinə inanmıram. Lakin biz bu münasibətlərdən geri çəkilməli deyilik, Azərbaycan ona uzadılan əli heç vaxt havada qoymayıb. Qalibafın xalqlar arasındakı dostluq və qardaşlıqdan danışmasına gəldikdə isə təbii ki, Azərbaycanın İranda yaşayan xalqlarla heç bir problemi olmayıb və onların böyük əksəriyyəti türklərdir. Bu baxımdan Azərbaycan öz soydaşlarını hər zaman dəstəkləyib və bundan sonra da həmin siyasət dəyişməyəcək. Problem İranda yaşayan xalqlarda yox, İranı idarə edən rejimdədir ki, onların əsas mahiyyətində də türk düşmənçiliyi dayanır. Türk düşməmçiliyi həmin rejimin ağlından heç zaman çıxmayıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri